Ətirlərin istifadə və saxlama qaydaları

 
Ətirlərin istifadə və saxlama qaydaları


Bədən
Ətirin qalıcılığı dərinin tipi ilə yaxından əlaqəlidir. Ətirlər yağlı dərilərdə daha qalıcı olurlar. Quru dərilər isə qoxunun aromatik tərkibini yağlı dərilər qədər yaxşı mühafizə edə bilmir. Ətirlərin qalıcılıq dərəcəsi quru dəridə az olduğu üçün quru dəriyə sahib olanlar ətirdən tez-tez istifadə etməlidirlər.

Ətirlər qoxularını yaymaq üçün istilik, hərəkət kimi faktorlara ehtiyac duyarlar. Bu səbəbdən ətir bədənin bəzi hissələrində daha qalıcı olur.

Yemək vərdişi, dəri rəngi, yaş dövrü, olduğunuz coğrafiyanın isti, ya da soyuq olması, alkoqol, siqaret vərdişiniz, tərəvəz və ət yeməyiniz ətirin seçimində önəmlidir. Məsələn, ət yeyən biri ilə tərəvəz yeyənlərin tərləmə vəziləri və hormonal tarazlığı fərqli olduğuna görə, qoxu da müxtəlif olur.

İsti və nəmli nöqtələr: qoltuq altları, sinə araları, boynun arxası, qulaq arxaları və göbək.

Nəbzin nöqtələr: bilək içləri, gicgah və boyun.

Hərəkətli nöqtələr: dirsəklər və diz içləri.

Saçlar: Saçınıza ətir sıxmaq istəyirsinizsə, əvvəlcə təmiz olmasına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün qoxusuz şampun seçin. Saçlarınız qısadırsa, diblərinə sürtün. Uzundursa, sadəcə uclarına sıxmaq yetərlidir. Ətri saçınızı daramazdan əvvəl vurun.

Geyimlər
Ətirlər pambıq, yun kimi təbii liflə toxunmuş parçalarda çox qalıcı olur və daha rahat yayılırlar. Sintetik liflərdə isə qalıcılığı azdır. Ətirin ən qalıcı olduğu metriallar isə kürklər və kətan kimi parçalardır.

Ətirləri geyimin hansı hissəsinə sıxmalı?
Ətrinizi pencək və kurtka astarlarına, ətək və paltarların ətək hissələrinə vurun.

Geyimlərə fərqli ətirlər sıxmayın. Çünki müxtəlif ətir istifadə etdikdə molekulları yaxşı qarışmır. Nəticədə pis təsir oyandırır.

İpək kimi incə parçalara ətir sıxmaq tövsiyə olunmur. Səbəbi isə çox sadədədir. Çünki ləkə düşür, çox zaman da çıxmır.

Əgər ətirinizi tez-tez dəyişdirirsinizsə, yalnız bədəninizə sıxmaqla kifayətlənin. Qoxu onsuz da geyimlərinizə də keçəcək.

Ləl-cəvahirat, xüsusilə mirvarilərə ətir vurmaq düzgün deyil. Çünki ətirlərdəki spirt ləl-cəvahiratların parlaqlığını yox edir və mirvariləri isə saralda bilər.

Ətri necə saxlamalı?
Ətrin öz xüsusiyyətini uzun müddət saxlaması üçün saxlama qaydalarına əməl etmək lazımdır. Çoxumuz ətirləri makiyaj masası və ya vanna otağına qoymağı sevirik. Ancaq isti və nəmli mühit, həmçinin günəş şüaları ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn şkafda ya da siyirtmədə saxlamaqdır. Hətta soyuducular da ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

Geyim şkafına parfum sıxmağı unutmayın. Alt paltarlarınızın olduğu şkaf və ya siyirtməyə isə ətirinizlə nəmləndirdiyiniz yun parça qoyun. Bu zaman şkafı açdıqda xoş qoxu gəlir.


Geri dön

PércyDarkMoon

  • 19 avqust 2015 21:17
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
TəşəkkürLər

--------------------

ヅ Bad Girl ヅ

  • 16 avqust 2015 21:33
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

PércyDarkMoon

  • 11 avqust 2015 12:25
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

♔ sinყσriτα ♔

  • 10 avqust 2015 21:09
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Melumata gore cox sagol canim

eliwqa

  • 25 iyul 2015 20:51
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekurler....

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 23 iyul 2015 23:10
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
cox sagolun=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}