Öz gülümüz

 
Öz gülümüz
Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Bu bayram əslində qadınlarla yanaşı satıcılar üçün də düşərli olur.
Bayram ərəfəsində bir çox hədiyyələrin qiyməti qalxır.
Qadın üçün ən yaxşı hədiyyə sayılan gül də bu sıraya daxildir.
Lakin bu dəfə biz qiymət artımından deyil, Bakıda satışda olan yerli güllərin azlığından danışacağıq.

ANS PRESS olaraq bir neçə gül mağazasında olduq.
Satılan güllərin əksəriyyəti Avropadan gətirilir. Bu barədə satıcılardan öyrəndik.

“Çiçəklər əsasən Hollandiya və Ekvadordan gətirilir. Bundan başqa, Türkiyə, İran,
Macarıstandan gətirilən güllər də var. Əsasən zanbaq, səhləb çiçəyi, tülpan, çoban yastığı, qızılgül kimi güllər
çoxluq təşkil edir. Bizdə demək olar ki, yerli gül çox azdır. Yalnız Bakının Maştağa və Nardalan
kəndlərindən qərənfil gətirilir”, - deyə satıcı Ceyhun Məmmədov bildirdi.

Digər gül dükanının sahibi Ramin Cəfərov ANS RPESS-ə açıqlamasında bildirdi ki,
yerli güllərin az olmasının səbəbi bu sahəyə marağın olmamasıdır.

“Bilirsiniz, əvvəllər Bakının kəndlərində güllər becərilirdi. Həm şərait vardı, həm də tələbat çox idi.
Hətta Rusiya və digər yerlərə Bakı gülləri aparılırdı. İndi tərsinə olub.
Xaricdən elə güllər gətirilir ki, yerli güllər qalır kənarda. Əvvəl alıcılar qərənfil çox alırdılarsa,
20 Yanvar hadisələrindən sonra bu gül ancaq məzar üstünə qoyulmaq üçün alınır”, - deyə Ramin Cəfərov qeyd etdi.

Elə alıcılar da bu fikirlə razılaşırlar. Gül almaq istəyən Tofiq Ağdamlı bildirdi ki, hər il 8 Mart qabağı
əvvəlcədən tədarükünü görür. İndi də qızılgül almaq istəyir.
Tofiq müəllim də yerli güllərin olmamasından şikayətləndi: “Əvvəllər Bakıda qızılgül becərilərdi.
İndi yerli güllərdən yalız qərənfil satılır. Keçmişdə bayram günləri qərənfil alardıq. İndi bu gül ancaq qəbirüstünə qoyulur”.

Güllərin qiymətinə gəlincə, ən ucuz buket 10 manata başa gəlir. 100 manat və ondan da bahalı
gül dəstəsi, çiçək çələngləri sifariş etmək olar. Gül buketləri çiçəklərin sayından asılıdır.
Bir ədəd qızılgül 5 manatdan başlayır. Elə güllər var ki, bir ədədi 7 manata satılır.
Satıcılar bayram üçün güllərin qiymətinin qalxacağını da istisna etmirlər.

Gül mağazasında olan zaman Maştağada gülçülüklə məşğul olan Əliəsgər Haşımovla tanış olduq.
O, indi bu təsərrüfatın gəlirsiz sahə olduğunu bildirdi.

“Kənddə gül becərmək üçün imkan yoxdur. Yetərincə nə qaz, nə su, nə də elektrik verilir.
Bir də, kommunal xərclərin çox olması bizə gül əkib-becərməyə imkan vermir.
Üzü astarından baha olur”, - deyə Əliəsgər Haşımov şikayətləndi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov ANS PRESS-ə
açıqlamasında yerli gül istehsalının az olmasına səbəb kimi kommunal xərclərin çox olmasını göstərdi.

“Kommunal xərclərin, xüsusilə su və mavi qazın qiymətinin qalxması praktiki olaraq gül sənayesinin
çökməsinə səbəb olub. Bu da Avropadan, əsasən Hollandiyadan gətirilən güllərin bazarda
olmasına münbit şərait yaradıb. Bu həm ucuz, həm də sərfəli olur. Həmişə Azərbaycan gülünün həm
daxili, həm də xarici bazarı olub. Lakin problem yalnız yerli gülün qiymətinin yüksək olmasıdır.
Bu üzdən onlar Avropadan gətirilən güllərlə rəqabət apara bilmir”, - deyə Vüqar Bayramov vurğuladı.

Ekspertin fikrincə, gülçülüyün inkişaf etdirilməsi üçün dövlətin maliyyə resurslarının artırılması lazımdır.
Sahibkarlara müəyyən güzəştlər verilməlidir.
Gül sektorunun inkişafı ilə bağlı kompleks tədbirlərin keçirilməsinə ehtiyac var.

"Dövlətin özü bu sahəyə marağı artırmalıdır. Bu sahənin inkişafına təkan verməlidir", deyə V. Bayramov vurğuladı.

İqtisadi İnkişaf Nazirliyinin ictimai qurumlarla əlaqələr şöbəsinin müdiri Abbas Əliyev ANS PRESS-ə
açıqlamasında bildirdi ki, sahibkarlara daim dövlət dəstəyi var.

“İqtisadi İnkişaf Nazirliyinin müvafiq qrumları sahibkarların əsaslandırılmış investesiya layihələrini,
eləcə də Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıqla məşğul olmaq istəyənləri
maliyyələşdirməyə hazırdır. Bunun üçün fondda kifayət qədər vəsait var.
Fəaliyyətə başlamaq istəyən sahibkar güzəştli kredit təşkilatı vasitəsilə Sahibkarlara Kömək
Milli Fonduna müraciət edə bilər. Bu fond vasitəsilə həmin layihələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir”, - deyə Abbas Əliyev qeyd etdi.

Ancaq Abbas Əliyevin sözlərinə görə, bu vaxtadək heç bir sahibkar nazirliyə gülçülüyün
inkişafı ilə bağlı yardım almaq üçün müraciət etməyib.

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə, eləcə də ABŞ-da fermerlər dövlətdən maddi yardım
almaqla yanaşı, nəyi əkib, nəyi əkməməklə bağlı məsləhət də alırlar.
Belə ki, dövlət bu il hansı məhsullara tələbatın olması və hansı məhsulların bazarda yaxşı
satılacağı ilə bağlı əvvəlcədən proqnozlarını verir.
Bura dövlətin hansı sahələri inkişaf etdirmək istəməsi də daxildir.

Sonda bütün xanımları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edirik.
Arzu edirik ki, nə vaxtsa xanımlarımızı xaricdə istehsal olunmuş güllərdən geri qalmayan yerli güllərimizlə təbrik edəcəyik.


Geri dön

_RONALDO_

  • 29 may 2011 18:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Sonda bütün xanımları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edirik.

--------------------

only-girl

  • 3 aprel 2011 11:58
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
cox sagol,xebere gore

--------------------

Ulya

  • 12 mart 2011 18:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

::..ONSLAUGHT::..

  • 9 mart 2011 00:24
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TEWEKKUR......

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 8 mart 2011 12:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TEWEKKUR......

--------------------

YazYamuru

  • 7 mart 2011 21:30
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: Yusif
Xanimlari tebrik edirem

BİZDƏ SƏNİ wink lol

--------------------



justin bieber

  • 7 mart 2011 18:10
  • Məqalə: 46
  • Şərh: 415
  • Bal:
{awards}
tesekkurrrrrrr

MuslimGirl

  • 7 mart 2011 17:22
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler, maraqli xeber idi

Lexikon

  • 7 mart 2011 17:16
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur edirem xeber ucun...

marlin

  • 7 mart 2011 14:52
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
tesekkur edirem xebere gore

--------------------

_RONALDO_

  • 7 mart 2011 14:31
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekur edirem

--------------------

Yusif

  • 7 mart 2011 12:52
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Xanimlari tebrik edirem

::..ONSLAUGHT::..

  • 7 mart 2011 12:33
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tesekurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}