Hansı namaz qəbul olunar?

 
Hansı namaz qəbul olunar?


Namaz elə bir ibadətdir ki, çox sayda bərəkəti və fəziləti vardır. İmam Sadiqin (ə) buyurduğu kimi, qəbul olan 2 rükət namaz İlahi əzaba mane olar.

LeGeND.Az deyerler.org-a istinadən bildirir ki, düzgün namaz qılmaq bir şeydir, qəbul olan namaz qılmaq - başqa şeydir. Siz ola bilsin ki, yaxşı dərs oxuyasınız, ancaq mühüm olanı - imtahanda uğurlu nəticə əldə etməkdir. Ola bilsin ki, insan namazını həmişə yerinə yetirsin. Lakin namazının zəif olmasına və nöqsanlarına görə qəbul olunmasın. Ola bilsin ki, şagird yaxşı qiymət alsın, lakin əxlaqı və rəftarı müəllimin xoşuna gəlməsin.
Ona görə də namazda əsl meyar - onun qəbul olmasıdır. İmam Əli (ə) buyurur: "Əməli etməmişdən əvvəl onun qəbul olmasına inayət və diqqət edin".
Namaz elə bir ibadətdir ki, misli-bərabəri yoxdur.
Namaz üçün buyurulan fəzilətlər başqa ibadətlərdə mövcud deyildir. Namaz 2 cürdür: vacib və müstəhəb. Vacib namazlar o namazlardır ki, gün ərzində müəyyən vaxtlarda qılınar. Onu tərk etmək İlahi əzaba səbəb olar. Müstəhəb namaz isə o namazdır ki, onu yerinə yetirmək vacib deyildir, ona görə dəyəri daha yüksəkdir. Müstəhəb namazlar da iki dəstədir: nafilələrdir ki, onların xüsusi qaydası vardır: gündəlik nafilələr, ata və ana üçün qılınan namaz, istiğasə namazı... İkinci dəstə isə o namazlardır ki, onlar üçün xüsusi qayda təyin edilməmişdir. İki rükət müstəhəb namaz kimi.
İmam Sadiq (ə) namazın məqamı haqqında buyurmuşdur: "Əgər Allah insandan iki rükət namazı qəbul edərsə, ona əzab verməz".
Yəni, qəbul olan namaz insanı İlahi əzabdan qoruya bilir. Hədislərdə oxuyuruq ki, müstəhəb və nafilə namazlar hədiyyə olduğu üçün, hər bir halda qəbul olunur.
Əlbəttə, müstəhəb namaz gərək eşq və İlahi rabitəyə görə yerinə yetirilsin, məcburi deyil. İnsan onu özünə yükləməsin. Əvvəl gərək ürəyi ona tərəf cəzb olunsun və istəsin. Sonra onu yerinə yetirsin. Müstəhəb namazlarda elə şərtlər vardır ki, vacib namazlarda yoxdur. Belə ki, müstəhəb namazı həm ayaq üstə qılmaq olar, həm əyləşən halda. Müstəhəb namazlarda ancaq "Həmd" surəsini oxuyub, rükuya getmək olar. Müstəhəb namazda rükətlərin sayına görə şəkk etmək namazı batil etməz. Müstəhəb namazda səhv edən zaman səhv səcdəsinə ehtiyac olmaz. Vacib namazlarda məscidə getmək çox təkid edilir, lakin nafilə namazlarında deyil.
Bu asan və sadəlik ona görədir ki, insanlar namaza tərəf təşviq olunsunlar. Əgər insan müstəhəb namazı vaxtında qıla bilməyibsə, qəzasını qıla bilər. Allah bu zaman mələklərinə buyurar: "Bəndəmə baxın! O şeyi ki, ona vacib etməmişəm, qəzasını qılır".
Bəs hansı namazlar qəbul olandır?

Hədislərə və Quran ayələrinə istinad edərək, deyə bilərik ki, bunun üçün üç şərt lazımdır:
1. İman.
2. Təqva.
3. Namazın zahiri və batini şərtlərinin toplanması: təharət, xalis niyyət, vaxt, məkan, qiraətin düzlüyü, tərtib, qiblə...
O kəs ki, Allaha, Qiyamətə, nübuvvətə, kitab və mələklərə görə düzgün etiqada malik deyildir, namazı qəbul olmaz.
Allah Təala bizləri namazı qəbul olunanlardan qərar versin.


Geri dön

Banned456

  • 8 sentyabr 2015 11:47
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
ALLAH razi olsun ALLAH hər birimizin Namazini doğru qilmamiza yardim etsin...AMİN

Sıla Rəsulova

  • 12 avqust 2015 23:44
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Allah razi olsun bacim

ヅ Bad Girl ヅ

  • 12 avqust 2015 23:15
  • Məqalə: 789
  • Şərh: 20232
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

sessiz deniz

  • 12 avqust 2015 22:40
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsun

Ř҉₳₱ʊ₦ʐɛL

  • 12 avqust 2015 21:18
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ღKiRaZ MeVsİmCiღ

  • 12 avqust 2015 21:00
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razı Olsun can

PércyDarkMoon

  • 12 avqust 2015 20:07
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
buyuruuuun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 31
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}