Sözsüz "razılaşmalar"

 
Sözsüz "razılaşmalar"



Sözsüz razılaşmalar, yalnız əlaqələrə aid deyil.
İşdə, yoldaşlıqlarımızda, ailə içi əlaqələrimizdə də hər zaman qarşımıza çıxa bilir.
Ancaq bunun nələrə səbəb ola biləcəyini yaxşı hesablamaq gərəkdir.
Yoxsa həyatınızda özünüzə dair heç bir şey qalmaya bilər!
Məsələn, deyək ki, sevgiliniz və ya həyat yoldaşınız bir səyahətə çıxacaq. İndidən için burulğanlar içindədir. Çox darıxacağınızı, onsuz günlərin asan keçməyəcəyini düşünürsünüz. Hər şeyi onunla birlikdə etməyə, hər yerə birlikdə getməyə o qədər alışmısınız ki, o uzaqdaykən necə vaxt keçirəcəyinizi bilmirsiniz...
Sonunda səyahət günü gəlib çatır. İlk gün içinizdə bir hüzn var… Lakin sonrasında özünüzü bir yoxlayın...
İçinizdə bir rahatlıq, uzun müddətdir əlaqə saxlaya bilmədiyiniz yoldaşlarla görüş, özünüzə ayırdığınız vaxtlarınızın ərköyünlüyünün dadı...
Ağılınıza gələn suallar dincliyinizi pozur. Nədən darıxmadım, kifayət qədər sevmirəmmi görəsən? Halbuki vəziyyət çox vaxt tam başqa ...
Həyatımızın hər sahəsində, xüsusilə əlaqələrimizdə fərqində olmadan etdiyimiz sözsüz razılaşmalar var. Qarşılıqlı danışmadan, qayda qoymadan, hətta fərqində olmadan etdiyimiz razılaşmalar... Necə? Rəfiqələrinizlə görüşə çıxdığınız bir günün sonunda evə döndüyünüzdə həyat yoldaşınızı evdə qızarıb-bozarmış, sizin yoxluğunuzdan beş qarış sifət asmış görərsiniz. Soruşduğunuzda yalnız canının sıxıldığını, sizin çöldə olmanızla əlaqəsi olmadığını söyləyər. Amma siz bu vəziyyəti onun tək qalmaqdan xoşlanmamasına, rəfiqələrinizlə çıxmanıza pozulmasına və hətta gec qayıtmanıza qızdığına bağlarsınız. Və bu ağılınızda qalar. Sonrakı görüşlər üçün sizi axtaran rəfiqələrinizə məşğul olduğunuza dair bir şeylər söyləyər, evdə onunla qalmağı seçərsiniz. Nə olacaq canım, əlaqələrinizdən əhəmiyyətlimi? Budur, sözsüz bir razılaşma!
Ya da daha əvvəl "niyə o qızla yan-yana oturdun?" və ya "onun dərdiylə niyə bu qədər çox maraqlandın?"deyə hesab soruşduğunuz sevgiliniz, narahatlıq çıxmasın deyə qız yoldaşlarıyla olan bütün ünsiyyətini kəsir. Əslində bu onun öz seçimi deyil, amma qısqanclığınız üzündən yeni bir böhran yaşamaq istəməməyidir. Və bu da sizə daha bir sözsüz razılaşma!
Həyatımızın bir çox sahəsində, "aman, narahatlıq olmasın, qarşımdakı kədərlənməsin, mübahisə etmək məcburiyyətində qalmayım" kimi səbəblərlə sözsüz razılaşmalara imza atar və qarşımızdakına atdırarıq. O an üçün bəlkə də işimizə gəlir, asanı seçirik. Ancaq gözdən qaçırmamız lazım olan bir şey də var ki, hər cür məhdudlaşdırmada olduğu kimi, problem yaşamamaq adına özümüzü məhdudlaşdırmaq çox vaxt insanı yükləyir. Və bir gün baxırsınız ki, həyatınızın hər dəqiqəsi sevgilinizin qayda-qanunlarına görə yaşanar olmuş və boğulmağa başlamısınız. Qısqanclığınız üzündən özünü ictimai həyatından təcrid edən sevgiliniz, sizin seriallarınızın önündə qaşqabağını tökmüş...
Sevərək çalışdığınız işiniz, gecənizi gündüzünüzə qatan bir əsarət olmuş və həyatınızda sizə dair heç bir şey qalmamışdır. Bu səbəbdən, işimizə gəlir kimi hiss etdiyimiz sözsüz razılaşmalarla "müqavilə bağlayarkən", nələrə malik ola biləcəyimizi yaxşı hesablamamız gərəkdir



Sözsüz "razılaşmalar"


Geri dön

PércyDarkMoon

  • 10 avqust 2015 22:46
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
tesekkurler

--------------------

Səssiz

  • 3 avqust 2015 13:00
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagolun minnteram/

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 2 avqust 2015 22:55
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Meqale ucun tesekurler supper

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 1 avqust 2015 18:44
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
təşəkkürlər winked

Elya Alieva

  • 1 avqust 2015 03:49
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Twk Urey..........

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 30 iyul 2015 19:20
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Sözsüz razılaşmalar, yalnız əlaqələrə aid deyil.
İşdə, yoldaşlıqlarımızda, ailə içi əlaqələrimizdə də hər zaman qarşımıza çıxa bilir.
Ancaq bunun nələrə səbəb ola biləcəyini yaxşı hesablamaq gərəkdir.
Yoxsa həyatınızda özünüzə dair heç bir şey qalmaya bilər!

Ř҉₳₱ʊ₦ʐɛL

  • 30 iyul 2015 16:21
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler :)

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}