Ann Filip - Bir göz qırpımı [3]

 
Ann Filip - Bir göz qırpımı [3]


Həkimlər məni cərrahiyyə salonunun yanındakı balaca otağa dəvət edəndə soruşdum:
— Nə qədər yaşayır?
— Bir ay, uzağı altı ay.
— Bəlkə yuxulu ikən elə edəsiniz ki, heç ayılmasın.
— Bacarmarıq, xanım.

Beş dəqiqə əvvəl oturub gözləyirdim. Ən yaxın dostlarımızla birgə gözləmə otağında idim.
— Xanım, həkimlər sizi istəyirlər, — deyə şəfqət bacısı məni içəri çağırdı. Onun arxasınca gedə-gedə fikirləşirdi: “Bəs niyə belə tez? Axı mənə demişdilər ki, saat yarım çəkər, apardıqları iyirmi dəqiqə ancaq olar”. Ağ xalatlı dörd nəfər həkimin mənə tərəf gəldiyini görəndə onların üzündəki ifadəni oxumaq çətin olmadı. Onlardan biri heç nə demədən mənə yer göstərdi. Başa düşmüşdüm. Mən dara çəkilirdim, ölüm hökmünü almış adam isə bir neçə addım o yanda yatmışdı.
O çox əzab çəkəcək?
Yox, üzgünlükdən öləcək.
Aşağıya endim. Lift həmin lift idi, amma mən bayaqkı adam deyildim, indi sinəmdə bir ölü ürəyi gəzdirirdim, dünyanın axırı çatmışdı. Kimə isə cavab verdim: “hər şey bitdi”. Məni telefona çağırdılar, yalan danışmağa başladım. Bir az sonra otağa qayıtdım, sən artıq orda idin; sol ayağına vitamin axıdırdılar. Çətinliklə nəfəs alırdın, burnuna zond qoyulmuşdu. Sən yuxulu idin, solğun, qəmli görkəmin vardı, hələ istirahət edə bilərdin, kaş axırı salamatlıq olaydı. Ümidim olan günlərdə belə fikirləşirdim: üç gün əzab çəkəcəyik, sonra qarşımızda yenidən tam bir ömür olacaq. Üç əzablı gün keçdi, axırda da ölüm sorağı. Elə bu vaxtdan aramızda yalan hökm
sürməyə başladı.
Sən yuxulu olana da üzünə ümidsizliklə baxmağa qorxurdum,
məni boğan dəhşəti gizlədirdim. Özümü arxayınlıqla baxmağa məcbur edirdim. Sən huşsuz olanda, səninlə necə danışacağımı özüm-özümə təkrar edirdim, məşq edirdim. Birgə həyatımızdan mənə qalan təkcə bu idi. Şəfqət bacısı səni təkərli xərəklə aparanda biz adəti mərhəm nəzərlərlə axırıncı dəfə baxışdıq.

Səkkiz il necə gəlib keçdi… Şənbə günü idi. Hama hələ soyuqdu. Parisə bahar gəlməmişdi, şəhər ətrafında isə səma bomboz, ağaclar çılpaq olsalar da, bahar təravəti vardı.
Mənzil idarəsi işçilərindən aldığımız plana baxa-baxa yol gedirdik. Kəndə gəlib çıxınca və axtardığımız mənzilin darvazasını tapınca bir neçə dəfə azdıq. Ağacların araya aldığı bir küçə ilə irəlilədik, axırda evi gördük, eybəcər ev idi, sarı, qırmızı rəngə boyanmışdı. Ortadakı alçaq eyvan burun üstündəki ziyil kimi evi daha da eybəcərləşdirirdi. Təkcə köhnə kirəmitli dam adamın xoşuna gəlirdi. Yaşlı bir kişi çəmənliyin otunut çalırdı. O bizə tərəf gəldi. Kişi qamətli idi, süvari zabitlər kimi özünü şax tutmuşdu. Onun səliqə ilə bağlanmış qalstuku, sellüloid yaxalığı, həsir şlyapası, aydın və bir az kinayəli baxışları hələ də yadımdadır. O bizi diqqətlə nəzərdən keçirir və qısa cümlələrlə danışırdı.
Bəli, mülk, doğrudan da, satılır. Baxa bilərsiniz. “Amma, — deyə o əlavə elədi, — evin mənə dəxli yoxdur, istəyirsiniz xanımı çağırım”. Xanım onun arvadı idi. Gedib arvadını çağırdı. Arvad çiyninə yumşaq tüklü şal salıb yanımıza gəldi. O bizi səmimiyyətlə salamladı, əlindəki açarları cingildədib arxasınca, getməyimizi xahiş etdi. Pəncərələri açdıq, evi nəzədən keçirdik. Xəyalımda qurub yaradırdım. Pəncərələrin hər biri zərif, romantik bir mənzərəyə açılırdı. Evi istədiyimiz şəklə sala bilərdik, bir az aralıda çay axır, ağac da çoxdur, bu torpaqda sakitlik hökm sürür. Biz burda məhəbbət yuvası quracağıq.
Bağban, qapının qabağında gözləyirdi. Bizi bağçaya aparıb ağacları göstərdi. O, hər ağacın yanında dayanır, əlini ağacın gövdəsinə vurur, təzə tumurucuqları göstərirdi.
— Şabalıd ağacları xəstə idi. Təkcə biri salamat qalmışdı, qıpqırmızı çiçək açır, evin qarşısını bəzəyirdi. Gördüyünüz palıd ağacının bu tərəflərdə tayı-bərabəri yoxdur. Görün gövdəsi encə düzdür. Yuxarıda kiçik ağcaqayın meşəsinin yanında sidr xiyabanı var. Həmin ağacların əkildiyi yadımdadır. Buranın keçmiş sahiblərindən biri əkdirmişdi. O, ağaclardan baş çıxarırdı, onları sevirdi də. Amma ondan sonrakılar Mejevi, yaxud Mavi sahili xoşlayırlar. Kəndi tanımaq, sevmək lazımdır. Siz necə, kəndi sevirsinizmi?
— Bəli, sevirik.
— Kənd mənim həyatımdır. Amma mən sadə bir bağbanam, bağ sahibi istədiyi vaxt məni qova bilər. O bu sözləri deyərkən bizə elə qürurla baxırdı ki, xoşum gəldi.
Həmin vaxtdan cənab B.-yə rəğbətim var. O bizə üç böyük ləkdə əkilmiş tərəvəzi göstərdi, meyvə ağaclarından söhbət açdı, torpaqdan danışdı, bir kəsək götürüb ovcunda ovxaladı. Biz yerkökü, kahı ləklərinə, çiyələkliyə, pion çiçəklərinə tamaşa etdik. Şabalıd ağaclarının arasındakı xiyabanın o tərəfində bağın başsız qalmış sahəsi uzanırdı. Bura mamır basmış, sarmaşıqlı, qurumuş ağacları çalın-çarpaz yıxılmış bir meşə idi. Sonra Uaz çayına tərəf gedən bir çığıra düşdük. Sahildə durub qayıqlarda üzənlərə əl elədik. Çay cənab B.-ni maraqlandırmırdı.
— Yayda burda çimmək olarmı?
Sualımız, deyəsən, ona qəribə göründü.
— Əgər iyrənməsəniz çimə bilərsiniz: çimənlər var, amma su mazutla, pişik cəmdəkləri ilə dolu olur. Çəmənliklərdən birinin yanandı cənab B.özünün yaradıcılığını fəxrlə bizə göstərdi: o, ağacların başını cürbəcür quş şəkillərində vurmuşdu.
— Bax, iş buna deyərlər! Ağacı bu cür hamarlamaq saatlarla vaxt istəyir, özü də bunu bacarmaq lazımdır. İndi bağbanlar belə şeyləri öyrənmək istəmirlər, çox çətin işdir.

Bu cür süni formaların yaradılması bizim ən acığımız gələn bir əməldir. Amma ağılla və səliqəli görülmüş iş idi, biz də çalışdıq ki, xoşumuza gəldiyini ona bildirək.
Həmin günü bununla qurtardıq. Malikanədən gedərkən təpələrdən birinin üstündə dayandıq. Uaz çayı hələ göyərməmiş tarlaların arası ilə uzanıb gedirdi, uzaqda, lap üfüqdə, bir neçə evlə əhatə olunmuş kilsə görünürdü. Gözəl mənzərə idi. Çox xoşumuza gəldi. İstəyirdim səninlə danışım, sənə bir söhbət açım. Amma susdum, daha doğrusu, əsas məsələdən danışmadım. Hamilə olduğuma hələ əmin deyildim, özümün də əmin olmadığım bir xoşbəxtliyin sevincini bölüşmək hələ tez idi.
On beş gün sonra yenə qayıtdıq. Bahar öz hökmünü vermişdi. Maşınımızı əvvəlki yerində saxladıq. Gün qalxmışdı, ətraf sakit idi. Biz günəşin dümanı necə parçaladığına və təzəcə aldığımız evin ağacların arasından güclə sezilən damını necə işıqlandırdığına tamaşa elədik.


Geri dön

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 15:01
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
maraqlı hekayədi təşəkkürlər

PércyDarkMoon

  • 10 avqust 2015 13:42
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 9 avqust 2015 18:39
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər sebrim yoxdu oxumaga

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 9 avqust 2015 18:28
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler ))

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ღ★Yağmur★ღ

  • 9 avqust 2015 15:47
  • Məqalə: 1134
  • Şərh: 6724
  • Bal:
{awards}
Maraqlı idi təşəkkürlər müəllifə

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}