Ann Filip - Bir göz qırpımı [2]

 
Ann Filip - Bir göz qırpımı [2]


Lüksemburq bağında gəzinirəm. İki il əvvəl gəzdiyim cığırlarla dolanıram. Səhərin ala-toranı... Skamyalar boş idi. Dərsə tələsən məktəblilər iti addımlarla keçirdilər. Fəvvarə səhərin işığında parpar parıldayırdı. Qış yaxınlaşsa da, indiki kimi yağış yağmırdı. Küləyin o yan-bu yana qovduğu yarpaqlar da, ayağının altındakılar da ölmüşdülər. Yarpağa nə var ki? Başqaları cücərəcək. Sən ölürsən başqa bir insanın doğulduğu mənə təsəlli ola bilərmi? Tanış və sevimli cığırlarla o baş-bu başa gedirdim. Ağacların hər biri köndələn tir kimi yolumu kəsirdi. Bizim heç vaxt bir-birimizə demədiyimiz sözləri mən sənə dəyirdim. Mən asta-asta, ciyərlərim dolusu nəfəs alırdım. Əyləşməyə cəsarət etmirdim, dayanmağa qorxurdum. Elə gəzirdim ki, elə bil dayanmadan bütün dünyanı dolanmalı idim. Mən baş alıb gedir, tövşüyürdüm. Mən çıxış yolu axtarmırdım, çünki hər şey qət olunmuşdu. Dözülməz bir hadisə idi, vəssalam.
O vaxta qədər heç ölümlə maraqlanmamışdım. Mən onu saya salmırdım. Yalnız həyatla maraqlanırdım. Ölüm! Bu elə bir görüşdür ki, həm labüddür, həm də heç mümkün deyil. Çünki o gələndə biz daha mövcud olmuruq. Biz yox olan kimi o bizim yerimizi tutur: ya o mövcud olmalıdır, ya da biz. Onun qarşısına çıxa bilərik, lakin onu tanıya bilərikmi, bu bircə andan artıq çəkərmi? Dünyada ən çox sevdiyim bir varlıqdan ayrılmağa hazırlaşırdım. “Əbədi ayrılıq” qapımı kəsmişdi. Bilirdim ki, mənim məhəbbətimdən başqa heç nə bizi bir-birimizə bağlamayacaq. Fikirləşirdim ki, əgər könül adlanan məfhum hələ mövcuddursa, o yalnız xatirələrlə yaşayacaq və bizim ayrılığımız əbədidir. Özüm-özümə deyirdim ki, ölüm heç nədir, yalnız qorxu, fiziki əzab, sevdiyin adamlardan ayrılmaq əzabı, yaxud başlanmış bir həyatın amansız sonu və bunu duymaqdır. Həyatdan birdəfəlik getmək!
Mən bu dəhşəti duyurdum. Məni boğan, batıran, qurum rəngli bu qarınlığın mövcud olduğunu anlamaq üçün öz uşaqlıq xatirələrimə qayıtmalı olurdum. Dörd-beş yaşım var. Anamla vağzaldayıq. Pəncərənin qarşısında növbəyə durmuşuq. Növbəmiz çatan kimi anam deyir: “V. Şəhərinə gedib-gəlmək üçün bir bilet, ancaq getmək üçün bir uşaq bileti”. Mən onun müraciət etdiyi adamı görmürəm, amma danışığı eşidirəm və anama sığınıram. Yadımda deyil onu qucaqlayırdım ya yox, amma bu yadımdadır ki, onu hamıdan çox istəyirdim. O mənim dünyada yeganə sığınacağım, yeganə arxam idi. Biz qatardayıq. Bütün dayanacaqları tanıyıram. Bu yolu çox getmişəm. Bilirəm irəlidə məni nə gözləyir. Anamla birgə olacağım vaxtın qurtarmasına nə qədər qaldığını hesablayıram. Sonra ayrılacağıq. Bu ayrılıq hər dəfə mənə həyatın özündən də uzun görünür. Mənə elə gəlir ki, daha ağlamamağa öyrənmişəm. Amma ürəyimi elə bil məngənədə sıxırdılar, onun ağrısından boğazım qəhərlənir, ağzım acı olurdu. Mən də, çoxlu başqa uşaqlar kimi, ayrılmış valideynlərin övladıyam. Sevib-sevildikləri üçün biri-birindən intiqam almaq istəyən iki şəxsin artığıyam. Bəli, əslində bu adi bir haldır. İndi mən ata “payımı” yaşamağa gedirəm, özü də atamın yanında yox, onun qardaşı və qardaşı arvadının yanında. Qatar dayanır: V… şəhəri. Yaşamaq üçün 10-15 dəqiqə vaxtım qalır. İndi biz gedib faytona əyləşəcəyik, orda anama sığınacağam. At yavaş-yavaş gedir, çünki Fransa küçəsi həm yoxuşdur, həm də dolanbac. Bu da axırıncı döngə. Artıq evi görürəm, başqa evlər kimi o da ağdır, birinci mərtəbəsində gözlük də var, heç kəs səni görmür, amma sən kimin qonaq gəldiyini, kimin zəngi basdığını görürsən. Mən anamı qucaqlayıb hələ iyirmiyə qədər saya bilərəm, vaxt qalıb, çünki fayton dönməlidir, ev yolun sol üzündədir. Sonra anam məni bağrına basacaq, mən də onu çoxlu öpəcəyəm. O, faytondan düşməyəcək, elə həmin faytonla qayıdacaq. Mən isə, ürəyim həyəcandan partlasa da, sakit-sakit ikiüzlülüklə ona əl etməli idim, burda öyrənmişəm ki, heç bir hissi büruzə vermək lazım deyil. Evə girirəm. Soldan birinci qapı qəbul otağınındır. Mebel də, xalçalar da, divarlar da bir rəngdədir. Sonrakı yemək otağıdır. Bu otağın pəncərələri balaca həyətə açılır, ordan bir neçə pilləkən düşüb bağa enmək olur. Bu otaqda gördüyüm yeganə şey, sirdaşım, yemək vaxtı mənimlə üz-üzə duran, böyük güzgüdür. Hər dəfə başımı qaldıranda mənə deyirdilər: “Güzgüdə özünə baxma!” Başımı aşağı salıb könülsüz-könülsüz gövşəyirəm. “Ye!” deyirlər. Sakitlik çökür. Dözülməz bir sakitlik, yalnız qab-qaşığın cingiltisi eşidilir. Əmimlə arvadı bir-birilə danışmırlar. Onlara ər-arvad demək olmaz, ailə yaradıblar, uşaqsız bir ailə.
Bəli, bunlar bədbəxtlikdən doğan hisslər idi. Sonralar etiraz və qəzəb hisslərim də baş qaldırdı, lakin özümə xoşbəxt həyat qurmağı qəti qərara almışdım.


Geri dön

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 15:02
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
maraqlı hekayədi təşəkkürlər

--------------------

Səssiz

  • 11 avqust 2015 16:33
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagolun....

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 10 avqust 2015 22:58
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
-'Təşəkkürlər ))

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 10 avqust 2015 14:07
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 8 avqust 2015 18:46
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
coox sagolun))

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 avqust 2015 15:13
  • Məqalə: 665
  • Şərh: 18422
  • Bal:
{awards}
tesekkur edirem...

jasmin022

  • 8 avqust 2015 01:20
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
Cox maraqli idi tesekkurler

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

ヅ Bad Girl ヅ

  • 7 avqust 2015 22:42
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1138
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}