Müsəlman təfəkküründə bayram anlayışı

 
  • 19.07.2015, 08:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Müsəlman təfəkküründə bayram anlayışı


Ərəb dilində “bayram” sözü “eyd” kəlməsi ilə ifadə olunur. Elə buna görə dini mətnlərdə Ramazan bayramına “eyd əl-fitr”, Qurban bayramına “eyd əl-əzha” deyirlər.

Lüğətdə “eyd” qayıdış mənasını verir. Dilçi alimlər demişlər ki, hər il bayram eyni gündə təkrar olduğu və sanki qayıtdığı üçün ona bu ad verilib.

Qurani-kərimdə “bayram (eyd)” kəlməsi Həzrət İsanın (ə) bir möcüzəsi ilə bağlı işlədilir: “Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə, 114). İsa Peyğəmbərin (ə) həvariləri ondan bir möcüzə göstərməsini tələb etmiş və möcüzə olaraq səmadan yeməklə dolu bərəkətli bir süfrə enməsini istəmişdilər. Peyğəmbərin yuxarıdakı duası ilə onların istəyi həyata keçdi. Ayədən görünür ki, Allahın ayəti (nişanəsi) olan süfrənin göndərilməsi İsa Peyğəmbərin (ə) təbiri ilə bayram sayılmışdır.

Həzrət Əlidən (ə) rəvayət edilən məşhur kəlamda buyurulur: “Allaha asi olmadığımız hər gün bizə bayramdır”. Yenə o həzrət bayram günlərinin birində öz səhabələrinə buyurmuşdu: “Həqiqətən, bu bayram, günahı bağışlanmış şəxslərin bayramıdır”.

Müsəlman təfəkküündə bayram həm fərdi-psixoloji, həm də sosial mahiyyətə malik olan hadisədir. Bayram ilk növbədə Allah qarşısında öz dini vəzifəsini yerinə yetirmiş bir insanın mənəvi rahatlıq halıdır. Müsəlman bir ay ərzində Allaha yaxınlıq qəsdi ilə oruc tutur, öz bədənini oruclu şəxsə haram edilmiş əməllərdən saxlayır, mənəviyyatını, ruhunu təmizləyir. Bayram günündə onun qəlbinə bir hüzur, aramlıq və sevinc hakimdir. O, Allahın sonsuz mərhəmətinə ümidvardır, etdiyi ibadətin qəbul olunduğuna və buna görə ona savab veriləcəyinə inanır. Qurani-kərimdə və hədislərdə vacib ibadətləri layiqincə yerinə yetirən bəndələrə vəd edilmiş mükafat müjdələri onda gələcəyə bir ümid, həyat eşqi yaradır.

Lakin bayramların ən mühüm cəhəti onların sosial mahiyyətidir. Bayram lk növbədə paylaşma, dərdləşmə, mehribanlaşma vasitəsidir. Təsadüfi deyil ki, Ramazan və Qurban bayramının namazlarını da camaatla qılmaq tövsiyə edilir. İslamda hətta bayram ibadətləri belə, ictimailəşməyə ünvanlanıb. Bayram günlərində təmiz və səliqəli libaslar geyinmək, ətirlənmək, bayram axşamı qüsl almaq kimi göstərişlər də əslində insanların ünsiyyət zamanı bir-birində xoş əhval-ruhiyyə yaratmasına, natəmizlik kimi xoşagəlməz hallarla bir-birini narahat etməməsinə yol açır.

Bayram günlərində insanlar bir-biri ilə son dərəcə mehriban və şəfqətli davranır, görüşən anda bayramlaşır, ən səmimi arzularını bir-birinə ünvanlayırlar. Kiçiklər böyüklərin görüşünə gedir, ailədəki hər kəs üçün, xüsusilə, uşaqlar üçün hədiyyələr alınır. Baqşa günlərdə bəlkə də iş-güc üzündən bir süfrə ətrafında nadir hallarda toplana bilən ailə üzvlərinin bayram günlərində mütləq bir araya gəlməsi də ailələri möhkəmləndirən əsas amillərdəndir. Bir çox xalqların, o cümlədən, Azərbaycan xalqının milli düşüncəsində belə bir fikir yer alır ki, küsülülər bayram günündə mütləq barışmalıdırlar. Bayram günlərində nəinki dirilər, hətta ölülər də yad edilir, qohumların məzarı ziyarət olunur, onların ruhuna dualar oxunur.

Nəhayət, Ramazan ayında verilən fitrə zəkatları, Qurban bayramında verilən qurbanlıq payları kasıblarla varlılar arasındakı mənəvi uçurumu az da olsa aradan qaldırmağa xidmət edir. Varlılar ehtiyaclılara yardım etməyi özlərinə vicdan borcundan əlavə, həm də şəriət vəzifəsi kimi qəbul edirlər.


Geri dön

PércyDarkMoon

  • 11 avqust 2015 15:12
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 3 avqust 2015 00:17
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

Sıla Rəsulova

  • 2 avqust 2015 23:20
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Chox chox sagolun Allah razi olsun

Ř҉₳₱ʊ₦ʐɛL

  • 19 iyul 2015 23:16
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
Meqale ucun Tesekkurlerr

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

sessiz deniz

  • 19 iyul 2015 21:23
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsun

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 19 iyul 2015 17:14
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
Tesekkur edirem :)

ღ меумusн ღ

  • 19 iyul 2015 11:48
  • Məqalə: 12
  • Şərh: 455
  • Bal:
{awards}
meslehete gore cox saolun

--------------------
ღ меумusн ღ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 49
Cəmi: 72

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}