Təngnəfəslik hansı xəstəliklərin əlaməti ola bilər?

 
Təngnəfəslik hansı xəstəliklərin əlaməti ola bilər?



Böyüklər 1 dəqiqə ərzində orta hesabla 16-18 nəfəsalma hərəkəti edir (1 nəfəsalma hərəkəti = 1 nəfəs alma + 1 nəfəs vermə). İdmançılarda bu daha az, uşaqlarda daha çox olur.
Sağlam insan sakit vəziyyətdə nəfəsalmasına fikir vermir. Fiziki gərginlik (idman, fiziki iş və s.) və həmçinin stress zamanı orqanizmin oksigenə olan təlabatı artır, beyin bu haqda məlumat alır və nəfəsalmanın tempini artırmağa əmr verir. Bu vəziyyətdə insan nəfəsalmasını hiss etməyə başlayır. Buna "fizioloji təngnəfəslik" deyilir. Lakin bu sağlam insanda güclü diskomfort yaratmır və insan sakitləşdikdə və ya fiziki gərginlik azaldıqda nəfəsalma tez bir zamanda normaya düşür. Daim idman və ya bədən tərbiyəsi ilə məşğul olan, aktiv insanlarda idmanla məşğul olmayan, passiv insanlarla müqayisədə eyni fiziki gərginlik zamanı təngnəfəslik daha az olur və nəfəsalma daha tez sabitləşir.
Əgər təngnəfəslik yüngül fiziki gərginlik (adi tempdə yerimə, hər hansı adi ev işləri zamanı) və hətta sakit vəziyyətdə, gecə yuxu zamanı inkişaf edirsə, bu patoloji haldır və buna ciddi fikir vermək lazımdır. Belə patoloji təngnəfəslik bir çox ağır xəstəliklərinin və pozulmalarının simptomu ola bilər.
Patoloji təngnəfəsliyin səbəbləri:
- Anemiya (qanazlığı)
- Nəfəsalma sistemi xəstəlikləri (vərəm, bronxial astma, bronxit, ağ ciyər emfizeması, xroniki obstruktiv ağ ciyər xəstəliyi, ağ ciyər xərçəngi və s.)
- Ürək-damar sistemi xəstəlikləri (ürəyin işemik xəstəliyi, kardiopatiyalar, ürəyin qüsurları, xroniki ürək çatışmazlığı və s.)
- Piylənmə
- Tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması)
- Şəkərli diabet
- Skolioz, döş fəqərələrinin qüsurları, Bexterev xəstəliyi. Bu xəstəliklər zamanı döş qəfəsinin forması dəyişilir ki, bu da nəfəsalmanı çətinləşdirir.
- Nevroz

Əgər adi fiziki aktivlik sizdə təngnəfəsliyə səbəb olursa və ya təngnəfəslik sizdə "səbəbsiz" inkişaf edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Nəticələrdən asılı olaraq terapevt sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq və s.) müayinələrinə göndərə bilər
.


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 11:59
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
Çox sağoLun ◕‿-

Səssiz

  • 4 sentyabr 2015 19:28
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
mElumata gore tesekkur canim

--------------------
Səssiz'liyim

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 16:37
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
çoox maraqlı idi müəllifə təşəkkürlər

ヅ Bad Girl ヅ

  • 12 avqust 2015 23:22
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

sessiz deniz

  • 12 avqust 2015 22:44
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Tesekkurler

Ř҉₳₱ʊ₦ʐɛL

  • 12 avqust 2015 20:50
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

AyKe

  • 12 avqust 2015 13:47
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Ne yaxsi bu xeberi qoyduz..mende cox tez tez olur..

--------------------
Ölünce sevemezsem seni._____________*

PércyDarkMoon

  • 12 avqust 2015 13:44
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 505
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}