Səhər yeməyi infarkt riskini azaldır

 
Səhər yeməyi infarkt riskini azaldır


Türkiyəli diyetoloq Məlikə Şeyma Dəniz səhər yeməyinin əhəmiyyətindən danışıb. Diyetoloq səhər yeməyinin orqanizmə 5 faydasını açıqlayıb.

Araşdırmalar göstərir ki, yuxudan oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yeməyi yemək lazımdır. Çünki orqanizm 10-12 saatdan çox ac qaldıqda bir sıra sağlamlıq problemləri baş verə bilər. Səhər yeməyi bədənə enerji verir, gün ərzində özünüzü gümrah hiss etməyinizə səbəb olur. Səhər yeməyinin orqanizm üçün əsas 5 faydası var:

1.İdeal çəkidə qalmağı təmin edir

Əgər gün ərzində xərclədiyimiz enerji miqdarı qəbul etdiyimiz kaloridən çox olarsa, arıqlamağa başlayarıq. Ona görə də insanların çoxu gün ərzində aldıqları kalori miqdarını azaltmaq məqsədi ilə səhər yeməyindən imtina edirlər. Ancaq bu tamamilə səhv addımdır. Çünki səhər yeməyi yeməyənlər gün ərzində özlərini halsız hiss etdikləri üçün hərəkət etməyə meyilli olmurlar. Bu da onların daha az kalori xərcləmələri ilə nəticələnir. Üstəlik uzun müddət ac qalan orqanizm günorta və axşam yeməyində yeyilən bütün qidaları yağa çevirərək ehtiyat toplayır. Bu da kökəlməyə səbəb olur.

2. İnfarkt riskini azaldır


Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar səhər yeməyi yeməyənlərin infarkt keçirmək və ürək xəstəliklərinə yaxalanmaq riskinin daha yüksək olduğunu ortaya çıxarıb.

Araşdırmanın nəticəsinə görə, səhər yeməyi yeyənlərdə infarkt riski 27 faizə qədər azalır. Tədqiqatçılar səhər yeməyindən imtina etdikdə qan təzyiqinin və qandakı şəkər səviyyəsinin tarazlığının pozulduğunu və buna görə də infarkt riskinin artdığını vurğulayırlar.

3.Yaddaşı gücləndirir

Tədqiqatlar göstərir ki, səhər yeməyi yeyənlərdə diqqət artır, yaddaş güclənir. Səhər yeməyi orqanizmi beyin üçün lazımlı enerji ilə təmin etdiyi üçün insanın öyrənmə qabiliyyəti artır.

4.Şəkər xəstəliyinin qarşısını alır

2013-cü ildə aparılan araşdırma sübut edib ki, səhər yeməyi yeyənlərin şəkər xəstəliyinə yaxalanma riski azalır. 46 min 289 qadının iştirak etdiyi araşdırma zamanı məlum olub ki, səhər yeməyindən imtina edənlərdə qlikozanın və insulinin nisbəti pozulduğu üçün şəkər xəstəliyinə meyillilik yaranır.

5. Tox saxlayır


Səhər yeməyi yeyənlər gün ərzində daha az kalori qəbul edirlər. Səhər yeməyi tox saxladığı üçün günorta vaxtı az yeyir və qəlyanaltılarda şirniyyat yemək ehtiyacı azalır.

Qeyd edək ki, bütün bu dediklərimiz sağlam qidalardan təşkil edilmiş səhər yeməyi üçün keçərlidir. Səhər yeməyində şirniyyat və yağlı qidalar yeməkdən çəkinin. Onun əvəzinə bütöv dənli undan hazırlanmış çörək, pendir, yumurta, pomidor, xiyar, zeytun və qoz yeyə bilərsiniz. Əgər işə tələsirsinizsə və səhər yeməyi hazırlamağa vaxtınız yoxdursa, 1 stəkan südü 1 neçə qaşıq müsli ilə qarışdırıb yeyin. Yanında isə 1 ədəd meyvə yeməyi unutmayın.


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 15:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

Səssiz

  • 4 sentyabr 2015 19:32
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Men yemirem seher yemeyi olecem lol

--------------------
Səssiz'liyim

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:31
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 20 avqust 2015 21:41
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
-'Thanks ))

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 13 avqust 2015 18:42
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Səssiz

  • 10 avqust 2015 22:46
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagolun

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 10 avqust 2015 16:38
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 10 avqust 2015 13:17
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 9 avqust 2015 20:47
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 54
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}