Keçmiş ümmətlərdə oruc

 
Keçmiş ümmətlərdə oruc


Məşhur Quran təfsirçisi Təbrisi “Cəvamiül-came” təfsirində yazır ki, Həzrət Adəmin (ə) zamanından indiyə kimi peyğəmbərlərin və onların ümmətlərinin arasında oruc əhəmiyyətli məsələlərdən biri sayılıb.


Zəməxşərinin “Kəşşaf” təfsirində Həzrət Əlinin (ə) belə bir məzmunlu kəlamı xatırlanır ki, oruc, Allah-təalanın heç bir ümməti azad etmədiyi qədim bir ibadət növüdür. Qurani-kərimin: “Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, pis əməllərdən çəkinəsiniz!” ayəsi də (Bəqərə, 183) bu ibadətin keçmiş ümmətlərə aidiyyatı olduğunu göstərir. Lakin keçmiş ümmətlərin orucu ilə İslamdakı orucun arasında istər müddət, istərsə də keyfiyyət baxımından bəzi fərqlər vardır. Üstəlik, müsəlman ümməti yeganə ümmətdir ki, orucu mübarək Ramazan ayında tutur. Keçmiş ümmətlər Ramazan ayının bərəkətindən məhrum idilər; bu bərəkətə yalnız İslam ümməti nail oldu.

Şeyx Səduqun “Mən la yəhzuruhul-fəqih” kitabında (I cild, səh. 73) İmam Əlinin (ə) dilindən nəql olunur ki, bir nəfər yəhudi Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib, ona bəzi suallar verdi. Suallardan biri də bu barədə idi ki, niyə Allah-təala sair ümmətlərə daha artıq müddət oruc tutmağı buyurduğu halda, İslam ümmətinə 30 gün oruc tutmağı əmr edib? Peyğəmbərimiz ona bu cür cavab verdi: “Adəm (ə) qadağan olunmuş meyvəni yedikdən sonra o meyvə qarnında 30 gün qaldı. Allah onun övladlarına 30 gündüz ac-susuz qalmağı əmr etdi. Gecələr yedikləri isə Allahın onlara bir lütfü (icazəsi) idi... Allah bunu mənim ümmətimə də vacib etdi”. Sonra Peyğəmbər “Bəqərə” surəsinin 183-cü ayəsini oxudu. Yəhudi dedi: “Düz söylədin, ey Mühəmməd! Bəs oruc tutan adama Allah hansı əvəzi (mükafatı) verər?” Peyğəmbər buyurdu: “Hansı mömin ramazan ayında savabını Allahdan umaraq oruc tutsa, Allah ona bu yeddi xüsusiyyəti bəxş edər: bədənindən haramı əridib çıxarar, Allahın mərhəmətinə yaxınlaşar, babası Adəmin günahını yumuş kimi olar, Allah onun ölüm anında can verməsini asanlaşdırar, qiyamət günündə aclıqdan və susuzluqdan amanda qalar, Allah onu cəhənnəm alovundan xilas edər və ona cənnətin pak meyvələrini əta edər”.


Rəvayətə görə, Həzrət İdris Peyğəmbərə (ə) Allahın vəhy etdiyi səhifələrdə oruc haqqında belə buyurulurdu: “Orucluq vaxtına daxil olanda özünüzü hər cür çirkinlikdən və murdarlıqdan təmizləyin. Pis fikirlərdən, nalayiq çağırışlardan pak olan xalis və saf qəlblə Allah naminə oruc tutun. Allah bu ayda çirkin qəlbləri, qeyri-xalis niyyətləri həbs edər (qüvvədən salar). Yalnız ağzınız yeməkdən uzaq olmaqla oruc tutmasın. Gərək bütün bədən üzvləriniz günahdan oruc olsun (uzaq dursun). Yalnız yeməkdən uzaq durmaqla oruc tutsanız, Allah sizdən razı qalmaz. Bütün pisliklərdən və çirkinliklərdən uzaqlaşsanız və (yaxşılığa doğru) dəyişsəniz, Allah sizdən razı olar” (“Vəqayeül-əyyam” kitabından).


Hədislərdən məlum olur ki, keçmiş peyğəmbərlərin bir çoxu Allahın vacib buyurduğu orucdan əlavə, müstəhəb oruc da tuturdular və hər bir peyğəmbərin özünəməxsus orucluq ənənəsi vardı. Məsələn, Həzrət Davud Peyğəmbər (ə) bir gün oruc tutar, bir gen tutmazdı. Bu cür günaşırı oruc tutmaq qaydası dini mətnlərdə “Davudun orucu” kimi xatırlanıb. Həzrət Süleyman Peyğəmbər (s) hər ayın ilk üç günündə, orta üç günündə və son üç günündə oruc olardı. Həzrət İsa Peyğəmbər (ə) bütün günləri oruclu halda keçirərdi. Onun anası bakirə Məryəm isə iki gün oruc tutar, iki gün tutmazdı. İslam Peyğəmbərinin də hər ayın əvvəlində, ortasında və axırında müstəhəb oruc tutması məlumdur. Bu cür oruc tutmaq qaydasını Peyğəmbər bütün ayı oruclu olmaq qədər dəyərli sayırdı.


Geri dön

PércyDarkMoon

  • 11 avqust 2015 15:22
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 3 avqust 2015 00:14
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

Səssiz

  • 2 avqust 2015 23:23
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun bacisim

--------------------
Səssiz'liyim

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 iyul 2015 22:03
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
`Çox sağ oLun

ღ меумusн ღ

  • 20 iyul 2015 14:48
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
ღ меумusн ღ

Ř҉₳₱ʊ₦ʐɛL

  • 19 iyul 2015 22:51
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

♔ sinყσriτα ♔

  • 19 iyul 2015 20:36
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}