Orqanizmə ziyan olan qidalar

 
Orqanizmə ziyan olan qidalar


İnsanda xəstəliklərin yaranmasının ilkin səbəblərindən biri də düzgün qidalanmamaq, orqanizm üçün təhlükəli və zərərli qida məhsullarının müntəzəm istifadəsidir.

Sağlamlıq üçün zərərli olan qida məhsullarını sizlərə təqdim edirik.

1. Danılmaz faktdır ki, əksər insanlar tənbəlliyi ucbatından və əlavə əziyyətdən can qurtarmaq üçün günortalar ayaqüstü kolbasa və sosislərlə qidalanmağa üstünlük verirlər. Unutmaq lazım deyil ki, bu cür ət məhsullarının tərkibinə qatılmış əlavələr, iç piyləri, müxtəlif aromatizatorlar, dadverici komponentlər, hətta donuz dərisi insan sağlamlığı üçün yaxşı heç nə vəd etmir.

2. Sözsüz ki, kolbasa və sosisləri yedikdən sonra üstündən qazlı, şirin içkilərin içilməsinin də nə qədər “ləzzətli” olduğu hamımıza yaxşı məlumdur. Tərkibi bir toplum kimyəvi maddələrlə, şəkər və şəkər əvəzedicilərlə, rənglərlə zəngin olan bu cür içkilərin özü opqanizm üçün təhlükəli olmaqla yanaşı, o həm də əvvəlcə qəbul olunmuş qida məhsullarındakı zərərli maddələrin orqanizmə rahat yayılmasına şərait yaradır.

3. Mayonez və ketçubun damağımıza xüsusi dad verdiyini hamımız yaxşı bilirik. Amma bu dadın arxasında dayanan təhlükə və zərərlərdən çoxumuz xəbərsizik. Onların tərkibində olan kimyəvi rəngləyicilər, müxtəlif əlavələr bir çox xəstəliklərin inkişafında fəal iştirak edir. Odur ki, damağınızın dadını başqa faydalı qida məhsulları ilə əvəzləsəniz xoşagəlməz problemlərdən uzaq olarsınız.

4. İnsanlar üçün çipsilər qida məhsulundan daha çox sevimli məşğuliyyətə çevrilib. Xüsusilə televizor qarşısında saatlarla əyləşməyi sevənlər çoxsaylı çeşiddə satılan çipsilərlə asudə vaxtlarını daha “dadlı” keçirirlər. Ancaq bu vərdişdən əl çəkmək istəməyənlər onu bilməlidirlər ki, sevimli çipsiləri damarların kirəcləşməsindən, maddələr mübadiləsinin pozulmasından savayı onların mədəsində də ciddi xəstəliklərin yaranmasına səbəb olacaq.

5. Konservləşdirilmiş qida məhsullarından istifadə etmək rahat olsa da onlar çox qısa bir zamanda daxili orqanları narahat edir. İstənilən qida məhsulunun konservləşdirilməsində müxtəlif kimyəvi maddələr iştirak edir. Bu isə ən ciddi xəstəliklərin yaranmasının başlanğıcı ola bilər.

6. Şokolad batonları orqanizm üçün ən zərərli qida məhsullarından biridir. Belə şokoladlar orqanizmi yüksək kalori ilə yükləməkdən savayı, tərkibindəki kimyəvi maddələrlə sağlamlığımız üçün təhlükə yaradır. Özü şirin olsa da yeyildikdə nəticəsi acı olur.

7. Tez hazırlanan qida məhsullarının siyahısında orqanizm üçün faydalı nə isə tapmaq mümkün deyil. Fastfudlar, dönər, hanburqer, kartof frisi və bu kimi ayaqüstü yeməklər sağlamlığa zərbə vuran qida məhsulları arasında birincilər sırasındadır.

Yuxarıda adları sadalanan qida məhsullarının orqanizm üçün zərərini nəzərə alaraq onlardan vaxtında imtina etməyi bacarın. Pulunuzu faydalı qida məhsullarına xərcləyin


Geri dön

ヅ Bad Girl ヅ

  • 18 avqust 2015 20:15
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
TəşəkkürLər

--------------------

PércyDarkMoon

  • 18 avqust 2015 11:05
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

PércyDarkMoon

  • 10 avqust 2015 23:35
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tesekkurler

--------------------

ღ меумusн ღ

  • 29 iyul 2015 02:13
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
Tesekkurler =)

--------------------
ღ меумusн ღ

★✰..BeLieBerKa..✰★

  • 27 iyul 2015 00:54
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
Təşəkkürlər maraqlı məqaləyə görə))

Ř҉₳₱ʊ₦ʐɛL

  • 26 iyul 2015 22:59
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler =)

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Banned1

  • 26 iyul 2015 22:23
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}


Təşəkkür edirəm məqalə üçün





İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}