Ətli qarabaşaq – özbək sayağı

 
Ətli qarabaşaq yarması hazırlamaq üçün lazım olanlar:

Qarabaşaq yarması 1 kiloqram, quzu qabırğası (və ya toyuq əti), sümüksüz ət və s. 0,5 kq, zeytun yağı, baş soğan, kök 0,5 kq, su 2 litr, duz, istiot, zir.

Ətli qarabaşaq yarması hazırlanma qaydası

Ətli qarabaşaq yarması yeməyi hazırlamaq üçün quzu qabırğaları doğranıb yuyulduqdan sonra orta ölçülü doğranılır. Qazana yağ əlavə edilir və sümüklü quzu qabırğa qızardılır. Tam bişməmiş ocağın üzərindən götürülür.

Baş soğanlar soyulur. Soyulduqdan sonra baş soğan doğranılır. Bir tavaya yağ əlavə edilir. Yağ isindikdən sonra doğranan soğanlar buraya əlavə edilir. Soğanların rəngi dəyişənə qədər qızardılır.

Soğan bişirilən qazana yarımçıq qızarmış ət əlavə edilir. Vam odda soğanla ət bişirilir. Soğanın içərisinə qarışdırılmış ətin bişməsinə çox az vaxt qalanda, soğanla ət olan qazana duz, istiot, zirə əlavə edilir və qarışdırılır.

Yerkökü əvvəlcə təmiz yuyulur, qabığı incə bir şəkildə soyulur. Qabığı soyulan yerkökü kiçik ölçüdə doğranılır və soğanlı ət olan qazana əlavə edilir. Qazana çox az miqdarda su əlavə edilir. Köklərin də bərabər səviyyədə bişməsi üçün arada qarışdırılır.

Qarabaşaq yarması yuyulur, süzülür. Suyu süzülən qarabaşaq yarması bir tavada orta şiddətli odda qovrulur. Qarabaşaq yarması yaxşıca qovrulduqdan sonra içərisində soğanla ət olan qazana əlavə edilir. Burada qarabaşaq yarmasına duz əlavə edilir.

Bundan sonra ətli qarabaşaq yarmasına su əlavə etmək lazımdır. Xörəyə su əlavə edərkən bir dəfədə 2 litr suyun hamısını istifadə etmək düzgün deyil. Suyu azmiqdarda əlavə edin, ehtiyac olduğunda yenidən əlavə etmək lazımdır. Qarabaşaq yarması vam odda bişməlidir.

Təqribən 40 dəqiqədən sonra içərisində ətli qarabaşaq yarması olan qazanın qapağı açılır. Ətli qarabaşaq yarmasının üzərində qaşıqla bir dəlik açılır və buraya kərə yağ qoyulur. Qazanın qapağı örtülür, kərə yağın əriyib bütün qarabaşaq yarmasını islatması gözlənilir. Bundan sonra yeməyiniz hazırdır. Nuş olsun!


Geri dön

ヅ Bad Girl ヅ

  • 18 avqust 2015 00:07
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
TəşəkkürLər

--------------------

PércyDarkMoon

  • 11 avqust 2015 15:29
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tesekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 5 avqust 2015 14:50
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyul 2015 22:11
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkurler :)

ღ меумusн ღ

  • 20 iyul 2015 14:55
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
Meqale ucun Tesekkurlerr

--------------------
ღ меумusн ღ

Ř҉₳₱ʊ₦ʐɛL

  • 19 iyul 2015 23:03
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Meqale ucun Tesekkurlerr

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

♔ sinყσriτα ♔

  • 19 iyul 2015 20:45
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk werh menden...tewekkur resepe gore winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}