Hekayə

 
Hekayə

Ayan dükanda satıcı işləyirdi. Bir gün dükana gələn
cavan bir oğlan yolu azdığını söylədi. Mən buradan
necə çıxa bilərəm??? Siz hara getmək
istəyirsiniz??? Mən dənizə getmək istəyirdim amma
yolumu azdım. Bu döngəni keçin düz gedin yolun
sağ tərəfində bazar yazılıb oradan sola dönün. Çox
sağ olun xanım çox minnətdaram. Adım Nihatdır.
Bəs sizin??? Sağ olun deyə Ayan cavab verir. Adının
gizli qalmasını istəyən qız ona adını demək istəyirdi
amma nədənsə demədi. Səhəri gün isə gələndə yenə
o oğlan dükanın qarşısında durmuşdu. Əlində olan
bir dəstə qırmızı gül ilə. Qız onu görəcək özünü
itirdi amma nə deyəcəyini bilmədi. Mən sizə öz
minnətdarlığımı bildirmək istəyirəm. Xahiş edirəm
bunu mənə çox bilməyin. Bəli onların tanışlığı belə
başladı. Ayan özünü yuxuda hiss edirdi. Ona elə
gəlirdi ki, o yuxu görür. Axı ola bilməz mən necədə
xoşbəxtəm. O uşaq vaxtı ana və atasını itirmişdi özü
də nənəsi ilə yaşayırdı. Ehtiyac üzündən işləyirdi.
Amma Nihat çox varlı, adlı sanlı bir ailənin oğlu idi.
Nihat ilk dəfə idi ki, özünü belə xoşbəxt hiss edirdi.
Sanki həyatın mənasını Ayanda görürdü. Hər gün
səhər gül dəstəsi ilə Ayanı qarşılayırdı. Və nəhayət o
özünü toplayıb Ayana onu sevdiyini dedi. Beləliklə
də onlar ailə həyatı qurdular. Hər şey nağıl kimi idi.
Onların hər günü sevinclə keçirdi. Günlərin birində
Ayanın aldığı xəbər onu çox sarsıdır. Ayan heç vaxt
ana olmayacaq. Bunun çarəsi yox idi. Ayan hər günü
üzüntü içində keçirirdi. Amma nə etməli olacağa
çarə yoxdur. Buna baxmayaraq Nihat hər gün ona
deyirdi Ayan mən səni sevirəm əsas budur. Qismət
bu imiş. Allah nə qoyubsa o da olacaq. Heç ürəyini
sıxma o qədər ana sevgisindən məhrum uşaqlar var.
Sən öz analıq sevgini onlardan birinə verərsən!!!
Beləcə illər keçdi. Nihat iş üçün başqa ölkəyə
yollanmalı idi. Onlar dəniz kənarında gəzirdilər.
Ayanın gözü dəniz kənarındakı ağ evə sataşdı. Evin
önündə satılır yazılmışdır. Ayan Nihata bu evi
almağı təklif etdi. Nihat: səbr elə sevgilim mən
qayıdanda alarıq. Sən isə o ev barəsində yaxşı-yaxşı
planlar qur. Səhəri gün Ayan Nihatı yola salır. Onu
bərk-bərk qucaqlayıb yola salandan sonra onun
arxasınca baxırdı. Nədənsə ürəyi sıxılırdı. Birdən
Nihat deyə Ayan çağırdı. Onun arxasınca qaçıb ona
elə bərk sarıldı ki, sanki ürəyi yerindən qopsun.
Ayan ağlamağa başladığı anda onun axıtdığı göz
yaşlarını Nihat sildi və cavabında, ağlama mən
gələcəyəm söz verirəm və o dəniz kənarında ki ağ
evi alacağıq. Ağ evin önündə isə bir restoran
açacağıq. Bir uşaqda götürərik. Hər şey yaxşı
olacaq. Sağ ol ürəyim deyib yola düşdü. Ayan
günləri sayırdı. Amma Nihat hələdə ona zəng
etməmişdi. Bir gün Nihat zəng etdi. Nihatın soyuq
danışığı onu çox sarsıtdı. Nihat sənə nə olub?
-Heçnə. Nə olmalıdır ki??
-Bəs bizim dəniz kənarındakı planlarımız?
-Sənə nə olub Ayan sən elə pul xərcləməyi
bacarırsan. Səbr elə dedim axı və sağ ol deyib
Ayanın sözünü dinləmədən dərhal dəstəyi asdı. Ayan
çox sarsıldı. Sanki yuxu görürmüş kimi düşünməyə
başladı. Öz-özlüyündə özünü günahkar sandı.
Səhərisi gün rəfiqəsi onun qonağı oldu. Ayan
səninlə danışmalıyam. Nihat zəng etmişdi.
-Hə?! Nə dedi???!
-Bilmirəm hardan başlayım!
-O daha dönməyəcək!
-Sən dəli olmusan ???!
-Yox sadəcə orada onun başqa biri ilə olduğunu
bildim!!!
Sən yalan deyirsən deyə Ayan onu dərhal evdən
qovdu. Bütün gecəni səhərə qədər yatmadı. Nihata
zəng etmək istədi. Amma Nihat ona nə nömrə, nə də
ki adresini vermişdi. Ayan bütün həyatını yada saldı
və ağlayaraq mən həqiqətən də yuxu görürmüşəm
deyə səhərə qədər sayıqladı. Səhər Nihat zəng etdi
-Nihat əzizim nə vaxt gəlirsən?
-Sən yenə başladın ?
-Demişəm axı işlərim qurtaranda
-Nihat mənə yalan demə
-Ayan bəsdir mən artıq səndən bezmişəm!!!
Sağ ol belə deməmiş dəstəyi asdı. Ayan sanki artıq
dəli olurdu. 3 ay keçdi. Hər günü zəhər olmuşdu
Ayanın. O hətta neçə dəfə özünə qəsd etmək belə
istəmişdi. Amma yalnız və yalnız ümidi onu
yaşamağa vadar edirdi. Qapı çalındı. Səhər tezdən
Ayan qalxıb qapını açdı. Bu onun rəfiqəsi idi.
-Niyə gəlmisən yenə onun başqasını sevdiyini
deməyə?!
-Ayan məni dinləməlisən! Məni dinləməsən də heç
olmasa bu zərfi oxu.
Ayan zərfi alıb oxumağa başladı.
Salam mənim əzizim Ayan. Təəccüblənmə bu mənəm
Nihat. Bağışla məni. Mən səni bu 3 ayda çox
hirsləndirdim. Sənin xətrinə belə dəydim. Mən
istəmirdim sən mənim necə əzab çəkdiyimi görüb
üzüləsən. Mənim axırıncı müayinəm pis çıxdı. Mənim
başımda ki ağrıları xatırlayırsan. Onlar məndə
xərçəng xəstəliyinin əlaməti imiş. Məni bağışla
sevgilim. Mən sənin üzülməni istəmirdim amma mən
sağalacağıma ümid edirdim. Bu gün oktyabr ayının
5-dir. Yəqin ki, sən bu məktubu oxuyanda mən artıq
həyatda olmayacağam. Amma hər halda zərfin
içindəki açarları götür. O həmin o ağ evin
açarlarıdır. Orada restoran açarsan. Bir də yadından
çıxmasın ki, sən yaşamalısan. Mən səninlə
olacağam. Əlvida mələyim.
Məktubu oxuyacaq Ayan sanki yuxudan ayıldı. Ola
bilməz deyə qışqırmağa başladı. Ayan rəfiqəsinin bu
işinə inanmayaraq mən Nihatın yanına gedirəm
dedi. Rəfiqəsi isə cavabında Ayan, o artıq həyatda
yoxdur, onun ailəsinə də xəbər ver!!!
Beləcə illər keçdi. İndi dəniz kənarındakı, ağ evdə
tamam başqa bir sevinc var. Bu gün Ayan uşaq
evindən götürdüyü oğlu Nihatın ad gününü qeyd
edir. Tez-tez dənizə tərəf gedib öz özünə nəsə
danışır və sanki o başını kiminsə çiyninə qoyur.
Bilmək olmaz dünya qəribədir.
Bəlkə də o Nihatla birgədir...


Geri dön

ヅ Bad Girl ヅ

  • 12 avqust 2015 11:35
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
Təşəkkürlər

--------------------

PércyDarkMoon

  • 11 avqust 2015 12:02
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

♔ sinყσriτα ♔

  • 10 avqust 2015 21:29
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
``Chox Sagolun))

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 26 iyul 2015 05:59
  • Məqalə: 675
  • Şərh: 18520
  • Bal:
{awards}
melumata gore sagolun

--------------------

eliwqa

  • 25 iyul 2015 20:15
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
maraqli idi tewekurler....

--------------------

sevinckaa

  • 24 iyul 2015 17:35
  • Məqalə: 3
  • Şərh: 4043
  • Bal:
{awards}
eziyyete gore cox saolun

--------------------
I am happy

No_No_No

  • 24 iyul 2015 09:52
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
burda en cox iwlenen soz `yuxu`dur..ele bildim axida hamisi yuxu olacaq....maraqlidi..tewekkurler..

--------------------
<<<∞∞Dünyanın nüfuzu artdiqca, insan sayı azalır...∞∞>>>

rnok

  • 24 iyul 2015 01:04
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
super hekayedi hemde tesirli idi

Ř҉₳₱ʊ₦ʐɛL

  • 23 iyul 2015 23:13
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
suppa biraz tesirli idi tesekkurler

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 23 iyul 2015 22:57
  • Məqalə: 675
  • Şərh: 18520
  • Bal:
{awards}
cox sagolun=)

--------------------

ureyimin_ureyiyem

  • 23 iyul 2015 21:38
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
cooooox sag ol.Tesirli idi.

Favorit Girl )

  • 23 iyul 2015 21:29
  • Məqalə: 178
  • Şərh: 1613
  • Bal:
{awards}
Cooox saoLun marağLiydi...ellerive sağLiğ
ilk sherh menden

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 64
Cəmi: 92

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}