Unsuz Şokoladlı tort

 
Unsuz Şokoladlı tort

Əgər şokoladı sevirsinizsə, onda mütləq bu tortu bişirməlisiniz. Əsl şokolad röyasıdır.
Bu tort qısa müddətdə hazırlanıb bişirilir. Bunun üçün sizə yalnız 3 növ ərzaq lazımdır:
şokolad, yağ və yumurta. Maraqlıdır ki, tortun tərkibində un yoxdur.

Tort yüngül tortlardan deyil, amma olduqca ləzzətlidir. Amerikada məşhur olan brauniləri hatırladır,
amma daha yumuşaq və qatıdır. Əgər istəyirsinizsə, tortun arasina cem ve ya krem de çəkə bilərsiniz,
amma məncə buna gərək yoxdur, çünki tort daha da ağır olar. Bu tort adətən yanında və ya
üstündə dondurmayla servis edilir. Beləliklə, dondurma bir növ kremi əvəz edir və tortu yünğülləşdirir.

Orijinal resept Chef Wanin “Sweet Treats” kitabından götürülmüşdür

Hazırlama müddəti: 20 dəqiqə
454 q iri doğranmış yarı-şirin şokolad (plitka)
146 q iri doğranmış duzsuz kərə yağı
5 iri yumurta

Tortu istədiyiniz şəkildə olan tort formasında bişirə bilərsiniz.
Ölçüləri təxminən 15 cm X 18 cm, 18 cm X 18 cm olan formalardan istifadə edə bilərsiniz.
Əgər nəfərlik tortlar bişirmək istəyirsinizsə, onda kiçik formalardan istifadə edib, ayrı-ayrı bir neçə kiçik tort bişirin.

1. Şokoladı və kərə yağını istiyə qarşı dayanıqlı bir qaba qoyub, qaynayan su olan qazanın üstünə yerləşdirin.

Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokoladı və yağı əridin. Sonra qabı alınan kütlənin soyuması üçün kənara qoyun.

Unsuz Şokoladlı tort

2. Tort formasının dibini və kənarlarını azacıq yağlayın.
Dibinə kalka kağızı sərin və onun da azacıq yağlayın.

3. Yumurtanın ağını sarısından ayırın və iki ayrı qaba qoyun.

4. Yumurtanın ağını mikserlə köpüklənib ağaranadək çalın

Unsuz Şokoladlı tort

5. Sonra ayrı qabda olan yumurtanın sarısını da mikserlə çalın.

6. Çalınmış yumurtanın sarısını soyumuş şokolad olan qaba əlavə edin.

7. Yumurtanın ağını da tədricən bu qaba əlavə edib yaxşıca qarışdırın.
Alınan kütlədəı ağ köpüklər qalmamalıdır.

Unsuz Şokoladlı tort

Unsuz Şokoladlı tort

8. Kütləni hazırladığınız tort formasına tökün.
190C dərəcəlik sobada 25 dəqiqə ərzində bişirin. Bişmiş tortun üstü çatlamış olmalıdır.
İçərisinə kibrit batırıb çıxartdığınızda isə kibrit bir qədər islak olmalıdır.
Sobada ikən tort şişəcək, oradan çıxdığında isə yatacaq - bu normaldır.

9. Keks öz formasında 10 dəqiqə ərzində soyuduqdan sonra, onu formadan çıxardın.
Üztünə şəkər kirşanı səpin. İstəyə görə, şokoladlı qlazur da tökmək olar. Dondurma ilə süfrəyə verin.


Geri dön

R.M_FaNaTka

  • 12 iyul 2011 00:49
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
tesekkurler

--------------------

Inciciceyi

  • 15 mart 2011 11:39
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Melumata gore twkkkkkkkkkkkkkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ulya

  • 12 mart 2011 18:03
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
a men bundan mutleq hazirlayacagam winked

::..ONSLAUGHT::..

  • 9 mart 2011 00:27
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkur maraqli tortdu

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 7 mart 2011 23:18
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
OOO SUPER GORUNUR EVDEKİLERE HAZİRLATDİRACAM. TEWEKKURLER

OOO SUPER GORUNUR EVDEKİLERE HAZİRLATDİRACAM. TEWEKKURLER

YazYamuru

  • 7 mart 2011 21:43
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: rafo_886
agzimin suyu axdi tewekkur

ARVADA DE BİŞİRSİN wink

--------------------



MuslimGirl

  • 7 mart 2011 17:43
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bunu esitmisdim ve gormusdum. Maraqli olar! Tesekkurler

Lexikon

  • 7 mart 2011 17:20
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur edirem xeber ucun...

marlin

  • 7 mart 2011 14:59
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
tesekkur maraqli tortdu

--------------------

eliza

  • 7 mart 2011 11:42
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
bu gun bisirib dadina baxaran.tessekur

::..ONSLAUGHT::..

  • 7 mart 2011 11:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
winked smile

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}