Ölüm gəlməmişdən qabaq - nə düşünürük?

 
Ölüm gəlməmişdən qabaq - nə düşünürük?

Əylənmək və ya sıxılmaq, sevmək və ya sevilmək, sevincdən bir yerdə dura bilməmək ya da dərddən özünə yer tapmamaq.. Bunları bir daha yaşaya bilməyəcəyimizi fikirləşmək əslində boşdur. Bəs peşmanlıq?

Avstralyalı Bronnie Ware adlı bir qadın ölümünə sadəcə 12 saat qalmış xəstələrlə məşğul olan tibb bacısıdır və eyni zamanda ölməzdən öncə insanların peşmanlıqlarını dinləyən bir cüt qulaq.

1. Başqalarının məndən gözlədiyi həyatı yaşamaq əvəzinə, mənim üçün doğru olan həyatı yaşamaq cəsarətimin olmağını istərdim.

Bu illər ərzində həddindən çox peşmanlıq cümləsi eşitdim. Bunlar arasında ən çox təsiredici fikrimcə budur. İnsanlar həyat deyilən bir varlığın sonuna gəldiyini anladıqda və çevrilib geriyə baxdıqda, əslində etmək istəyib də edə bilmədiyi çox şey olduğunu görür.

Çox insan xəyallarının yarısını belə reallaşdırmadan dünyanı tərk edir. Bunun seçdikləri, yaxud da seçə bilmədikləri sbəblərdən olduğunu bilə-bilə. Təəssüflər olsun ki, əksəriyyəti bunu həyat əllərindən sürüşüb gedəndən sonra anlayır. Bəs buna səbəb nədir? Cəmiyyət yoxsa mentalitet? Hər kəsdə bu səbəblər müxtəlifdir. Səbəbinin nə olmasından asılı olmayaraq çoxumuz bu bəhanələrə görə başqa bir mənliyi, öz mənliyimizin daxilinə sığdırmağa çalışırıq. Nəticədə də özümüzü yaşayacağımız həyatda deyil də, tamam başqa bir həyatın ortasında taparıq.

2. Kaş ki, o qədər çox çalışmasaydım.

Bu cümlə tibb bacısı işlədiyim illərdə kişilərin ən çox işlətdiyi peşmanlıqdır. Övladlarına və həyat yoldaşına vaxt ayıra biləyən kişilər.

Çox işləmək.. Bir çox insanın ən böyük düşman olduğu iki söz. Həyatını istədiyi kimi keçirə bilməyən, şikayət edənlərin bərk-bərk yapışdığı cümlə.

Bir də görərik ki, vaxt keçib. Uşaqlar böyüyüb, yaşlılar heyatdan köçüb, yoldaşınız siz olmadan da həyatına davam edə bilir. Əgər onların həyatında maddiyatdan başqa yer tuta bilməmişiksə niyə yaşayırıq? Yaxşı deyiblər. işləmək yaxşı bir şey olsaydı onun müqabilində pul verilməzdi.

3. Kaş ki, hisslərimi ifadə etməyə cəsarətim olardı.

Bir çox insan ətrafında olan şəxslərə zərər verməsin deyə, yaxud da onları incitməmək üçün hisslərini tam ifadə ede bilmir. Bu səbəblə həyatda istədikləri insan ola bilmirlər.

İnsanların ən böyük çatışmazlığı: İfadə yoxsulluğu… Duyğular hiss edilir, amma bu həyatımıza təsir edə bilmir. Bəzən gözlər, jest, yaxuda da hansısa addım bir cümlənin yerini verə bilmir. Bəzən isə sözlərlə əvəz edə bilməzsiniz içinizdəki hissləi. Yaxuda qəbul edə bilməzsiniz. Həyatınzdakı başqa insanlara, yaxud da bəhanələrə ilişib qalarsınız. Həmişə də özünüzə görə haqlı səbəbiniz vardır. Ona görə uzaqlaşarsan-özündən, yaxınlarından, onu xatırladan mühitdən, bir sözlə, hər kəsdən. Bir günə kimi.. Ya hər şeyi deyib etiraf edib bu əzabdan qurtulursan, ya da özünlə bu sirri əbədiyə qovuşdurursan.

Siz amma qaçmayın ondan, özünüzdən,ətrafınızdan. İfadə edin içinizdəki duyğuları.

4. Kaş ki, dostlarımla münasibətimi kəsməzdim.

Bir çox insan ölümün pəncəsinə düşənə kimi köhnə dostlarının, yaşamış olduğu gözəl günlərinin dəyərini bilmir. Ölüm onlara daha çox yaxınlaşdıqca bu insanları tapmaq heç də asan olmur. Bu səbəblə dostlarınıza layiq olan vaxt və dəyəri vermədiyiniz üçün yaranan peşmanlıqlar vardır. Hər kəs ölərkən bir insandan sarı darıxır.

Yanında olarkən zamanın necə keçdiyini anlamadığımız, daha doğrusu fikir vermədiyimiz insanlar var. Həyatımızda qorxduğumuz, yaxud da kədərləndiyimiz anları çəkinmədən danışdığımız yaxınlarımız var. Bəzən bitdiyi yerdən yenidən başlayan, amma əslində heç vaxt bitməyən dostluqlarımız var. Bax, bu insanlarla münasibətinizi kəsməyin.

5. Kaş ki, həyatımda öz xoşbəxtliyimə daha çox yer ayırsaydım.

Təəccüblü də olsa insanların dilinə gətirdiyi ən böyük peşmanlıqlardan biri də budur. Ölüm gələnə kimi əslində xoşbəxtliklərimizin çoxunun bir seçim olduğunun fərqinə varırıq. Bu məcburi seçimlərin biz olmadığımızı isə çox gec anlayırıq. Əslində bu dəyişiklik ətrafdakılara “mən xoşbəxtəm” ifadəsini verir. Amma bu cür insanlar əslində daxildə həqiqətən xoşbəxt olmaq arzusundadır.

Bir çox dildə “xoşbəxtlik” şans, tale kimi sözlərlə eyni anlamdadır. Bəzilərimiz üçün isə xoşbəxtliyin anlamı çox sadədir-anı yaşamaq. Görəsən, nə vaxt əl çəkdik anı yaşamaqdan?

Ətrafımıza baxdığımzda çoxlu sayda özünü bədbəxt hiss edən insan olduğunu görürük. Hər gün üsyan edir, sevdiyimiz insanları da bezdiririk. Maddiyyat, ya da mənəviyyat artıq bizi xoşbəxt etməyə kifayət etmir. Bədbəxtliyimiz içində boğulmuş, ölümü gözləyən bir canlıyıq.

Əslində xoşbəxtlik çox uzaqda deyil, onun qaynağı biz özümüzük! Həyatını dəyiş və xoşbəxt ol! Öüm gəlmədən öncə…
[left][/left]


Geri dön

PércyDarkMoon

  • 16 avqust 2015 22:32
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
Tesekkkurler..

--------------------

PércyDarkMoon

  • 11 avqust 2015 16:22
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 1 avqust 2015 20:11
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Meqale ucun tesekurler

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 1 avqust 2015 18:20
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
təşəkkürlər maraqlı idi

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 1 avqust 2015 16:56
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler :)

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Elya Alieva

  • 1 avqust 2015 03:16
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
basma gelmeeyib diye yorum yok

--------------------
UREYIM...I MEN

Səssiz

  • 1 avqust 2015 01:53
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Maraqlidir teskkurler..

--------------------
Səssiz'liyim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}