Qəbizlikdən xilas edən qidalar

 
Qəbizlikdən xilas edən qidalar


Bir çox hallarda insanlarda qəbizliyin səbəbi düzgün olmayan qidalanma olur.

Legend.aza istinadən bildirir ki, ağ çörək, ağ undan bişirilmiş müxtəlif un məmulatları (bulka və s.), yağlı ət və balıq bulyonları, qızarmış, duzlu qidalar, tünd çay, şokolad, makaron məmulatları və s. kimi qidaların daim qəbulu insanda qəbizliyə səbəb ola bilər. Əksinə isə meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, quru meyvələr, yaşıl çay, çobanyastığı dəmləməsi qəbizliklə mübarizədə insana çox yaxşı kömək edir.

1. Səhər acqarına 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan ilıq su için. Bu, bağırsaqların motorikasını (fəaliyyətini) yaxşılaşdırır. Ümumillikdə qəbizliyi olan insan çoxlu maye içməlidir - yaşıl çay, adi təmiz su, müxtəlif kompotlar (dükanlardan alınan yox!). Qara çay, qazlı limonadlar, kola əks-göstərişdir.

2. Qarabaşaq, qəhvəyi düyü, yulaf ("herkules") və darı yarmalarından hazırlanmış sıyıqlar çox yaxşı effekt verir. Sıyıqları süddə yox, suda bişirmək lazımdır. Sıyığı çox bişirmək lazım deyil. 10-15 dəqiqə ərzində bişirin, sonra oddan götürün və dəsmala bükün. Sıyığı qəbul edtikdə ona 1 çay qaşığı zeytun yağı əlavə edin.

Sıyıqlara təzə və qurudulmuş meyvələri (alma, ərik, qara qavalı, əncir, kişmiş) də əlavə etmək olar. Misal üçün: kişmişi axşamdan isti suda isladın. Səhər yulaf yarmasından sıyıq bişirin. Sıyığa axşamdan isladılmış kişmiş əlavə edin.

3. Müxtəlif tərəvəz salatları bağırsaqları yaxşı işlədir.

Çuğunduru bişirin, sürtgəcdən keçirin, xırda doğranmış qara qavalı qurusunu və zeytun yağı əlavə edin.

Kök, kələm, alma (hamısı çiy vəziyyətdə), göyərti doğrayın, zeytun yağı və 1/2 limon şirəsini əlavə edin.

Bolqar bibəri, xiyar, pomidor, göyərti doğrayın, xırda doğranmış yağı az olan ağ pendir və zeytun yağı əlavə edin.

4. Yağı az olan süd məhsulları (kefir, yoqurt, xama və s.) bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu süd məhsulları sizin menyunuzda hər gün olmalıdır. Uzun sürən qəbizlik zamanı ən təsirli vasitələrdən biri - 1 stəkan kefir + 1 xörək qaşığı zeytun yağı. Qarışdırın və yavaş-yavaş için.

5. Əncir, qara qavalı, ərik quruları, kişmiş qəbizliklə mübarizədə çox yaxşı effekt verir.

Meyvə qurularını axşamdan isti suda isladın, səhər isə sıyıqlara əlavə edin. Alınmış şirəni isə için.

Meyvə qurularını termosda dəmləmək daha yaxşıdır. Hərəsindən 5 dənə olmaqla qara qavalı, əncir, ərik qurusu, 1 ovuc kişmiş götürün və 2-litrlik termosda qaynar su ilə dəmləyin. Dəmləmə çox dadlı alınır. Bu dəmləməni içdikdə ora 1 çay qaşığı bal əlavə etmək olar.

6. Çobanyastığı dəmləməsi bağırsaqlara çox yaxşı təsir edir, köpdən və qazlardan xilas edir. 1 xörək qaşığı çobanyastığı otunu 1 stəkan qaynar suda dəmləyin, süzün və axşam yatmazdan əvvəl 1/2 stəkan olmaqla için. Dəmləməyə 1 çay qaşığı bal da əlavə etmək olar. Çobanyastığı dəmləməsi həm də insanın sinir sisteminə müsbət təsir edir, sakitləşdirir. Nəzərinizə çatdıraq ki, qəbizlik isə bir çox hallarda insanlarda stresin fonunda inkişaf edir.

7. Buğda kəpəyi bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir. 1 xörək qaşığı buğda kəpəyini axşamdan 1 stəkan suda isladın, səhər qarışdırın və için. Buğda kəpəyini həmçinin müxtəlif salatlara, suplara əlavə etmək olar.


Geri dön

PércyDarkMoon

  • 19 avqust 2015 21:12
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
TəşəkkürLər

--------------------

Səssiz

  • 17 avqust 2015 14:17
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Meluma gore tesekkur

--------------------
Səssiz'liyim

PércyDarkMoon

  • 11 avqust 2015 12:05
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

♔ sinყσriτα ♔

  • 10 avqust 2015 21:27
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
`Melumata gore cox sagolun

ヅ Bad Girl ヅ

  • 10 avqust 2015 19:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

--------------------

sessiz deniz

  • 26 iyul 2015 21:44
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
buyurun wehrlere gore twwk

eliwqa

  • 25 iyul 2015 20:17
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
meqaleye gore tewekurler...

--------------------

sevinckaa

  • 24 iyul 2015 17:38
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
eziyyete gore cox saolun

--------------------
I am happy

curl_doc

  • 24 iyul 2015 11:21
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
5. Əncir, qara qavalı, ərik quruları, kişmiş qəbizliklə mübarizədə çox yaxşı effekt verir.
bu heqiqeten cox komek edir.tewekkurler winked

вคɴค iкiмizi คɴlคт ❤

  • 23 iyul 2015 23:00
  • Məqalə: 665
  • Şərh: 18424
  • Bal:
{awards}
cox sagolun=)

Favorit Girl )

  • 23 iyul 2015 21:31
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Cooox saoLun
ilk sherh menden

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 12
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}