Ann Filip - Bir göz qırpımı [1]

 
Ann Filip - Bir göz qırpımı [1]



Bir göz qırpımı

Kədər insanı kamillik zirvəsindən endirir.

Tez oyanmışam. Hələ gecədir. Gözümü yumub yenidən yuxuya getmək istəyirəm, amma bacarmıram. Geniş, dumanlı bir düzəngahda, gerçəkliklə xülya arasında qalmışam. Yaxşısı budur lampanı yandırıb kitab oxuyum, məni təngə gətirmiş qarma-qarışıq fikirləri başımdan qovum, amma yorğunluq məni kütləşdirir, gözəl xatirələr aləminə dalıram. Hərdən bu xatirələr məni elə bürüyür ki, ömrünün hansı günlərini yaşadığımı unuduram. Amma şüur öz işini görür, xatirədən xatirəyə keçdikcə yerimdə qurdalanıram, üzümü sənin yastığına tərəf çevirirəm. Bəli, yastığını indi də hər gecə sağ tərəfdən yanıma qoyuram. Çevrilib sənin donuq sifətini görürəm. Son nəfəsini çəkəndə üzünü boş yatağıma çevirmişdin. Açıq gözlərinə, sakit, həyata biganə sifətinə, hərəkətsiz əllərinə baxırdım, duyurdum ki, əzabsız, qüssəsiz getmisən. Həmin gün sənə tamaşa etdikcə, soyuyub qaxaca dönmüş əllərini oxşadıqca, üzgözünü sığalladıqca, mənə elə gəlirdi ki, ölməmisən, elə belə uzanmısan, çimərlikdəki kimi istirahət edirsən. Məni isə müqavimət göstərə bilmədiyim bir axın özü ilə aparırdı. Sən ömürlük dayanmışdın, mən isə hələ hərəkət edə bilirdim. Ölüm bizi həmişəlik ayırmışdı.
Gözlərimi açıram, lampanı yandırıram, özümün özümə acığım tutur. Səhər açılır, amma bu gün də bir xoşbəxt əhvalat gözləmirəm. Məni yalnız sən görürdün, səni isə təkcə mən. Bu gün gözlərimin həmdəmi yoxdur və mən bir boşluqda yaşayıram. Bilirdim ki, belə olacaq. Hər biri ölümlə qol-boyun gələn son günlərdə sənə baxırdım, məhəbbəti görmək istəyirdim, amma gözümə ölüm görünürdü, fikirləşirdim: “Mən sənə baxdığım kimi sən də mənə bax, axı mənə heç olmasa xatirələr qalacaq, sənin isə heç nəyin olmayacaq. Hər şey yoxa çıxacaq, heç təsəvvürün, xəyalın da olmayacaq. Bir heçlik. Sən heçliyə qayıdacaqsan”. Sənə on gözlə baxmaq istəyirdim, hərəkətlərini, baxışlarını gözlərimə yığırdım. Gülümsəyirdim ki, sənin təbəssümünü görüm; əlini öpürdüm ki, əlimi necə öpdüyünə bir də baxım. Özüm-özümü arxayın edirdim ki, bunlar heç vaxt yadımdan çıxmayacaq. İstərdim əlinin yerləri bədənimdə həmişəlik qalsın, mənim çəkdiyim sığallar isə sənin bədənini çürüməyə qoymasın. Mümkün olmayan bir iş üçün mübarizə aparırdım. Məğlub olmuşdum, çünki sən məğlub idin. Amma heç özünün xəbərin yox idi.
Gəzmək istəyirəm, həmişə yolda olmaq istəyirəm. Mənə elə gəlir ki, yalnız bu cür yaşamaq mümkündür. Daha biz heç vaxt qoşa addımlamayacağıq, Bu, həyatın ən böyük həqiqətidir. Bu gün mən hara gedirəm? Axı gəzmək ayağın birini o birindən irəli atmaq deyil. Gərək bir səmtin olsun. Mən həyatın qanunlarına əməl edirəm: yaşamalı və yaşatmalı. Bu çətin iş deyil, mən yalnız hər şeyə həyatın gözü ilə baxa bildikdən sonra öhdəmə düşən işi görə bilərəm.
Qışın sakitliyində, çılpaq və ətirsiz torpağın üzərində özümü yaxşı hiss edirəm. Qış yuxusuna dalmaq istəyirəm. Yazda, hərdən qayıqda gəzinəcəyəm. Günəş, tumurcuqlar, ətirlər, quşların mahnıları məni valeh edəcək.
Baharın ilk çiçəyinə necə sevinməyə bilərsən və onun kimi sadə ömür sürməkdən imtina etmək mümkünmü? Sənsiz bir gələcək mənə lazımdırmı?


Geri dön

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 15:03
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
maraqlı hekayədi təşəkkürlər

Sıla Rəsulova

  • 11 avqust 2015 22:54
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Tesekkurler

---ANGELA---

  • 8 avqust 2015 03:06
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
Kitabini oxumuwam menalidi)))
Tewekkurler paylawdiginiz ucun)))

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

ヅ Bad Girl ヅ

  • 7 avqust 2015 15:59
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
Tesekurler

--------------------

Bash Belası

  • 7 avqust 2015 15:45
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Çox saoLun oxuycam=)

PércyDarkMoon

  • 7 avqust 2015 14:41
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
tewekkurler maragli idi

--------------------

PessimistKa BanditKa

  • 7 avqust 2015 14:04
  • Məqalə: 0
  • Şərh: 512
  • Bal:
{awards}
guzeelmiww

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}