Göbələyin xeyiri və göbələkli payız salatı

 
Göbələyin xeyiri və göbələkli payız salatı


Payız gəldi, deməli göbələyin bolluğuna hazır olmalıyıq. Bəs göbələk bizim orqanizmimizə nə qədər xeyirlidir? Qida dəyərinə görə göbələk ətdən, meyvə və tərəvəzlərdən geri qalmır. Göbələk zülal və karbohitratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər. Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələk ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.

Ateroskleroz, piylənmə, diabet, hipertoniya və sair xəstəliklərinin profilaktikası üçün göbələkdən istifadə edilməsi yaxşı effekt verir. Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələk fiziki və əgli yorğunluq, stres, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Bundan əlavə göbələk xüsusi maddələr – antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir. ABŞ-nın Milli Xərçəng Mərkəzinin alimləri sübüt ediblər ki, göbələkdə xərçəng əleyhinə olan xüsusi maddələr var. Misal üçün, alimlərin fikrinə görə, şampinyonlardan istifadə olunması qadınları süd vəzisi xərçəngindən qoruyur.

Göbələyin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir.
Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələk kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.

Təzə göbələyi alandan sonra dərhal bişirmək lazımdır. Əks-halda onlar öz müsbət xüsusiyyətlərini tez bir zamanda itirirlər. Məhz ekoloji cəhətdən təmiz torpaqda yetişən göbələkdən istifadə oluna bilər.

Göbələkli payız salatı

Lazımdır: toyuq filesi, göbələk, 1 ədəd soğan (zövqə görə), 2 ədəd kök, 2 ədəd duzlu xiyar, konservləşdirilmiş qarğıdalı, 6 ədəd yumurta, mayonez, cəfəri, şüyüd, 1 diş sarımsaq, zeytun yağı, duz, istiot.

Hazırlanması: göbələkləri iri kəsib zeytun yağında qovurun, touyq filesini bişirib didin. Yumurta və kökü bişirib kubik şəklində doğrayın. İndi göyərtilər yuyulur, doğranılır, sarımsaq əzilir, duzlu xiyar doğranılır. Bütün hazırlanmış məhsullar qarğıdalı ilə birgə qarışdırılır və mayonez əlavə olunur. Nuş olsun!


Geri dön

PércyDarkMoon

  • 18 avqust 2015 12:28
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Tewekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 4 avqust 2015 19:48
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 4 avqust 2015 19:03
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
MəQaLəYə GoRə SaĞoLu

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Ř҉₳₱ʊ₦ʐɛL

  • 3 avqust 2015 01:03
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler :)

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Ř҉₳₱ʊ₦ʐɛL

  • 29 iyul 2015 16:01
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tewekkkurler :)

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ღ меумusн ღ

  • 29 iyul 2015 00:44
  • Məqalə: 12
  • Şərh: 457
  • Bal:
{awards}
tewekkkurler :)

--------------------
ღ меумusн ღ

sessiz deniz

  • 28 iyul 2015 20:40
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}