Güvənmək və o duyğunun çəkdikləri

 
Güvənmək və o duyğunun çəkdikləri

Güvənmək və o duyğunun çəkdikləri


Güvən, sadə bir sözdür, amma bununla əlaqədar o qədər probləmlər yaşayırıq ki, bəzən o söz, o duyğu heç olmayaydı keçər könlümüzdən. Əbəs yerə, çünki o duyğu olmasaydı, həyatımız bizə bəlkə də bir zindan olardı.

Güvənmək səhrada bir ağaca bənzər, niyə səhrada? Çünki insanlar arasında təklərə güvənərsən, təklərə etimad göstərərsən. Geri qalanına qarşı, güvənilir olsa belə, yaxın bilmədiyin üçün o duyğunu yaxın belə buraxmazsan.

Güvəninə şübhə bir fırtınaya bənzər. İnsanın bütün düşüncələrini alt-üst edər. Fırtınada ağacın çəkdikərini bizim beynimiz, düşüncələrimiz çəkər, bir tərəfdən o biri tərəfə sallanar. Bəs bir dəfə o yerindən oynayarsa? Ya bircə dəfə yerindən oynayarsa? Heç bunu düşündünüzmü? Bəzən yerə qədər yaxınlaşar, sonra geri qayıtsa belə, o ağac öz möhkəmliyini itirdiyi kimi, bizdə həmin insana qarşı olan güvənimizi itirərik, sonra nə qədər yerində sərt durduğunu göstərməyə çalışsa da.

Bəs dostlarınızın, yaxınlarınızın güvənini itirərkən, onların bu saf düşüncələrini əzərkən, sonrasını heç düşündünüzmü? Yoxsa hər zaman əvvəlki kimi inanacağınımı düşünürsünüz? Elədirsə, yanılırsınız. Ağac bir dəfə yerindən oynadıqdan sonra artıq bəlkə də sadə küləyə əyilər, insanın bir dəfə güvənini itirdinizsə, kim nə deyirsə desin, o heç zaman əvvəlki kimi olmaz.

Yalnız bir dəfə. Etdiyiniz, insanın güvənini ayaqlar altına almağınız unudularmı? Sanmıram. Burada, əgər unudarıqsa, unutmaq “dostumuzu” geri qaytaracağına görə əhdə vəfadırmı, yoxsa bir daha aldadılmaq üçün düşüncəmizin saflığıdırmı, deyə bilmərəm. Təbii ki, şəxsdən-şəxsə dəyişər, əgər birinci tərəf olsa belə, əvvəlki kimi olacağına inanmaq yenə də çətindir.

Bir taxtaya mismar vurarsınız (bir insanın könlünü qırarsınız), sonra çıxararsınız (bağışla deyərsiz, bağışlayar). O taxtaya diqqət yetirin, o mismar orada olmasa da, o yara orada olmasa belə, o mismarın yeri hər zaman görünəcək, qəlbə vurulan o yaranın yeri bəlkə də heç zaman sağalmayacaq, bəli, heç nə bir dəfə itirildikdən sonra bir də əvvəlki kimi olmaz. Oxşarı olar, bəlkə sizə dəyər verdiyi üçün əvvəlki kimi olduğunu sizə hiss elətdirər, amma unutmayın, heç nə əvvəlki kimi olmaz.

Biri xəyanət edər, bağışlayarsınız, bir də etməz deyərsiniz, inanmasanız da özünüzü buna inandırmaq istərsiniz. Bəs gerçək necədir? Bir dəfə xəyanət edən, bir də edər deyə düşünürəm. Hər şeyin ən çətini, ilk addımıdır, onu etdinmi, qarşısı gələr. Biri xəyanət edirsə, deməli sizdən yaxşısının axtarışındadır, bir dəfə axtarıbsa, deməli sizinlə qane olmayıb. Unutmayın ki, evlilik ən yaxşının seçimi deyil, sahib olduğunundur. Necə demişlər, “Gözəl olan sevgili deyil, sevgili olan gözəldir”.

Güvənmək və o duyğunun çəkdikləri


Geri dön

PércyDarkMoon

  • 10 avqust 2015 23:38
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 9 avqust 2015 19:10
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Səssiz

  • 3 avqust 2015 12:55
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagolun tesekkur

--------------------
Səssiz'liyim

ღ меумusн ღ

  • 29 iyul 2015 02:16
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
Yalnız bir dəfə. Etdiyiniz, insanın güvənini ayaqlar altına almağınız unudularmı? Sanmıram. Burada, əgər unudarıqsa, unutmaq “dostumuzu” geri qaytaracağına görə əhdə vəfadırmı, yoxsa bir daha aldadılmaq üçün düşüncəmizin saflığıdırmı, deyə bilmərəm. Təbii ki, şəxsdən-şəxsə dəyişər, əgər birinci tərəf olsa belə, əvvəlki kimi olacağına inanmaq yenə də çətindir.

--------------------
ღ меумusн ღ

★✰..BeLieBerKa..✰★

  • 27 iyul 2015 01:03
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
Təşəkkürlər maraqlı məqaləyə görə))

Ř҉₳₱ʊ₦ʐɛL

  • 26 iyul 2015 23:04
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
[center]Tesekkurler =)
[/center]

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Banned1

  • 26 iyul 2015 22:27
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Yalnız bir dəfə. Etdiyiniz, insanın güvənini ayaqlar altına almağınız unudularmı? Sanmıram. Burada, əgər unudarıqsa, unutmaq “dostumuzu” geri qaytaracağına görə əhdə vəfadırmı, yoxsa bir daha aldadılmaq üçün düşüncəmizin saflığıdırmı, deyə bilmərəm. Təbii ki, şəxsdən-şəxsə dəyişər, əgər birinci tərəf olsa belə, əvvəlki kimi olacağına inanmaq yenə də çətindir.





sessiz deniz

  • 26 iyul 2015 21:37
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Güvən, sadə bir sözdür, amma bununla əlaqədar o qədər probləmlər yaşayırıq ki, bəzən o söz, o duyğu heç olmayaydı keçər könlümüzdən. Əbəs yerə, çünki o duyğu olmasaydı, həyatımız bizə bəlkə də bir zindan olardı.

Güvənmək səhrada bir ağaca bənzər, niyə səhrada? Çünki insanlar arasında təklərə güvənərsən, təklərə etimad göstərərsən. Geri qalanına qarşı, güvənilir olsa belə, yaxın bilmədiyin üçün o duyğunu yaxın belə buraxmazsan.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}