
İşıq verib göz verməyin
Yanğı verib köz verməyin
Yalan deyib söz verməyin
Təki gələn əzab olsun
Əzab gəlsin xoş gəlmisən
Məni layiq sən bilmisən
Günahlardan sən silmisən
Təki gələn əzab olsun.
Günah bir daş iman üçün
Əzab sirdaş dözən üçün
Təmiz etmək varsa gücün
Təki gələn əzab olsun
Sona doğru hərgün addım
Bu həyatda məndə yandım
Günah nədi məndə qandım
Təki gələn əzab olsun
Olsun olsun təki olsun
Amma bir gün sonu olsun
Dünya baxıb saçın yolsun
Təki axrı xeyir olsun.
Yanğı verib köz verməyin
Yalan deyib söz verməyin
Təki gələn əzab olsun
Əzab gəlsin xoş gəlmisən
Məni layiq sən bilmisən
Günahlardan sən silmisən
Təki gələn əzab olsun.
Günah bir daş iman üçün
Əzab sirdaş dözən üçün
Təmiz etmək varsa gücün
Təki gələn əzab olsun
Sona doğru hərgün addım
Bu həyatda məndə yandım
Günah nədi məndə qandım
Təki gələn əzab olsun
Olsun olsun təki olsun
Amma bir gün sonu olsun
Dünya baxıb saçın yolsun
Təki axrı xeyir olsun.
