Ann Filip - Bir göz qırpımı [4]

 
Ann Filip - Bir göz qırpımı [4]



İllər keçib. Uşaqlarımız olub. Adi axşamlardan biridir. Səni gözləyirəm. Təkcə maşınımızın səsini deyil, sənin müəyyən yerlərdə, əhvali-ruhiyyəndən asılı olaraq maşına necə qaz verdiyini və necə əylədiyini də bilirəm. Gözlərimi yumub gecənin səslərinə qulaq asıram. Sən gəlirsən. Maşını saxlayıb darvazanı açırsan, daha darvazanın səsi gəlmir, çünki bağlamırsan, deməli yorğunsan. Təkərlər çınqılı xırtıldadır, maşının işığı bağlı pəncərələrimizə sığal çəkir, sən itimizi şirin dillə oxşayırsan, pilləkəni qalxırsan. Evə girirsən. Otağımızdasan. Biz birlikdəyik.
Mən hamıdan əvvəl qalxıb, sübh tezdən bağçaya gedirəm. Bu,günün ən gözəl çağıdır. Çay dumanın arasından bərk vurur. Çəmənlər şehdən islanıb, su çiləyən qurğular tərəvəzi və güllüyü suvarır, bağban meyvə yığır, mən onunla birlikdə gəzirəm, yetişməkdə olan meyvələrə tamaşa edirəm. Hər səhər qayın, sidr, şaftalı, əncir ağaclarına baş çəkirəm, fəslin gözəl çiçəklərini dərirəm. Oyananda sənə bağımızdakı, güllüyümüzdəki yeniliklərdən danışacağam. Sentyabr gecələrindən birində uzaq səfərdən qayıdırdıq. Heç kəs gəldiyimizi bilmir, it də hürmür, sakitcə quyruğunu bulayıb qıçlarımıza sırmanır, sevindiyini bildirir. Çayın kənarına çəkilmiş alçaq hasarın üstündə otururuq. Ay, dümağ evimizi, hər küncünə bələd olduğumuz bağımızı işığa qərq edib.
İllər keçdikcə duyurduq ki, məhəbbətimiz sayəsində hər şeyə qadir olacağıq. Uşaqlarımız olacaq, sənətimiz, dostlarımız olacaq, evlər tikəcəyik, bəlkə daha yaxşı bir dünya yaradılmasında da xidmətimiz olacaq. Arzular indi həyata keçir. Biz cuşa gəlmiş inşaatçılar kimi hey qurub yaradırıq. Bu gecə duyuruq ki, planlarımız həyata keçib. Bəlkə uzaqdan gəldiyimizə görə, dəyişikliklər belə kəskin nəzərə çarpır, bəlkə də gecənin çox gözəl olduğuna görə. Sənin öləcəyini bildiyim gündən anladım ki, daha heç vaxt o yerlərə qayıda bilmərəm. Amma bir dəfə sənin xahişinlə getməli oldum. Cənab B. birinci dəfə gördüyümüz kimi işləyirdi; o həmin çəmənliyin üstünə səpələnmiş qırmızımtıl şabalıd yarpaqlarını təmizləyirdi. Biz görüşdük. O sənin vəziyyətini soruşdu. Dedim ki, yaxşısan, ayağa qalxan kimi bura gələcəksən.
Uşaqlar həyət-bacada oynadılalr. Çay hazırladım. Həmişə sənin maşınla gəldiyin xiyabana baxa-baxa çayımızı içdik. Mən bura axırıncı dəfə gəlirdim. Hər şey öz gözəlliyini itirmişdi. Burda bizim yaratdıqlarımız bizsiz də mövcud olacaqdır. Mənim bütün ağaclara, güllərə, itə, quşlara, daha çox əşyalara, divarlara, mebelə, bəzək-düzəyə, şkafda səliqə ilə asılmış paltarlara acığım tuturdu —
onlar qalacaqdır. Bu əşyaların qələbəsi idi, canlı aləmin yox, cansızların qələbəsi idi. Həmin gün fikirləşirdim ki, sən son nəfəsini səkəndə yer aralanıb burdakıların hamısını udsa nə yaxşı olar.
Bağda keçirdiyimiz bir gecəni yadıma salıram. İndi həmin bağda tək gəzinirəm. Sən öləndən bəri uzaq qaçdığım yerlərdən biri də buradır.
Gecə yarı idi. Teatrdan axırıncı biz çıxdıq. Qar yağırdı. Əl-ələ tutub gedirdik. Danışmağa nə həvəsimiz vardı, nə də ehtiyacımız. Hara gəldi gedirdik. Hərdən maşınlar gəlib yanımızdan səssizcə keçirdilər. Məncə küçələr bomboş idi, bəlkə də boş deyilmiş, məhəbbətimiz bizi bütün aləmdən ayırıbmış. Biz Parisi görmürdük, gecəyə və səmaya daha yaxın idik. Vaven küçəsini keçəndən sonra Lüksemburq bağına gəlib çıxdıq. Sən dedin: “Bəlkə keçək bağa?”. Hasarın üstündən aşdıq, gözəl bir aləmə düşdük. Ayaqlarımızın altında qar xırtıldayırdı. Biz xoşbəxt idik və xoşbəxt olduğumuzu bilirdik. Bu, təmiz, mülayim bir sevinc gətirirdi. Sevinc isə belə bir əqidədən doğurdu ki, dünyada hər şey yaxşı olmalıdır. Sən paltonu çıxarıb yerə sərdin, üstündə oturduq. Gecənin qaranlığında birbirimizə baxırdıq. Sənin aydın gözlərini və qardan islanmış kirpiklərini görürdüm. Şəhər dövrəmizdə, iki addımlığımızda idi, hasarın o üzündə qalmışdı. Saat üçü vurdu. Axı nəyə görə mən birdən-birə bədbəxtlik haqqında düşündüm? Öz bədbəxtliyimizi yox, onda bu haqda təsəvvürüm də ola bilməzdi, başqalarını düşünürdüm. Həmin vaxt hardasa insanlar ölürdülər, öldürürdülər, ailələr dağılırdı, başsız qalmış körpələr ağlaşırdılar, arvadlar, kişilər çarpayılarında uzanıb öz səfil həyatlarının haqq-hesabını çəkirdilər. Burdan çox uzaqda, Hind-Çində, ölür-öldürürdülər. İnsan mövcud olandan bəri sevinc və qəm, ölüm və həyat oyunu bircə dəqiqə də olsa ara verməyib, həmişə də davam edəcək. Biz xoşbəxtlikdən məst olmuşuq, qol-qola, baş-başa oturmuşduq. Birimiz dedi: “Əgər bir gün bizə bədbəxtlik üz versə çalışarıq mərd olaq”. O birimiz cavab verdi: “Mən sənə söz verirəm”.
Şəhər canlanmağa başlayanda biz yola düşdük. Evə qayıdanda da yuxumuz gəlmədi. Həmin yuxusuz gecəni unuda bilmirdim; o çox gözəl, həm də qar kimi təmiz idi.



Ann Filip - Bir göz qırpımı [4]


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 15:21
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 15:00
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

Səssiz

  • 10 avqust 2015 22:58
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 10 avqust 2015 22:57
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Təşəkkürlər


-'Təşəkkürlər ))

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 10 avqust 2015 13:15
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

::KuMsAl::

  • 9 avqust 2015 23:12
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekkurler

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

ヅ Bad Girl ヅ

  • 9 avqust 2015 20:47
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}