Ann Filip - Bir göz qırpımı [5]

 
Ann Filip - Bir göz qırpımı [5]


Bəzən özüm-özümdən çəkinirəm, ehtiyatla dolanıram. Hiss edirəm ki, yenə başgicəllənməm tutacaq. Gərək bir işlə məşğul olam, başım qarışsın. Fikirləşməmək üçün ora-bura qaçıram, işləyirəm. Bircə məqsədim olur: bir saat vaxt keçirmək, beləliklə saatlar keçir, fikrim yayınır. Amma, bəzən ağır fikirlərdən yaxa qurtara bilmirəm. Səhərlər əhvalım yaxşı olur. Mən iki adam kimi yaşamağa öyrənmişəm. Fikirləşirəm, danışıram, işləyirəm və eyni vaxtda fikrim səninlədir. Sənin müəyyən məsafədən görünməyin mənə xoş olur, tütqün çıxmış şəklə oxşayırsan. Bu anlarda ehtiyat etmirəm, təslim oluram, ağrım-acım da yaxşı öyrədilmiş cıdır atı kimi amiranə olur. Cilvu buraxıram və qəfildən tələyə düşürəm. Sən yanımdasan. Səsini eşidirəm, əlini çiynimə qoyursan, yaxud astanada addımlarının səsini eşidirəm. Mən məhv oluram. Süstləşib yerimdə qalıram, gözləyirəm ki, bu vəziyyətim keçib getsin.
Hərəkətsiz bədəndə fikir, səmanın sükutunu yara-yara yerə enən zədələnmiş təyyarəyə oxşayır. Yox, sən burda deyilsən, orda, buzlu sükut aləmindəsən. Axı, nə olub? Hansı səs, hansı duyğu, fikirlərin hansı sirli uyğunluğu səni gətirib mənə qovuşdurur? Hey səninlə çarpışıram; başa düşürəm, bu çox dəşhətlidlir, amma özümü sənə təslim etmək üçün də kifayət qədər qüvvəm olmur. Biz üz-üzə durmuşuq. Otaqdakı sükutun səsi bütün gurultulardan güclüdür. Başımda qarma-qarışıqlıq, qəlbimdə həyəcan… Mən özümüzü keçmiş günlərimizin birində təsəvvür edirəm. Ruhum bədənimdən ayrılır, xoşbəxt günlərimizə, xoşbəxt anlarımıza qayıdır. Parisdə, yaxud Nyu-Yorkda veyllənən, dünyanın axırı çatdığını bilən tənha adam kimi, mənə ucsuz-bucaqsız görünən mənzilin otaqlarını gəzinirəm. Dünyanın axırı sənin ölümündür. Amma görürdüm ki, dünya sənsiz də mövcuddur, həyat davam edir. Əvvəlki kimi lazımi işləri görürdüm. Özüm isə əvvəlki kimi ola bilərdimmi? Mən güzgüyə baxırdım, toy gecəsinin səhəri güzgüyə baxan gənc, xoşbəxt bir gəlin kimi baxırdım. Yox, üzümdə heç nə duyulmurdu. Hələ keçmiş xoşbəxtliyin izləri qalmışdı, əzabımın izləri isə sonralar həkk olunacaq. Mən arxayın ola bilərdim, çünki sən heç nə görməyəcəkdin. Üzümün çizgiləri də, təbəssümüm də əvvəlki kimi idi. Hərəkətlərim də dəyişməmişdi. Mən hamam otağında olanda o biri otaqdan səninlə danışırdıq. Yaxşı eşitmək üçün gözlərimi yumurdum. Ömrümdə səni bu cür dinləməmişdim, bilirdim ki, bir vaxt səsini unudacağam; “Doğrudanmı on beş gündən sonra mən də çiməyəcəyəm?” deyən səsin yadımda qalmayacaq. Mən adamlara zəng vururdum. Sənə göndərilən çiçəklər üçün təşəkkür edirdim. Cərrahiyyə əməliyyatının müvəffəqiyyətlə keçdiyini söyləyirdim, təcili məktublara səninlə birgə cavab hazırlayırdıq, sonra arxamı sənə çevirib süni görkəmini dəyişib istirahət edirdi. Bank vərəqlərini bir-bir qoparırdım, pul xərclənib gedirdi… Sən deyirdin: “Mart aynıdı işləməyə başlayaram”. Bu zərbələr məni gicəlləndirirdi. Bunlar bıçaq zərbəsi idi, yoxsa ən şirin sözlər? Səni ilk dəfə aldadırdım, inandırıcı baxışlarımla aldadırdım. Səni uçuruma aparırdım və bunun üçün təriflənirdim. Xəcalət çəkirdim, amma, o vaxta qədər mənə hər şeydən əziz olan həqiqətdən də güclü və dəyərli bir qüvvə məni bu yalanı danışmağa vadar edirdi. Bəli, bir aydan sonra biz istirahətə gedəcəyik. Taxta eyvanlı yaylaq evimiz olacaq, qarlı çölləri gəzəcəyik, meşələr keçəcəyik, günəş şüalarına qərq olmuş dağlar aşacağıq. Yox, daha heç vaxt, heç vaxt. Gündə on dəfələrlə həqiqəti sənə açmaq istəyirdim. Birinci cümləni astaca özüm-özümə təkrar ediridm: “Gərək sənə deyim”, yaxud “biz ayrılacağıq” ya da “sənə yalan deyiblər”. Axı, sənə dəxli olan bir işi səndən gizlətməyə nə ixtiyarım var, özünün cəsarətlə gedə biləcəyin yerə nə üçün səni qorxaq kimi, aparmalıyıq? İnandırdım ki, mərdlik göstərərdin. Mənə baxırdın: “Mən daha yaxşıyam, işini-gücünü atıb ancaq mənimlə məşğul olma, özümü yaşı hiss edirəm, heç yerim ağramır”. Mən susurdum, ayaq tərəfdən çarpayının üstündə oturub hərəkətsiz qalırdım, əlini məndən ayırmırdın, köksümü ötürüb fikirləşirdim ki, əgər həqiqəti sənə söyləmiş olsaydım indi nə edərdik: ölüm fikri səni bürüyəcəkdi, mən isə qolların arasında hönkürəcək, öz xoşbəxt həyatımızdan danışacaqdım.
Mən sənin bədəninin kəsilmiş yerinə baxırdım. Bu yara səni əyləndirirdi, deyirdin:
— Mədəmə yol açıqdır!
Mən o yaraya nifrət edirdim, həm də məəttəl qalmışdım. Burdaca, dodaqlarımdan iki-üç santimetr aralıda səni öldürməyə hazırlaşan xərçəng yaşayırdı. O səni həlak edəcəkdi, özünün isə xəbərin yoxdur. Fikirlərimi oxuya bilmirdin, sifətim də sənin səliqə ilə tikilmiş yaran kimi hər şeyi gizlədirdi.
— Qəribədir, bilirsənmi, adam sinəsinin yarılmış olduğunu təsəvvür edəndə qəribə hisslər keçirir.
— Əlbəttə, belə olur, həm də ki, sən birinci dəfə operasiya olursan.
— Mən sağalandan sonra başını yenə də sinəmin üstünə qoyarsan?
Mən başımın hərəkətilə “hə” dedim. Daha heç vaxt, əzizim, ya da sən öləndən sonra. Mən gülümsünürdüm, amma belə fikirləşirdim. İstəyirdim heç nə anlamayım, həyatın özünü tutub saxlayım, daha hərəkə olmasın. Yox, mən əlimdən gələn hər işi, nə cür olur-olsun görəcəyəm, həyatdan məhrum olmaq isə sənə nəsibdir.
Sən mənə yorğun, dodaqlardan daha çox gözlərdə oxunan uzaq bir təbəssümlə baxırdın. Gözlərin əsil xəstə gözləri idi; ağı solmuş, bozarmış, susuz qalmış qamış kimi həm yaşıla, həm də sarıya çalırdı, qarası isə sədəf kimi idi. Hərdən baxışların ifadəsiz olurdu.
Mənim zavallım, mənim məhəbbətim! Bizim günlərimiz elə bil Sena çayı ilə birgə axırdı. Sənin son mənzilə çatmağına lap az qalmışdı. Kaş zəlzələ olaydı, dam uçulaydı, elə bir gözəl təsadüf olaydı ki, ikimiz bir gedəydik, həyatı birgə tərk edəydik.

Hərdən pəncərəyə yxaınlaşırdım, evlərə, yol keçən adamlara, cərgəyə düzülmüş maşınlara baxırdım, hər yerdə bir yazı görürdüm: “O öləcək”, başqa heç nə görmürdüm. Ayaq tərəfində çarpayıda uzanırdım, sənə baxıb gülümsünürdüm, ürəkdən gülümsünürdüm, çünki hələlik yanımda olduğun üçün xoşbəxt idim. İstəyirdim həmin anı ömürdən ayırıb götürüm, ondan kiçik bir ada düzəldim, amma bu da heç nə idi, heç nə. Sabahkı günüm qara olacaq, nə edim axı? Mənim bütün fikirlərim eyni bir divarla qarşılaşırdı: çıxılmaz vəziyyət, bağlıdalan. Bircə yol görünürdü, o ad fəlakət yolu. Sən nə oldu yeyirdin, mən isə özümü gövşəməyə məcbur edirdim.
Bir axşam belə dedin: “Ət yumşaq deyil, amma lap təzədir”. Lap təzədir, deməli bir az əvvəl kəsilib, öldürülüb. Nədənsə ürəyim bulandı.


Ann Filip - Bir göz qırpımı [5]


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 15:16
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:59
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

Səssiz

  • 10 avqust 2015 23:02
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox tesekkur

--------------------
Səssiz'liyim

Ř҉₳₱ʊ₦ʐɛL

  • 10 avqust 2015 22:57
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
-'Təşəkkürlər ))

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

sessiz deniz

  • 10 avqust 2015 20:02
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Bəzən özüm-özümdən çəkinirəm, ehtiyatla dolanıram. Hiss edirəm ki, yenə başgicəllənməm tutacaq. Gərək bir işlə məşğul olam, başım qarışsın. Fikirləşməmək üçün ora-bura qaçıram, işləyirəm. Bircə məqsədim olur: bir saat vaxt keçirmək, beləliklə saatlar keçir, fikrim yayınır. Amma, bəzən ağır fikirlərdən yaxa qurtara bilmirəm. Səhərlər əhvalım yaxşı olur. Mən iki adam kimi yaşamağa öyrənmişəm. Fikirləşirəm, danışıram, işləyirəm və eyni vaxtda fikrim səninlədir. Sənin müəyyən məsafədən görünməyin mənə xoş olur, tütqün çıxmış şəklə oxşayırsan. Bu anlarda ehtiyat etmirəm, təslim oluram, ağrım-acım da yaxşı öyrədilmiş cıdır atı kimi amiranə olur. Cilvu buraxıram və qəfildən tələyə düşürəm

♔ sinყσriτα ♔

  • 10 avqust 2015 16:52
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Bəzən özüm-özümdən çəkinirəm, ehtiyatla dolanıram. Hiss edirəm ki, yenə başgicəllənməm tutacaq. Gərək bir işlə məşğul olam, başım qarışsın. Fikirləşməmək üçün ora-bura qaçıram, işləyirəm. Bircə məqsədim olur: bir saat vaxt keçirmək, beləliklə saatlar keçir, fikrim yayınır. Amma, bəzən ağır fikirlərdən yaxa qurtara bilmirəm. Səhərlər əhvalım yaxşı olur. Mən iki adam kimi yaşamağa öyrənmişəm. Fikirləşirəm, danışıram, işləyirəm və eyni vaxtda fikrim səninlədir. Sənin müəyyən məsafədən görünməyin mənə xoş olur, tütqün çıxmış şəklə oxşayırsan. Bu anlarda ehtiyat etmirəm, təslim oluram, ağrım-acım da yaxşı öyrədilmiş cıdır atı kimi amiranə olur. Cilvu buraxıram və qəfildən tələyə düşürəm. Sən yanımdasan. Səsini eşidirəm, əlini çiynimə qoyursan, yaxud astanada addımlarının səsini eşidirəm. Mən məhv oluram. Süstləşib yerimdə qalıram, gözləyirəm ki, bu vəziyyətim keçib getsin. sad what

Ř҉₳₱ʊ₦ʐɛL

  • 10 avqust 2015 15:56
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 10 avqust 2015 13:10
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 10 avqust 2015 10:46
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}