Ann Filip - Bir göz qırpımı [7]

 
Ann Filip - Bir göz qırpımı [7]



Biz danışırıq: sənin səsin, fikrin və fikrini ifadə etmək üçün işlətdiyin sözlər dünyada ən yaxşı tanıdığım şeylərdir. Birimizin başladığı cümləni o birimiz başa vura bilərik. Yenə də səni tam öyrənməmişəm, bir-birimizi lazımınca öyrənməmişik. Sənin ən adi bir hərəkətin Cakondanın təbəssümündən də sirlidir. Hərdən ən çətin maneələr dəf edilir. İnsanı dünyanın kamilliyinə inandıran da gözəl çağlardır. Hərdən bu kamilliyi ədəbi yaşatmaq üçün özümə ölüm arzulayırdım. Lakin insan yaşamaq imkanı qalmayanda özünü öldürür, xoşbəxtlik isə insanı yaşamağa çağırır. Mən dəqiq bilmirəm, amma başa düşürəm ki, kamilliyə yetişəndən sonra biz yenidən mübarizələr aləminə düşmək istəmirik. Biz allah olmuşuq, yenidən dönüb insan olmaq istəmirik.
Məhəbbət bulaqdır, həyatın bulağıdır, dünyanı firavanlaşdırır, insanı gözəlləşdirir; o həm möcüzədir, həm də məlum bir şey, itirilmiş cənnətin kəşfidir, bədənlə ruhun birliyidir, gücümüzün və zəifliyimizin təcəssümüdür, həyata bağlılıq və eyni zamanda ölümə biganəlikdir, heç kəsin kəşf etmədiyi və həmişə hərəkətdə olan bir gerçəklikdir, ələkeçməzdir, gərək hər gün onu yenidən fəth edəsən. Məni həyata bağlayan sən idin, indi ölümlə tanışlığımsan. Ölüm gələndə sənə qovuşacağım haqda düşünməyəcəyəm, fikirləşəcəyəm ki, sənin keçdiyin bir yolla, tanış bir yolla gedirəm.
Mən yenə səmaya qayıdıram, yenə göylərə baxmağı sevirəm. Boz, qara buludlar geri çəkilən ordu kimi damların arası ilə sürünür.
Bu gün günəş gizlədilmiş səadətə oxşayır. Mən açıq səmanı, parlaq günəşi axtarıram. Şən olmaq üçün yeni səbəblər tapmalıyam. Üzü gülər olmalı, qaranlığı qovmalı, səni özümdə saxlamalıyam. Mən bu yeni vəziyyəti axtarıram. Hərdən tapıram, sonra itirirəm. Heç bilmirəm niyə bu qədər inadçılıq edirəm. Uyğunlaşmalı ya da məhv olmalı — bu həyatın qədim qanunudurmu?
Başladığı işi yarımçıq qoymaq qorxaqlıq olardı. Mən ancaq çıxış yolu axtarmaqla məşğulam. Bu səhər, Lüksemburq bağında gəzərkən əvvəllər boşluqda gəzindiyim vaxtları andım. Onda xatirələrim sərbəst dolanırdı. Sən hardasa, min kilometrlərlə uzaqda yaşayırdın. Nə yoxluq, nə də məsafə mənə mane olurdu. Biz eyni fuqanın iki təranəsi idik və buna heç nə mane ola bilmədi. Bir sən vardın, bir də mən, ikimiz idik. Amma bu “ikimiz” əslində sən və məndən ibarət deyildi, o, təzə yaranırdı, bizi ötüb keçəcəkdi, bizi yaşadacaqdı.
Düşüncənin, xəyalın dolaşdığı düzəngah bütün mənzərələrdən yaxşıdır. Düzəndəki tənha ağac, səmada uçan bir cüt quş ən qaynar həyatdan canlı, ən yaşıl vadidən yaşıldır. Bəzən mən danışırdım, sən qulaq asırdın, bəzən də bir kəlmə də demədən atların belində yanaşı gedirdik. Elə ki, xəyaldan ayılırdım, sənsizliyi, tənha olduğumu başa düşürdüm, ancaq qüssələnmirdim. Sən var idin, biz görüşmüşdük, başqa nə lazımdı ki. Biz hələ bir-birimizə öyrəşməmişdik, hələ çox iş görməli idik.
Mən öz taleyimi yaradırdım, məni də taleyim yaşadırdı. Özümü qıvraq hiss edirdim və hisslərimdən kənara çıxa bilirdim. Elə zənn ediridm ki, kamil və ağıllı adamam, hər cür hadisə ilə üz-üzə gəlməyə hazıram. Elə bilirdim ki, “bədbəxtlik — xoşbəxtlik” məsələlərinin mənə dəxli yoxdur. Elə bu inamın özünün xoşbəxtlikdən doğduğundan xəbərsiz idim. Xoşbəxtliyi adi bir şey kimi qəbul etmişdim.
Bir nəfər tibb işçisi gəldi. Onu çarpayıdan götürüb təkərli xərəyin üstünə qoydu. Biz bir-birimizə baxdıq. İstədim mən də gedim, qoymadılar. Qapının qabağında qaldım. Tibb işçisi xərəyin arxasınca gedirdi, onun qarşısını kəsmişdi. Addım səsləri və təkərlərin asta uğultusunu eşidirdim, mənə elə gəlirdi ki, tibb işçisi bu uzun və səliqəli koridorun o başına çatanacan bir il yol gedəcək.
Əslinə qalsa, mən səndən həmişəlik ayrılırdım. Səni yorğana bükülü gördüyüm an, xoşbəxtliyimin son anı idi. Heç bir saat keçməmiş yenidən görüşdük, sən yatmışdın, saçların dağınıq idi, rəngin saralmışdı. Vaxt nə deməkdir? Daha bir saat keçdiyini xatırladan qüllə saatının zəngimi, ya bu bir saat ərzində baş verən hadisələrmidir? Yer titrəmişdi. Hər şey səndən milyon illər uzağa düşmüşdü. Yatırdın, sənə baxmağa cürət etmirdim, hərdən baxıb tez gözümü çəkirdim. Donub qalmışdım, tibb bacıları, həkimlər vurnuxur, öz vəzifələrini yerinə yetirirdilər. Mən sənin ölümünü arzulayırdım. İstəyirdim ki, ölüm tez gəlsin, ildırım kimi şığısın, yaxud oğru kimi xəlvəti gəlsin. Məhəbbət bu imişmi? Bir saat əvvəl səni yaşatmaq üçün hər şeyə hazır idim, indi ölümünü arzulayırdım. Həkimlərə yalvarmışdım ki, səni ayılmağa qoymasınlar. Bilmirdim yaxşı hardadır, pis harda.
Gecə damcı-damcı axıb gedirdi. Çarpayıda uzanıb gözlərimi tavana zilləmişdim. Məni əldən salmış fikirlərim tavanda əks olunurdu.
O öləcək, o öləcək.
O qədər mübarizə etmişdim ki, bütün bədənim ağrayırdı, düşməni özümdən kənar edirdim, o məni əzir, boğur, o baş-bu başa sürüyürdü.
Mən təslim olurdum, həmin fikrə başımda da, bədənimdə də yer edirdim, sonra elə ağırlaşırdım ki, yerin yeddi qatına batırdım. Bəli, o öləcək. O çürüyəcək. Bunu bilmək lazımdır, buna hazır olmaq lazımdır. Bəlkə üzümü yana çevirsəm yaxşı olardı.


Ann Filip - Bir göz qırpımı [7]


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 12:29
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

PércyDarkMoon

  • 20 avqust 2015 10:43
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 11 avqust 2015 21:53
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 11 avqust 2015 17:45
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

::KuMsAl::

  • 11 avqust 2015 15:59
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekurler meqale ichin

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

ღKiRaZ MeVsİmCiღ

  • 11 avqust 2015 15:49
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 11 avqust 2015 15:06
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

PessimistKa BanditKa

  • 11 avqust 2015 14:18
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
teeweeekkurr...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}