İmanın əsasları-19

 
İmanın əsasları-19


Tövrat, İncil və digər kitabların təhrif olunmasının, Quranın isə salamat qalmasının bəyan edilməsi

Kitab əhlinin Allahın Kəlamını təhrif etməsi


Qüdrət və qüvvət sahibi olan Allah Qurani Kərimdə Kitab əhlinin onlara nazil edilmiş kitabları təhrif etdiyini və dəyişdirdiyini bildirir. Yəhudilər barədə Uca Allah belə buyurur: “Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). Həmçinin buyurur: “Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir” (ən-Nisa, 46).

Nəsranilər barəsində isə Allah belə buyurur: “Biz xaçpərəstik!–deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir. Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 14-15).


Bu ayələrdən yəhudilərin və xaçpərəstlərin müqəddəs kitabları təhrif edərək dəyişdirdikləri aydın olur. Bu təhrif isə bəzən nəyi isə artırmaqla, bəzən də nəyi isə əskiltməklə olur.

Əvvəlki ilahi kitablara artırma barədə Uca Allah buyurur: “Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”–deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qa- zandıqları şeyə görə vay onların halına!” (əl-Bəqərə, 79).

Əksiltmə barədə isə Allah buyurur: “Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 15). Həmçinin buyurur:

“Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”–deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz” (əl-Ənam, 91).
Tövrat və İncilin təhrif olunması və buna dəlillər


Qeyd etdiyimiz ayələr kitab əhlinin ümumilikdə Allahın kəlamını təhrif etmələri barədə idi. Bundan əlavə Tövrat və İncilin təhrif olunmaları barədə ayrıca dəlillər də vardır.

Tövratın təhrif olunması barədə Uca Allah buyurur: “De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bil- mədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”–de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər” (əl-Ənam, 91).

Bu ayənin təfsirində belə deyilir: “Yəni Musanın gətirdiyi Kita- bı gizlədərək, onu, habelə Peyğəmbərin r gələcəyi barədə olan dəlil- ləri təhrif etməklə istəklərinizə nail olmaq istəyirsiniz.”

Uca Allah həmçinin buyurur: “Siz yəhudilərin sizə inanacaq- larınamı ümid edirsiniz? Halbuki, onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75).

Əs-Suddi bu ayəni təfsir edib demişdir: “Burada Tövrat nəzərdə tutulur. Onlar onu dəyişdirmişdilər”. İbn Zeyd demişdir: “Onlar Allahın nazil etdiyi Tövratı təhrif edərək, oradakı haramları halal, halalları isə haram etmiş, haqqa batil, batilə isə haqq donu geyindirmişdilər.”


İncilin təhrif olunması barədə isə Uca Allah buyurur: “Biz xaç- pərəstik!”–deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiya- mət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri

barədə xəbər verəcəkdir. Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 14-15).

Bəzi alimlər sonuncu ayəni belə təfsir etmişlər: “Uca Allah onların bir çox məsələləri dəyişdirib təhrif etdiklərini, ayələri başqa mənaya yozduqlarını və Allaha iftira yaxdıqlarını bəyan edir. Bir çox şeylər də artıq və mənasız olduğu üçün bunları bəyan etmir” ("Təfsir İbn Kəsir", 3/63). Bütün bu qeyd olunan ayələr Tövrat və İncilin təhrif olunduğuna dəlalət edir. Elə bu səbəbdən də müsəlman alimləri Tövrat və İncilin təhrif olunmasına dair ittifaq etmişlər.
Quranın təhrifdən salamat qalması, təhriflərdən qorunması, və buna dair dəlillər

Əzəmətli Qurana gəlincə o, öncəki kitablar kimi təhrifə məruz qalmamışdır. Uca Allah onu Özünün də bu barədə xəbər verdiyi kimi təhriflərdən qoruyur. O buyurur: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9). Təbəri bu ayənin təfsirində belə demişdir: "Yəni biz Quranı qoruyacağıq ki, onun hökm və fərzlərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırılmasın"("Təfsir İbn Cərir", 14/7). Uca Allahın Quranı hər bir təhrifdən qoruması ilə bağlı başqa bir ayədə buyurur: “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir” (Fussilət, 42). Həmçinin buyurur: “Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır” (Hud, 1). Başqa bir ayədə isə buyurur: “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir” (əl-Qiyamət, 16-17).


Bütün bu ayələr göstərir ki, Allah Quranın həm ayələrini, həm mənasını, nazil olan gündən ta (Qiyamət günü) salamat şəkildə aradan qaldırılanadək mükəmməlcəsinə qoruyur və onda hər hansı bir dəyişkənlik baş verməsinə imkan vermir. Belə ki O, Quranı Öz Peyğəmbərinə (s.a.s) öyrətmiş, sonra onu Peyğəmbərin (s.a.s) qəlbində cəm etmiş, sonra onu bəyan etmiş və onun sünnəsi vasitəsilə Quranı təfsir etmişdir. Sonra da əsrlər boyu Quranı əzbərləyəcək və yazıb qoruyacaq adil insanlar yaratmışdır. Beləliklə də, Quran Peyğəmbərə (s.a.s) nazil olunduğu kimi həm böyüklər, həm də kiçiklər tərəfindən daim oxunaraq bütün batillərdən qorunmuşdur. Alimlər, Tövrat təhrif olunduğu halda Quranın təhrif oluna bilməməsi barədə danışmışlar. Əbu Amr Əd-Dani, Əbu Həsən əl-Muntəbdən belə rəvayət etmişdir: “Bir gün mən Qazi Əbu İshaq İsmail ibn İshaqın yanında idim. Ondan: “Nə üçün Tövrat əhli təhrif edə bildi, Quran əhli isə yox?”–deyə soruşdular. Qazi dedi: “Qüdrətli və qüvvətli Allah Tövrat əhli barəsində buyurur: “Din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər” (əl-Maidə, 44). Onu qoruyub saxlamağı onların özlərinə tapşırdığı üçün təhrif edə bilmişdilər. Quran barəsində isə belə buyurur: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9). Odur ki, onlar Quranı təhrif edə bilməmişlər". Sonra dedi: “Mən Əbu Abdullah əl-Muhamilinin yanına getdim və hekayəni ona söylədim. O dedi: Mən bundan daha gözəl əhvalat eşitməmişəm.”

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"


Geri dön

PércyDarkMoon

  • 11 avqust 2015 15:48
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 3 avqust 2015 00:12
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

Səssiz

  • 2 avqust 2015 23:02
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------
Səssiz'liyim

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyul 2015 22:00
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
`Çox sağ oLun

ღ меумusн ღ

  • 20 iyul 2015 14:46
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
ღ меумusн ღ

Angry Boy

  • 20 iyul 2015 13:12
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah Razi Olsun

Ř҉₳₱ʊ₦ʐɛL

  • 19 iyul 2015 22:47
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

sessiz deniz

  • 19 iyul 2015 21:07
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

♔ sinყσriτα ♔

  • 19 iyul 2015 20:32
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk werh menden tongue
Allah razi olsun canim menim winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}