Günün qoroskopu (04.08.2015)

 
Günün qoroskopu (04.08.2015)


Qoç - İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.

Hadisələrin ən uğursuz məcrasına hazır olun.

Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin.

Sabaha indidən hazırlaşın.

Buğa - Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi vasitələrdən istifadə edin.

Günün ikinci yarısında işlərin emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara fikir verin. Maraqlı ideyalar istisna deyil.

Rasional olun. Mövqelərinizi möhkəmləndirin.

Axşam saatlarında əylənin, gəzintiyə çıxın.

Əkizlər - Dediklərinizi yanlış anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla təmaslar niyyətinizə təsir edəcək.

Hadisələrə təsir imkanlarına malik insan günün ikinci yarısında sizə yardım edəcək. Təsadüfi nüanslar əhvalınıza pis təsir etməməlidir. Diqqətiniz dağınıq olmasın.

Axına qarşı üzməyin. Yanınızdakı insanlara qarşı ifrat tələblərə söykənən mövqe tutmayın. Yardım istəyən insana kömək edin. Ailə üzvlərinizin qayğınıza ehtiyacı var.

Səhhətinizin qeydinə qalın.

Xərçəng - Emosional əlaqələri yenidən dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar verməyin.

Günün ikinci yarısında virtual təmaslar, informasiya axtarışı, yenilik arayışları gözləntilərinizi doğruldacaq.

Axşam saatlarını pəhrizə, rasionun nizamlanmasına həsr etmək olar. Harasa yollanmaq fikriniz varsa, münasibətlərdə tamahkarlıq etməyin. Eyni vaxtda bir neçə iş görmək mümkün deyil.

Şir - Tələsmədən, aramla çalışın. Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür.

Günün ikinci yarısında fəaliyyət müstəvisində sürətlənmə olacaq. Uğurlu şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin mümkünlüyünü təkzib etməyin. Qarşılıqlı fəaliyyətə xüsusi ehtiyac duyulur.

Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü alın.

Qız - Günün ilk yarısında problemləri həll etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın.

Cari fəaliyyətinizin yeni, alternativ yanaşmaya ehtiyacı var. Gəlirlər və perspektiv sizi təmin etməməlidir. Mənasız ümidləri və boş xəyalları unudun, yeni layihədə, işdə, münasibətlərdə özünüzü sınayın.

Axşam saatlarında sizə rəğbət bəsləyən insanı dinləyin. Hadisələri əsla tələsdirməin. Mühüm məsələlər təhlil ediləndə qarşı tərəfin də maraqlarını dərk etməyə can atın.

Tərəzi - Münasibətlərin yeni mərhələsidir. Yaşamınızdakı bir neçə istiqamətdə hərəkətlərin fəallaşmağa ehtiyacı var. İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Etiraf və açıq danışıq gözləməyin. Yanınızdakı insanlar hansısa izahata ehtiyac duymadan çalışacaqlar.

Günün ikinci yarısında situasiyanın təfərrüatlarını anlayın. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət ayırın. İndiyədək latent durumda qalan mövzular bu gün aktualdır.

Qənaətcil olun.

Əqrəb - İntensiv fəaliyyət, zəhmət tələb edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. Əlavə işlər cazibədar təsir bağışlasa da, onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız.

Günün ikinci yarısı ümumən pozitivdir. Sizi maraqlandıran xəbərləri əldə etməyə çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın. Yardımlarınız unudulmayacaq.

Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirin. Təəssürat və fikir mübadiləsi ola bilər.

Oxatan - Müstəqil şəkildə, kənar təsirlərə uymadan çalışmaq üçün əlverişli zamandır. Cari işlərlə məşğul olun. Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın. Münasibətlərdə ifrat emosionallığa varmayın.

Günün ikinci yarısı yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi zamanıdır. Gərəkli informasiyaları toplayın, zəruri görüşlərlə bağlı vədələşin. İlkin razılaşma səbatlı deyilsə, yeni layihəyə başlamayın. Özünüzü çox yormayın.

Səhhətinizə fikir verin, normal tonusda olun.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - İctimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın dediklərinə qulaq asın.

Günün ikinci yarısında fəaliyyət arealını nizama salın.

Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını fikirləşin.

İnsanların gur olduqları toplantılardan yayının.

Dolça - Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin. Gələn xəbərləri diqqətlə araşdırın. Zahiri görünüşünüzə fikir verin. Çətin problemi dostlarla birlikdə həll etmək olar. Yeniliklər zamanıdır. Cari işlərdəki sədlərlə maneələri dəf edə bilərsiniz.

Günün ikinci yarısında qarşılıqlı fəaliyyətdə xeyir var. Zahiri görünüşə fikir verin. Qətiyyətli olsanız, cari işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz.

Axşam saatlarına yaxın daxili gərginlikdən qurtulmaq üçün laübəli məsələlərə aydınlıq gətirin, sizi pərişan edəcək suallara cavab arayın. İrəliləmək üçün bütün vasitələrdən və imkanlardan istifadə edin.

Balıqlar - Səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın.

Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz.

Məkrli planın, avantüranın qurbanına çevrilməyin.


Geri dön

Sıla Rəsulova

  • 17 avqust 2015 23:11
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
Serihlere gore tesekkur

PércyDarkMoon

  • 11 avqust 2015 22:37
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Buğa - Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi vasitələrdən istifadə edin.

Günün ikinci yarısında işlərin emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara fikir verin. Maraqlı ideyalar istisna deyil.

Rasional olun. Mövqelərinizi möhkəmləndirin.

Axşam saatlarında əylənin, gəzintiyə çıxın.

--------------------

ヅ Bad Girl ヅ

  • 4 avqust 2015 19:36
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
Tesekurler

--------------------

Nazlim_97_

  • 4 avqust 2015 15:53
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Terezi ucun saqol.Qenahetcilemde.aaa

Ř҉₳₱ʊ₦ʐɛL

  • 4 avqust 2015 12:50
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
Xebere Gore Tewekurler


--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

թรﻨ〤օթﻪէ

  • 4 avqust 2015 09:22
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Ilk serh Menden Xebere Gore TEwekurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}