İmanın əsasları-20

 
İmanın əsasları-20

Qurana iman və onun xüsusiyyətləri

Quranın, Qüdsi hədisin və Peyğəmbərin (s.a.s) hədisinin tərifi, habelə bunların arasındakı fərq

Qurani Kərim: Bu, Allahın o kəlamıdır ki, Allah həqiqi mənada danışmış, halbuki, biz bunun necə-nəcürlüyünü izah edə bilmərik, sonra bunu Öz elçisinə vəhy etmiş, möminlər ona haqq olaraq iman gətirmiş və onun həqiqətən Allah kəlamı olduğunu yəqinliklə bilmişlər. Cəbrail u onu Allahdan eşitmiş, sonra da peyğəmbərlərin sonuncu- su olan Muhəmmədə r ləfz və məna olaraq, qətiliyi və yəqinliyi bildirən mutəvatir şəkildə çatdırmış, üstəlik bu günə qədər o, Kitab şəklində yazılaraq bizə çatmış və hər bir dəyişiklikdən və təhrifdən qo- runmuşdur ("əl-Əqidə ət-Təhaviyyə", 1/172; əl-Mənna əl-Qəttanın “Məbahis fi ulu- mul-quran” səh. 21; Camaləddin əl-Qasimi, "Qəvaid ət-Təhdis", səh. 65).

Qüdsi hədis: Bu, Peyğəmbərin (s.a.s) öz Rəbbindən həm ləfz, həm də mənaca rəvayət etdiyi, bizə həm mutəvatir, həm də əhəd olaraq çatan hədislərdir. Lakin bunlar Quran kimi mutəvatir deyildir (Camaləddin əl-Qasimi, "Qəvaid ət-Təhdis", səh. 65).

Onun misalı Əbu Zərr əl-Ğifarinin Peyğəmbərdən (s.a.s), onun isə öz Rəbbindən rəvayət etdiyi hədisdir: “Ey qullarım, şübhəsiz ki, Mən zülmü Özümə haram etdim, onu sizlərin də arasında haram etmişəm, odur ki, bir-birinizə zülm etməyin” ("Səhih Muslim", 2577).

Peyğəmbərin (s.a.s) hədisi: Peyğəmbərin (s.a.s) dediyi sözləri və əməlləri, (səhabələrinin dediklərini və etdiklərini) təsdiqlədiyini özündə cəm edən, habelə onu vəsf edən hədislərə deyilir (İbn Useymin, "Müstələh əl-hədis", səh. 7; Camaləddin əl-Qasimi, "Qəvaid ət-Təhdis", səh. 61-62).

Quran, Qüdsi hədis və Peyğəmbərin (s.a.s) hədisi arasındakı fərq

Quranın oxunuşu ibadətdir, üslubu möcüzəvidir, heç kəs onun bənzərini deyə bilməz, napak halda olan kimsə ona toxunmamalı, cunub halında olan isə onu oxumamalıdır, məna ilə rəvayət edilməsi caiz deyil, namazda oxunur, onu oxuyan oxuduğu hər bir hərfə görə on savab qazanır. Qüdsi hədis və Peyğəmbərin (s.a.s) hədisi isə belə deyildir.
Qüdsi hədislə Peyğəmbərin (s.a.s) hədisi arasındakı fərq

Qüdsi hədis həm ləfz, həm də mənaca Allah kəlamıdır, Peyğəmbərin (s.a.s) hədisi isə bundan fərqli olaraq həm ləfz, həm də mənaca Peyğəmbərin (s.a.s) sözüdür. Allah kəlamı məxluqun sözündən əfzəl olduğu üçün qüdsi hədis Peyğəmbərin (s.a.s) hədisindən daha əfzəl sayılır(Camaləddin əl-Qasimi, "Qəvaid ət-Təhdis", səh. 65-66).

Qurana imanın xüsusiyyətləri

Öncə qeyd etdiyimiz kimi kitablara iman imanın əsaslarından biridir. Muhəmməd (s.a.s) peyğəmbər göndərildikdən və Quran ona nazil olduqdan sonra bu kitab digər kitabları nəsx etdiyi, onlara şahidlik etdiyi, onunla ibadət edildiyi, bütün insanlara və cinlərə göndərildiyi üçün onu digər kitablardan fərqləndirən özəllik və xüsusiyyətlər də vardır. Qurana həqiqi iman gətirmək üçün kitablara imanla bağlı yuxarıda qeyd olunan məsələlərə əlavə olaraq həmin xüsusiyyətlərə də etiqad etmək gərəkdir. Həmin xüsusiyyətlər bunlardır:

1. Etiqad etmək lazımdır ki, Quran bütün insanlara və cinlərə göndərilmiş və oradakı şəriət qanunları hər ikisinə şamil olunmuşdur. Buna iman gətirmək və Allaha orada buyurulmuş şəkildə ibadət etmək onların hamısına vacibdir. Uca Allah buyurur: “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır!” (əl-Furqan, 1). Həmçinin, Peyğəmbərinin (s.a.s) dilindən buyurmuşdur: “Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim” (əl-Ənam, 19). Həmçinin, cinlər barəsində buyurur: “De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq” (əl-Cin, 1-2).

2. Etiqad olunmalıdır ki, Quran bütün başqa kitabları nəsx edərək onları hökmdən salmışdır. Quran nazil olduqdan sonra nə Kitab əhlinə, nə də digərlərinə başqa bir kitaba tabe olması caiz deyildir. Yalnız Quranın əmrləri din sayılır, onun halal buyurduqları halal, haram buyurduqları isə haram hesab edilir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (Ali İmran, 85). Həmçinin buyurur: “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma” (ən-Nisa, 105). Öncə qeyd etmişdik ki, Cabir ibn Abdullahdan rəvayət olunan hədisdə Peyğəmbər (s.a.s) səhabələrinə kitab əhlinin kitablarını oxumağı qadağan edərək demişdir: “Canım əlində olana and olsun ki, əgər Musa sağ olsaydı, hökmən mənə tabe olardı” ("Müsnəd Əhməd", 3/387; "Kəşf əl-Astar", 134).

3. Bilmək lazımdır ki, Quranın gətirdiyi şəriət çox asandır. Keçmiş şəriətlər isə bir çox çətinlikləri özündə ehtiva edirdi. Uca Allah buyurur: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin–yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər” (əl-Əraf, 157).

4. Quran ilahi kitablar arasında yeganə kitabdır ki, onu bütün ləfz və məna təhriflərindən qorumağı Uca Allah Öz üzərinə götürmüşdür. O, buyurur: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9). O, həmçinin buyurur: ”Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəla- yiq Allah tərəfindən nazil edilmişdir” (Fussilət, 42). Başqa bir ayədə O, buna bir daha zəmanət verərək buyurur: “Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir” (əl-Qiyamət, 17-19).

İbn Kəsir sonuncu ayənin təfsirində demişdir: “Yəni Quranı hifz edib Peyğəmbərə (s.a.s) oxutduqdan sonra onu aydınlaşdıraraq sənə istədiyimiz mənanı ilham veririk.” Uca Allah Peyğəmbərin (s.a.s) zamanından bu günədək Öz Kitabını qoruyacaq bir çox möhtəşəm alimlər hazırlamışdır ki, onlar da bu işin öhdəsindən məharətlə gəlmişlər. Onlar Quranı əzbərləyərək mənasını dürüst anlamış və ona riayət etmişlər. Qurana xidmət etmək üçün onlar saysız-hesabsız kitablar yazmışlar. Bəziləri Quranın təfsiri barədə, bəziləri onun rəsmi və xətti barədə, bəziləri onun möhkəm və mütəşabih ayələri barədə, bəziləri onun Məkkədə və Mədinədə nazil olanları barədə, bəziləri ondan çıxarılan əhkamlar barədə, bəziləri nəsx və mənsux xüsusunda, bəziləri ayələrin nazil olma səbəbi haqqında, bəziləri Qurandakı məsəllər barədə, bəziləri onun ecazkarlığı barədə, bəziləri onun qəliz sözləri barədə, bəziləri də onun qramatik təhlili barədə, habelə Quranla bağlı başqa-başqa mövzularda kitablar yazmışlar ki, bunların vasitəsilə Uca Allah Quranı qorumaqdadır. Bu alimlər Allahın Kitabı xüsusunda layiqincə xidmət etmiş, beləliklə də, bu Kitab indiyədək qorunmuş və təfsir edilmişdir.
. Qurani Kərim digər ilahi kitablar kimi bir çox möcüzələri özündə ehtiva etmişdir. Quran özü-özlüyündə böyük bir möcüzə, əbədi və tutarlı bir dəlildir ki, Allah onun sayəsində Qiyamətə qədər Öz Peyğəmbərinə (s.a.s) və ona tabe olanlara dəstək verəcəkdir. Buxari və Muslim, Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət et- mişlər: “Uca Allah hər bir peyğəmbərə insanlar ona iman gətirsin deyə müxtəlif möcüzələr vermişdir. Allahın mənə verdiyi möcüzə isə vəhydir. Allahdan Qiyamət günü ən çox tərəfdarı olan peyğəmbər olmağımı diləyirəm.”("Səhih əl-Buxari", 4981; "Səhih Muslim", 152)

Quranın möcüzəvi xüsusiyyətlərindən biri onun fəsahətli və bəlağətli olmasıdır. Rəbbimiz bütün insanlara və cinlərə bacarırlarsa, Quranın bənzərini və ya onun bir qismini gətirməyi buyurmuşdur. Bu da üç mərtəbədən ibarətdir: Əvvəlcə Allah onları Quranın bənzərini gətirməyi buyurmuş, onlar da bunu edə bilməyərək aciz qalmışlar. O buyurur: “Yoxsa onlar: “Bunu özündən uydurdun!”deyirlər. Xeyr, onlar iman gətirmirlər. Əgər doğru söyləyirlərsə, qoy Qurana bənzər bir kəlam gətirsinlər” (ət-Tur, 33-34). Sonra Rəbbimiz onların aciz olduqlarını bildirərək buyurur: “De: Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə, ona bənzərini gətirə bilməzlər” (əl-İsra, 88). Sonra Allah onlara bacarırlarsa, on surə gətirmələrini buyurmuş, lakin onlar bunu da bacarmamışlar. Uca Allah buyurur: “Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” (Hud, 13). Sonra Allah onlara növbəti dəfə bacarırlarsa, bir surə gətirmələrini buyurmuş. Lakin onlar yenə aciz qalmışlar. O, buyurur: “Yoxsa: “Muhəmməd onu özündən uydurdu!”–deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsı- nızsa, köməyə çağırın!” (Yunus, 38). Bununla da insanlar Quranda üç ayədən ibarət olan bir surənin bənzərini gətirə bilməyəcək qədər acizdirlər ki, bu da onun möcüzəviliyinin əlamətidir.

6. Uca Allah Qurani Kərimdə insanlara dinlərində, dünyalarında, sağ ikən və öldükdən sonra lazım olacaq şeyləri bəyan etmişdir. O, buyurur: “Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik” (ən-Nəhl, 89). Həmçinin buyurur: “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq” (əl-Ənam, 38). İbn Məsud demişdir: Quranda bütün elmlər nazil edilmiş, hər bir şey bəyan edilmişdir.

7. Quranın ən əsas xüsusiyyətlərindən biri onu aramla, düşünərək oxuyan üçün asanlaşdırılmasıdır. Bu da Quranın ən böyük xüsusiyyətlərindəndir. Uca Allah buyurur: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (əl-Qəmər,

17). Həmçinin buyurur: “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 29). Mücahid birinci ayənin təfsi- rində demişdir: “Yəni asan oxunulan etdik.” Əs-Suddi demişdir: “Ti- lavətini dillərdə asanlaşdırdıq.” İbn Abbas demişdir: “Uca Allah Quranı insanların dili üçün asanlaşdırmış olmasaydı, heç kim Allahın Kəlamını oxuya bilməzdi.” ("Təfsir İbn Kəsir", 8/453) Təbəri və bir çox təfsir alimləri Quranın asanlaşdırılmasının onun ləfzən tilavət üçün, həm də məna baxımından düşünüb ibrət almağa şamil olunduğunu bildirmişlər. Bu da təcrübə nöqteyi-nəzərindən aydın bir məsələdir.

8. Quran keçmiş kitabların xülasəsini və peyğəmbərlərinin şəriətlərinin əsaslarını özündə ehtiva edir. Uca Allah buyurur: “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48). Həmçinin buyurur: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi” (əş-Şura, 13).

9. Quran digər kitablardan fərqli olaraq keçmiş peyğəmbərlərin və ümmətlərin xəbərlərini qeyd etmişdir. Uca Allah buyurur: “Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək” (Hud, 120). O, həmçinin buyurur: “Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da vardır, yerlə-yeksan olanı da” (Hud, 100). O, həmçinin buyurur: “Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik” (Ta ha, 99).

10. Quran Allahın nazil etdiyi kitabların sonuncu, həm də bu kitabları təsdiqləyən bir kitabdır. Uca Allah buyurur: “O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi, daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi” (Ali İmran, 3-4). Başqa bir ayədə buyurur: “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48).

Bütün bu sadalananlar Quranı digər kitablardan fərqləndirən özəlliklərdir. Bütün bunları bilib onlara əməl etməyincə iman kamil olmur. Daha doğrusunu isə Allah bilir!

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"


Geri dön

PércyDarkMoon

  • 12 avqust 2015 10:58
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 3 avqust 2015 00:10
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

Sıla Rəsulova

  • 2 avqust 2015 23:04
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Allah razi olsun....

sessiz deniz

  • 21 iyul 2015 16:09
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsun

ღ меумusн ღ

  • 21 iyul 2015 00:31
  • Məqalə: 12
  • Şərh: 455
  • Bal:
{awards}
Allah Razi olsun...

--------------------
ღ меумusн ღ

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 20 iyul 2015 21:44
  • Məqalə: 683
  • Şərh: 18671
  • Bal:
{awards}
cox sagolun))))

--------------------
Həyatı elə yaşa ki, həyat səni qısqansın.. winked

Favorit Girl )

  • 20 iyul 2015 20:18
  • Məqalə: 178
  • Şərh: 1613
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

eliwqa

  • 20 iyul 2015 19:26
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 42
Cəmi: 84

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 45
Cəmi: 632
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}