İmam Sadiq (ə) ateistə Allahın varlığını necə sübut etdi?

 
İmam Sadiq (ə) ateistə Allahın varlığını necə sübut etdi?


O Mədinəyə çatan zaman İmamın (ə) yerini soruşur və ona deyirlər ki, İmam (ə) həcc üçün Məkkəyə getmişdir. O, bu sözləri eşidib Məkkəyə yollandı. Hicaza çatıb Kəbənin yanına gedir. İmam Sadiq (ə) təvafla məşğul idi. O, təvaf edənlərin arasına qoşulur və inadı üzündən İmam Sadiqə (ə) tənə vurmağa başlayır. İmam (ə) təvaf etməsinə davam edir və sonra da ona məzəmmətlə nəzər salıb deyir: "Adın nədir?". O, deyir: "Əbdülməlik". İmam (ə) soruşur: "Künyən nədir?". Deyir: "Əbu Abdullah". İmam (ə) buyurur: "O sultan ki, sən onun bəndəsisən, yer hakimlərindəndir, yoxsa göy? (Künyənə görə) oğlun Allahın bəndəsidir. De görüm o, göydəki Allahın bəndəsidir, yoxsa yerdəki?". Əbdülməlikin heç bir cavabı olmur və İmama (ə) baxıb sükut edir.
İmam Sadiqin (ə) şagirdi Hişam ibni Həkəm orada idi və Əbdülməlikin sükutunu pozur və ona deyir: "İmamın (ə) cavabını niyə vermirsən?". İmam (ə) davam edir: "Səbir et, təvafım sona çatsın. Təvafdan sonra mənim yanıma gəl, söhbət edək".
İmamın (ə) təvafı bitəndən sonra Əbdülməlik Həzrətin (ə) yanına gedir və qarşısında əyləşir. İmamın (ə) şagirdləri də orada idilər.
İmam (ə) buyurdu: "Qəbul edirsənmi ki, bu yerin altı, üstü, batini və zahiri vardır?".
Əbdülməlik deyir: "Bəli".
İmam (ə): "Yerin altına getmisən?".
Əbdülməlik: "Yox".

İmam (ə): "Bəs bilirsənmi ki, yerin altında nə xəbər var?",
Əbdülməlik: "Yerin altından heç nə bilmirəm. Ancaq güman edirəm ki, yerin altında heç nə mövcud deyildir".
İmam (ə): "Güman və şəkk, o yerdədir ki, bir şeyə yəqinlik əldə edə bilmirsən. Heç göyə qalxmısanmı?".
Əbdülməlik: "Yox".
İmam (ə): "Bilirsənmi göydə nə xəbərdir və nələr mövcuddur?".
Əbdülməlik: "Yox, bilmirəm".
İmam (ə): "Çox təəccüblüdür, sən ki, nə məğribə getmisən və nə də məşriqə, nə yerin altına getmisən və nə də göyə qalxmısan və nə də səmanın qatlarında gəzmisən ki, biləsən orada nə var, bu qədər cəhalət və nagahlıqla yenə də inkar edirsən? Məgər o aqil şəxs ki, bir şeydən agah olmaz, inkar edərmi?".
Əbdülməlik: "İndiyə qədər heç kəs mənimlə belə söhbət etməmişdir".
İmam (ə): "Çünki sənin bu sahədə şəkkin vardır ki, göyün yuxarısında və ya yerin altında ola bilsin ki, bir şeylər vardır, ya da yoxdur?".
Əbdülməlik: "Bəli, ola bilsin ki, belədir".

İmam (ə): "O kəs ki, agah deyildir, agah olan şəxsə bürhan və dəlil gətirə bilməz. Ey Mənsurun qardaşı! Məni eşit və öyrən. Biz heç bir zaman Allahın varlığına görə şəkk etmirik. Məgər sən Günəşi, Ayı, gecə və gündüzü görmürsənmi ki, üfüqdə aşkar olar, çarəsiz öz təyin olunmuş yolunda gəzib, sonra qayıdar? Onlar öz yolunda hərəkət etməyə məcburdurlar. İndi səndən soruşuram: Əgər günəş və ayın getmək üçün gücləri vardırsa (ixtiyar sahibirdirlərsə), bəs niyə geri qayıdırlar? Əgər öz yollarına hərəkət etməyə məcbur deyildirlərsə, bəs niyə gecə gündüz olmur və əksinə gündüz gecə olmur? Ey Mənsurun qardaşı! Allaha and olsun ki, onlar öz hərəkətlərində məcburdurlar. O Kəs ki, onları məcbur etmişdir, onlardan daha sabit və əmredəndir. Ey Mənsurun qardaşı! De görüm o şeyə ki, siz inam bəsləyir və güman edirsən, ruzigar varlıq aləmini fırladır və insanları aparır. Bəs niyə həmin ruzigar onları geri qaytarmır? Əgər qaytarırsa, niyə aparmır? Ey Mənsurun qardaşı! Niyə göy yuxarıda və yer aşağıdadır? Niyə səma yerə düşmür? Niyə yer göyə birləşmir və yer üzündə olan varlıqlara ona birləşmir?".
Bu zaman Əbdülməlik iman gətirdi və İmamın (ə) hüzurunda Allahın təkliyinə şəhadət verdi. Məclisin ab-havası dəyişdi və İmamın (ə) şagirdlərindən biri olan Həmran, İmama (ə) dedi: "Qurban olum, əgər Allahı inkar edənlər sizin əlinizlə iman gətirib müsəlman olublarsa, kafirlər də atan Peyğəmbərin (s) əlində iman gətirmişdilər".

Əbdülməlik deyir: "Məni şagirdiniz kimi qəbul edin".
İmam (ə) üzünü Hişam ibni Həkəmə çevirir və buyurur: "Əbdülməliki yanına apar və İslam əhkamını ona öyrət".
Hişam ona əqaidi və İslam əhkamını öyrədir. İmam (ə) da onun imanını qəbul edir və bəyənir.


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 12:08
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
ALLAH razi olsun feel

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 11:47
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 22:55
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

sessiz deniz

  • 12 avqust 2015 22:47
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

Ř҉₳₱ʊ₦ʐɛL

  • 12 avqust 2015 13:02
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Səssiz

  • 12 avqust 2015 12:24
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 12 avqust 2015 11:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

PércyDarkMoon

  • 12 avqust 2015 10:21
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}