Öz-özünə danışmaq nəyin əlamətidir?

 
Öz-özünə danışmaq nəyin əlamətidir?



“Mənim əl kremim haradadır?
Həmişə hər şeyi hara gəldi qoyursan, sonra da axtarırsan”... “Aha, budur. Onu yenə çarpayının altına atmısan”... Belə sözlər yəqin ki, bir çoxlarına tanış gəldi. Çünki bir çoxumuz bəzən bu şəkildə öz-özümüzlə danışırıq. Ələlxüsus da tək olanda... Lakin küçədə gedərkən və ya ofisdə oturduqda, alış-veriş etdikdə də özü ilə danışanlar az deyil. Bəs bunun səbəbi və məqsədi nədir? Bu bəzən bizə diqqətimiz toplamağa və ya hansısa problemi həll etməyə yardımçı olur.
Bəzilərinə dəlilik kimi görünsə də, bu halın əslində dahilik əlaməti olduğu qeyd edilir. Diqqət edildikdə əksər dahilərin öz-özü ilə danışdığını aşkar etmək olar. Bunun üçün ən böyük mütəfəkkirlərin monoloqlarına, məşhur şairlərin şeirlərinə, tarixə göz gəzdirmək yetərlidir.
Məsələn, Albert Eynşteyn həmişə özü ilə danışıb. Çox zaman həmyaşıdları ilə söhbətdən qaçan Eynşteyn özü ilə söhbətdə bir cümləni bir neçə dəfə təkrar etməyi xoşlayıb.
Alimlərin fikrincə, insanın özü ilə danışması beyni daha effektiv işləməyə sövq edir.
“Quarterly Journal of Experimental Psychology”jurnalında dərc olunan bir yazıda insanın öz-özü ilə danışmasının faydalı olduğu qeyd edilib. Araşdırmanın müəllifləri Daniel Svigli və Qari Lyupyan 20 müxtəlif insana supermarketdə hər hansı məhsulu tapmaq kimi bir tapşırıq veriblər, məsələn, süd və ya alma. Təcrübənin birinci mərhələsində iştirakçılar səssiz halda həmin məhsulu axtarmalı idi. İkinci mərhələdə isə axtardıqları məhsulun adını möhkəmdən səsləndirməli idilər. Gözlənildiyi kimi, ikinci mərhələdə onlar axtarılanı daha tez tapıblar...
“Live Science” elmi jurnalı bu halı onunla izah edir ki, ucadan, yüksək səslə danışmaq, hətta öz-özünlə də, beynin yaddaşa məsul olan hissələrinin daha aktiv çalışmasına səbəb olur və bu da nəzərəçarpan effekt verir.
Lyupyanın fikrincə isə əgər obyektin necə göründüyünü bilirsinizsə, o zaman özünüzlə söhbət onu tapmaqda sizə yardımçı olacaq. Məsələn, siz bananın sarı və uzunsov formalı olduğunu bilirsiniz. Belə ki, ucadan “banan” dedikdə beyin öz vizual xüsusiyyətlərini aktivləşdirir ki, sizə onu tapmaqda kömək olsun. Və bu da “işə yarayır”.
Öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər
Bəzi elmi məlumatlar göstərir ki, uşaqlıq dövründə öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər. Onlar digərlərindən əvvəl öz ayaqqabılarının bağlarını bağlayır, məktəbdə çox yaxşı oxuyur, daha çox söz bilir və hecaların köməyi olmadan sərbəst oxumağı daha tez öyrənirlər.
Nəzərə alsaq ki, uşaqlar böyükləri dinləyərək və onları təqlid edərək danışmağı öyrənirlər, onda onların özü ilə danışmaq vərdişini valideynlərindən götürdüyünü söyləmək olar. Bu səbəbdən də ailədə və uşaqlarınızın yanında özünüzlə danışmağa utanmaya bilərsiniz.
Öz-özünlə söhbət fikri cəmləməyə yardımçı olur
Əgər fikirlər dağınıqdırsa və onların cəmlənməsinə ehtiyac varsa, buna nail olmaq üçün ən sadə üsul düşündüklərinin yüksək səslə, ucadan deyilməsidir.
Buna əlavə olaraq psixoloqlar bilirlər ki, ucadan dilə gətirilən suallar əsəbləri sakitləşdirir. Buna görə də əgər sizi nəsə narahat edirsə, bunu ucadan dilə gətirin. Bu rahatlamanızı təmin edəcək.
Psixoloq Linda Sepedin iddia edir ki, problemlərin ucadan dilə gətirilməsi həmçinin ciddi və çətin qərarın qəbul olunmasında da yardımçı ola bilər.
Öz-özünlə danışmaq sizə qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda da kömək edə bilər.
Həyata keçirəcəyiniz işlərin siyahısını tutmaq və birbaşa onların reallaşdırılmasına çalışmaq çox yorucudur. Ancaq siz onları ucadan səsləndirsəniz, bu həmin işlərin reallaşdırılmasına öz təsirini göstərəcək. Beləliklə də hər addım daha asan və qısamüddətli görünəcək.
Sepedin bunu belə izah edir ki, siz öz məqsədləriniz haqqında ucadan danışdıqda diqqətinizin cəmlənməsi daha asan olur. Üstəlik, siz öz niyyətinizi sözlərlə daha da möhkəmləndirir və emosiyalarınızı idarə edirsiniz. Beləliklə də beynin bu məqsədlərdən yayınması çətin olur.
Beləliklə, özünüzlə danışmaqdan çəkinməyin, daxili səsinizi dinləyin... Təklikdə qaldıqda özü ilə danışmağı xoşlayanlar çoxlarına qeyri-normal görünsə də, əslində əksəriyyətdən ağıllı və effektiv insanlar olurlar. Onlar öz daxili səslərinə qulaq asmaq üçün sərf etdikləri zamana təəssüflənmir və adətən müsbət nəticə də əldə edirlər.


Geri dön

PércyDarkMoon

  • 10 avqust 2015 22:30
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Təşəkkürlər D;

--------------------

ヅ Bad Girl ヅ

  • 7 avqust 2015 16:15
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 1 avqust 2015 18:42
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
dəli deyilmişəm ki lol

--------------------

Elya Alieva

  • 1 avqust 2015 03:43
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
menim kimi......

--------------------
UREYIM...I MEN

AyKe

  • 30 iyul 2015 20:14
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Deli deyilmisem sukur ureyimde danismagdan bezdim

--------------------
Ölünce sevemezsem seni._____________*

_leka_the_one_

  • 30 iyul 2015 19:54
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Dahiymişəm xəbərim yoxuymuş lol

sessiz deniz

  • 30 iyul 2015 19:18
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler xebere gore

Ř҉₳₱ʊ₦ʐɛL

  • 30 iyul 2015 18:00
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler :) Maraqli idi

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}