Ann Filip - Bir göz qırpımı [6]

 
Ann Filip - Bir göz qırpımı [6]



Parisdə səmaya təsadüfi hallarda baxırlar. Biz hər dəfə şəhərdən çıxandan sonra göyə baxa bilirik. Ayın və ulduzların hərəkətini izləmək, həmişə, hər ikimizin daxil olduğumuz bu sonsuz aləmə səyahət kimi ləzzətli olur. Hər dəfə biz ayrılanda sən ulduzların birində görüş təyin edərdin və mənə elə gəlirdi ki, məhəbbətimizin sonsuz tellərini görürəm. O, parlaq bir tel, qızıl bir xətt, odlu bir izdir; bizim ikimizdən ayrılıb qalxır və uzaq nöqtədə birləşir. Çox vaxt gecəyə, səmaya tamaşa eləyərkən öz sevincimi və qüssəmi daha aydın, daha dəqiq görürəm, dünyanın quruluşunu və bizim ordakı mövqeyimizi, tənhalığı, məhəbbətin kamilliyini daha yaxşı anlayıram. Troil Kressidaya belə deyirdi: “Günəşin gündüzə, dişi göyərçinin öz erkəyinə, dəmirin maqnitə, yerin öz oxuna sadiqliyi
kimi…”
Sən öləndən sonra, bir neçə ay göyə baxa bilmədim. Bir yay gecəsi, daha doğrusu, avqustun 28-də o ulduzu yenidən gördüm. Ulduzları arayırdım, onu axtarırdım, tapdım. O təkcə, sakit-sakit qərbdən şərqə tərəf hərəkətdəydi. Həmin ulduz insan şüurundan doğulmuşdu, adı “Exo II” idi. Onun sayəsində səma ilə barışdım. Həmin axşam uzun müddət çöldə qalıb onun qayıtmasını gözlədim. Elə bilirdim ki, böyük bir qələbə çalmışam. Mən Əlcəzair müharibəsinə, sürgünlərə, insanlara verilən əzablara görə xəcalət çəkmişdim; indi insanların ilk dəfə komsosa yol açdıqları bir dövrdə yaşadığım üçün fəxr edirdim. Sənin qəbrindən bir neçə yüz metr uzaqda idim, sənsizlik qollarımı yanıma salmışdı. Sən yaranmaqda olan bu yeni dünyanı görə bilməyəcəkdin. Daha həyata biganə idin. Heç unuda bilmirəm ki, səni xilas edə biləcək bir dərmanın kəşfini, dünyanın ən gözəl, ən xətasız bir raketindən üstün tutardım. Qızılgül gözəl ətir saçırdı. İtlər hürüşürdü, yol tərəfdən qulağıma maşınların uğultusu və maşınlarda gəzənlərin şən qəhqəhələri gəlirdi. Hər dəfə xoşbəxtlik əlamətlərinə rast gələndə, özümün necə bədbəxt olduğumu daha aydın hiss edirdim.
Gərək etiraf edim ki, ilk dəfə xatirələrin qoynuna atılıram; xatirələrimi ətrafıma toplayıram, yaşamaq üçün onlardan kömək diləyirəm, öz keçmişimi arayıram. Hərdən öldüyün üçün sənə acığım tutur. Məni tək qoydun, qaçdın. Sənin ucbatından daha boz səmaya, noyabr yağışlarına, payızın qızılı yarpaqlarına baxa bilmirəm. Əvvəllər qara, çılpaq ağaclara baxanda baharın tezliklə gələcəyini düşünürdüm, indi onları görməyə gözüm yoxdur. Sübh çağından və axşamın ala-qaranlığında acığım gəlir, ancaq günəşə, ay işığına baxa bilirəm. Mən şux və dözümlü idim, indi ağırlaşmışam, əvvəllər şux addımlarla gəzirdim, indi ayaqlarımı sürüyürəm. Heç nəyə həvəsim yoxdur.
Daha heç yerdə sənin gözlərini axtarmıram. Uzun müddət səni görürdüm. Səninlə birgə gəzmədiyimiz bir cığır, bir küçə, bir sahil varmı? Ya heç yana çıxmamalı, ya da hər yerə tək getməli idim. Qarma-qarışıq küçələrdə də, kimsəsiz meşə cığırlarında da tək səni görürdüm. Ağlım bu görüşdən çəkinir, ürəyim isə istəyirdi. Sən həm yoxdun, həm də vardın. Hər dəqiqə özümün yaşamağım bir yana, ürəyimin sənsiz necə döyündüyünə təəccüb edirdim. Hərdən deyirdilər ki, sən bizim aramızdasan. Mən razılaşırdım. Axı, niyə də mübahisə edəsən? Amma özüm-özümə fikirləşirdim ki, bəzi adamlar üçün başqasının ölümü adi bir şeydir. Görəsən hamı özünün əbədi olub-olmayacağı haqda fikirləşirmi?
Mən səni çox sevirdim; bədəninin yoxa çıxması ilə razılaşmaq, ruhunun onu əvəz etdiyini və yaşadığını söyləməyə qadir deyiləm. Axı onları necə ayırmaq olar, necə demək olar ki, bu onun ruhudur, bu isə bədəni? Sənin təbəssümün və baxışın, bu isə bədəni? Sənin təbəssümün və baxışın, yerişin və səsin materiya idi, yoxsa xəyal? Həm materiya, həm də xəyal, lakin ayrılmaz idilər. Hərdən dəhşətli bir oyun oynayıram: fikirləşirəm ki, görəsən sənin bədəninin hansı hissəsi kəsilsə, yaxud şikəst olsaydı sən mənim sevdiyim həmin adamdan çevrilib başqa adam olardın? Məhəbbətimizin nişanəsi, həddi nə idi? Nə vaxt deyə bilərdim ki, daha səni tanıya bilmirəm?
Bəziləri mənə deyirlər ki, sevənlər bir-birini çox yaxından tanıyanda məhəbbət azalır, bitkiyə günəş lazım olan kimi məhəbbətə də pərdə lazımdır. Axı bu pərdə kimə gərəkmiş, ondan istifadə etmək acizliyi boynuna almaqdır. Onu yox etmək, aradan qaldırmaq lazımdır. İnsanla nə qədər səmimi, nə qədər yaxın olsan da görəcəksən ki, aralıqda hələ pərdə varmış.
Yatdığın vaxt sənə və sənin olduğun aləmə, dodaqlarının küncündəki təbəssümə, kirpiklərinin astaca titrəməsinə, çılpaq, heysiyyatsız bədəninə baxıram; bunları əvvəllər görməmişdim. Mən sənin yanındayam, mavi və ilıq bir suda üzürəm, gözləyirəm ki, sarmaşıq çiçəklərinə qərq olmuş qapıda görünəsən. Mənə “salam” deyirsən, yuxuda nə gördüyünü, yuxudan sonra nə fikirləşdiyini də bilirəm, amma səni tamam öyrənməmişəm.



Ann Filip - Bir göz qırpımı [6]


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 12:33
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:59
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

PércyDarkMoon

  • 20 avqust 2015 10:45
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Bəziləri mənə deyirlər ki, sevənlər bir-birini çox yaxından tanıyanda məhəbbət azalır, bitkiyə günəş lazım olan kimi məhəbbətə də pərdə lazımdır. Axı bu pərdə kimə gərəkmiş, ondan istifadə etmək acizliyi boynuna almaqdır. Onu yox etmək, aradan qaldırmaq lazımdır. İnsanla nə qədər səmimi, nə qədər yaxın olsan da görəcəksən ki, aralıqda hələ pərdə varmış.

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 11 avqust 2015 22:48
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Uzun idi oxumadim ama Təşəkkürlər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 11 avqust 2015 17:49
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Səssiz

  • 11 avqust 2015 16:12
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox tesekkur

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 11 avqust 2015 15:10
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}