"Əbədi yuxu"

 
"Əbədi yuxu"



Sakit hava, açıq bulud, böyük ay,
Və meh əsir, yarpaqları titrədən.
Bitmiş kofe, fincandakı yarım çay,
Bu gün də yox, qalıb dünən səhərdən.

Eyni saat, fərqsiz gecə, yox heç nə,
Qaranlıqlar, kiçik lampa, səssizlik.
Əqrəb ötür, zaman keçir, gün önə,
Mənsə yenə axtarıram mənsizlik.

Axtarıram məhv olmuş ümidləri,
Bəlkə 100 il axtarsan, tapmayarsan.
Axtarıram itirdiyim günləri,
Bilirsən ki, keçmişə qayıtmarsan.


Ulduz axır zülmət göyün üzündə,
Adətdir həmin an bir arzu tutmaq.
"Kiçik, böyük olmur arzu", sözündə,
Doğru həqiqət var, olmaz unutmaq.

Sən yatır arzunun sabahlarında,
Elə sən kimi də gözlərdən itir.
Dəqiq var axirət günahlarında,
Canını canlarçün vaxtsız bitirir.

Demək ki, o ulduz sənin kimidir,
Tərk edir yerini vaxtsız, səbəbsiz.
Fərq odur o ulduz hər gecə gedir,
Sən bir gün gedirsən sakit, xəbərsiz.


Özüm də özümün yadından çıxıb,
Ağzımı açmağım çətin bir işdir.
Hərdən yastığımı bərk qucaqlayıb,
Yuxuya getməmiş, qalxım bəs edir.

Nə qədər təkliyə sarılar adam,
Qalxıb bir addım da ata bilmirəm.
Hər gün xəyallara qonaq oluram,
Görürəm ailəyik, sənlə birgəyəm.

Bir də yağış yağa, ulduzlar bata,
Yuyula əynimin köhnə pencəyi.
Günəş buxar edib buluda qata,
Uşaqlıq görməyən qoca gəncliyi.

Heç qayçı dəyməyən uzun saçlarım,
Üzümü, gözümü tamam bağlayıb.
Vaxt çəkər, yox indi qoy daramayım,
Sonra görəcəm ki, zaman qalmayıb.

Sürpriz mənimçün gözəl hədiyyə,
Körpəykən sevirdim, hələ sevirəm.
Hazırlaş tələSöyüş Söymə yola düşməyə,
Gözümü qapayıb, soruş de kiməm?


Gəlmərsən mən bunu yaxşı bilirəm,
Yanımdan getməyin bu gün kimidir.
Sənin gəlişinçün hər şey edirəm,
Uzaqdan səsləmək mənasız işdir.


Ancaq yolun keçsə, nə vaxtsa burdan,
Hasardan boylanıb salam verərsən.
Biləcəm yaxşısan danışığından,
Mənə nəfəs verib, çıxıb gedərsən
.

Mən elə olacam həminki yerdə,
Gözümü səmaya dikib baxacam.
Tapmasan, yatmışam bil ki qəlbində,
Əbədi mən ora məskunlaşacam.


Sənə də əziyyət, hərdən qəlbinə,
Toxun ki, orda da tənha qalmayım.
Tez-tez nəzarət et döyüntüsünə,
Əlini qoy üstə tək darıxmayım.

Onsuz da boşuna danışıram mən,
Qayğıma qalmağın təəccüb doğar.
Mən elə mən idim, dəyişənsə sən,
Ölümün çarəsi mütləq tapılar...

"Əbədi yuxu"


Geri dön

ヅ Bad Girl ヅ

  • 19 avqust 2015 20:06
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
TəşəkkürLər weir ucun

--------------------

PércyDarkMoon

  • 16 avqust 2015 22:33
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tewekkurler

--------------------

Nicat Babaşov

  • 8 avqust 2015 21:17
  • Məqalə: 20
  • Şərh: 2
  • Bal:
{awards}
Bu seirin müellifi Nicat Babaşovdur..müellif hüququnu qoruyun..

Səssiz

  • 3 avqust 2015 12:46
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Gozeldir cox tesekkur

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 1 avqust 2015 20:13
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Mən elə olacam həminki yerdə,
Gözümü səmaya dikib baxacam.
Tapmasan, yatmışam bil ki qəlbində,
Əbədi mən ora məskunlaşacam.

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 1 avqust 2015 18:23
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
təşəkkürlər gözəl şeirdi bəyəndim

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 1 avqust 2015 17:06
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler :) super weirdi

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Elya Alieva

  • 1 avqust 2015 03:19
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Qeweng dir.....

--------------------
UREYIM...I MEN

♔ sinყσriτα ♔

  • 30 iyul 2015 10:36
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Eyni saat, fərqsiz gecə, yox heç nə,
Qaranlıqlar, kiçik lampa, səssizlik.
Əqrəb ötür, zaman keçir, gün önə,
Mənsə yenə axtarıram mənsizlik.

Allahi_Unutma

  • 30 iyul 2015 09:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Mən elə olacam həminki yerdə,
Gözümü səmaya dikib baxacam.
Tapmasan, yatmışam bil ki qəlbində,
Əbədi mən ora məskunlaşacam.

Tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}