Ann Filip - Bir göz qırpımı [8]

 
Ann Filip - Bir göz qırpımı [8]



Divar düm ağ idi, ora hələ heç nə yazılmamışdı. O yazılmamış bir səhifə idi. Mən dünənki səhifə kimi yazılmamış bir səhifə istəyirdim. İyirmi dörd saat geriyə qayıtmaq istəyirdim. Dünənki günü yenidən yaşayırdım. Sən operasiya olunacaqsan. Otaqda zəng. Çöldə bağban sakit-sakit gəzinir. Sənin çarpayında ayaqlarımız bir-birinə toxunur. Sağ əlinlə mənim sol əlimdən tutmusan. Yalnız kitablarımızın vərəqlərini çevirəndə əllərimiz bir-birini tərk edir. Necə də sakitlikdir! Hərdən mürgüləyirsən, üzünü mənə tərəf çevirirsən. Saat üçdür, iki saat vaxtımız qalıb.
— İstəmirəm ki, operasiyadan çıxanda yanımda olasan, adam cərrahiyyə əməliyyatından sonra eybəcərləşir, həm də yuxulu olur. Söz verirsənmi, orda olmayacaqsan ki?
— Yox, yanında qalmalıyam, özü də eybəcərləşməyəcəksən. Sən yuxuda olanda baxmışam.
— Bu tamam başqa yuxudur.
— Yaxşı, söz verirəm.

Tibb işçisi gəlib səni apardı. Mən otağı səliqəyə saldım. Pəncərəni açdım. Səma alçaq, həm də dəmir örtük kimi ağır idi. Gözləmə zalına getdim. Məni yuxarı çağırdılar. Şəfqət bacısı ilə birgə liftə qalxdım. O, qapını açıb məni balaca bir otağa buraxdı, içəridə ancaq kürsüləri gördüm. Addım səsləri eşitdim, həkimlərin dördü də içəri girdi. Onlardan biri mənə yer göstərdi. Sakitlik çökdü. Mən onlara baxırdım. Danışan hansı idi? Həmin andan əvvəl taleyə yalvarmaq, vaxtı tutub saxlamaq lazım imiş. Daha ağ divarlar yox idi. Hər yanda, rənglərə də, lampalara da, qapının üstündən süzülüb gələn işığın şüalarına da belə yazılmışdı: O öləcək.
Sən yanımda idin, biz əlçatmaz bir aləmdə idik. Sən yatırdın, məhbusa dönmüşdün, mən isə cəlladın köməkçisi idim. Eşitmişdim ki, qəssabxanalarda heyvanlardan biri yaşamaq imkanı alır və öz nəslindən olan heyvanları bıçaq altına aparmaqla məşğul olur. Mənim başqa nə əlacım vardı?
Səhərə qədər fikirləşir, özüm-özümlə mübarizə aparır, tərəddüd edirdim. Səhər açılırdı. Gərək səninlə görüşərkən üzümdən heç nə duymayasan. Mən həmişə anlamışam ki, ən böyük qərarlar bir neçə saniyədə qəbul olunur. Mən qərar qəbul etməli idim ya xoşbəxt qalmalısan, ya da xoşbəxtliyin qəfildən yoxa çıxmalıdır. Çəkdiyim əzabı, keçirdiyim qorxunu duymamağın üçün əlimdən gələni edəcəyəm. Mənim imkanım bununla məhdudlaşır. İstəyirdim əvvəllər yaşadığımız xoş anları yaşayasan. Sonra özüm-özümə suallar verəcəkdim. Mən instinktlə şüur arasında bölünməmişdim. Bədbəxtlik həyatımı bürümüşdü. Bütün hisslər, bütün duyğular ondan süzülüb gəlirdi. O məni dəyişdirirdi. Bəlkə bir vaxt, əvvəlki kimi inanacağam ki, xoşbəxtlik də, bədbəxtlik də insan həyatının bərabər parçalarıdır və onların hər ikisini qarşılamağa hazır olmaq lazımdır. Bu ağıllı fikir idimi?
O bütün gecəni də, səhəri də yatdı. Hərdən, bir anlıq huşa gəlirdi. Mənə baxırdı, bilmirəm məni görürdü ya yox, sonra yenə yuxuya gedirdi.
Sənin ilk baxışın. Bu baxış başqa bir dünyadan gəlirdi, ordan qaçıb, mənim baxışlarıma qovuşmaq istəyirdi. Mən isə xəyanət etməyə başladım, dedim: “Hər şey qaydasındadır”.
Sən gülümsündün, gözlərini yumdun, əlimə toxundun. Həmin andan sonra hər nə fikirləşsəm də, ancaq sənin yanında özümü yaxşı hiss edirdim. Başımızın üzərində bəla dumanı sıxlaşırdı, amma yanımda olmağın, hələlik salamat və xəbərsiz olmağın məni ürəkləndirirdi. Özün də bilmədən mənə kömək edirdin: sənin xoşbəxtliyin naminə hiylə işlətməyə məcbur idim. Bircə dəqiqə də olsa sərbəst olmağa, bu dünyaya göz yummağa imkanım yox idi. Hər dəqiqə özümü cəmləşdirirdim. Deyirlər ki, dərd böyük olanda adam heysiyyatını itirir. Bu o qədər də düzgün fikir deyil, ömrümdə hər şeyə bu qədər diqqətli olmamışdım. Həmin axşam evimizə getdim. Uşaqlar məni qəhqəhələrlə qarşıladılar.
Məsumluğun özü də əzab çəkəcəkdi. Mən bunun da qarşısını ala bilmədim. Dəyirmi masanın arxasında sənin yerin boş idi. Bu da bizim çarpayımız. Görəsən burda öləcəkdinmi? Harda öləcəyinin nə fərqi vardı? Ən dəhşətlisi bu idi ki, sən öləcəkdin. Mən tək qalacaqdım, hələ bu haqda fikirləşməmişdim. Tənhalıq həm görməməkdir, həm də görülməmək. Klinikaya getdim. Məni gözləyirdin. Sən hələ var idin, sabah da söz yox ki, hamıdan əvvəl birbirimizi görəcəyik. Ağlıma dəhşətli bir fikir gəlmişdi: istifadə etmək. Bu sözlər beynimdə ilk dəfə cingildəyirdi. Axırıncı günəşli günlərdən “istifadə etmək”, əmək haqqından “istifadə etmək”. Bu iki söz elə eybəcər, elə həris, elə acgöz sözlər idi ki...

Gözlədim ki, sən yuxuya gedəsən, sonra ilk dəfə hüşumu itirdim, yorğun ayı kimi yuxuya getdim.
Səhər lap tez oyandım. Nəfəsinin səsinə qulaq asdım. Günlərin birində bu səsi eşitməyəcəkdim. Özümü tovlamaq istəmirdim. Özüm-özümə deyirdim: “O öləcək, öləcək, sabah, yaxud on beş gün sonra öləcək, bunu birdəfəlik bilmək lazımdır, çarə yoxdur”.


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 12:17
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:58
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

PércyDarkMoon

  • 20 avqust 2015 10:40
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Gözlədim ki, sən yuxuya gedəsən, sonra ilk dəfə hüşumu itirdim, yorğun ayı kimi yuxuya getdim.
Səhər lap tez oyandım. Nəfəsinin səsinə qulaq asdım. Günlərin birində bu səsi eşitməyəcəkdim. Özümü tovlamaq istəmirdim. Özüm-özümə deyirdim: “O öləcək, öləcək, sabah, yaxud on beş gün sonra öləcək, bunu birdəfəlik bilmək lazımdır, çarə yoxdur”.

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 12 avqust 2015 13:46
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Səssiz

  • 11 avqust 2015 22:01
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
TheşEkkurler

--------------------
Səssiz'liyim

::KuMsAl::

  • 11 avqust 2015 21:32
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Tewhekkurler

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

PércyDarkMoon

  • 11 avqust 2015 21:08
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 11 avqust 2015 20:46
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}