Ann Filip - Bir göz qırpımı [9]

 
Ann Filip - Bir göz qırpımı [9]

Özümü aldatmamalıyam. Bilməliyəm. Sonra bildiyimi unudub həmişəki işlərimlə məşğul olmalıyam. Gərək dayanmayam, yerimdən qalxam, duş qəbul edəm, dişlərimi yuyam, məktəbə gedən uşaqlarımız haqda fikirləşəm.
Sən yuxudan oyanan kimi hər iş asanlaşdı: indi biz iki nəfər idik. Bir yerdə olmağımızın nə qədər çəkəcəyini düşünmək istəmirdim. Saniyələr mənə saatlar kimi uzun, günlər isə saniyələr kimi qısa görünürdü. Axı, bizim ömrümüzün özü əbədiliyin yanında nədir ki? Bir göz qırpımı ancaq çəkər. Bəşəriyyət tarixini mağaralarda yaşamış əcdadlarımızdan bəri, hər biri bir göz qırpımı qədər çəkən, uc-uca calanmış ömürlər təşkil edir. Sən ölürdün, bir az sonra mən də öləcəyəm. Biz ucsuz-bucaqsız həyat zəncirinin kiçik bir həlqəsi olacağıq.
Cərrahiyyə əməliyyatından dörd gün sonra səhər-səhər otağa bir tibb işçisi gəldi, səndən xahiş etdi ki, bir az gəzəsən. Sən iki dəfə cəhd eləyəndən sonra qalxa bildin. Yumşaq ev ayaqqabılarını ayağına geydirdim. Bədənin üzülürdü, pijamanın içində itmişdin. Bir tərəfdən tibb işçisi tutmuşdu, bir tərəfdən də mən. Görəsən o bir şey bilirdimi? Mənim bildiyimdən xəbərdar idimi? Mən dərdimi heç kəslə bölmək istəmirdim. Biz əvvəlcə bağçaya baxmaq üçün pəncərənin qarşısına getdik.
Sən dedin: “Bizim kəndə qayıdacağımız gün gözəl olacaq”. İstəyirdim qayıdıb yerində uzanasan, çünki nə edəcəyini duymuşdum, amma sən istədiyini etdin. Bəzək otağına tərəf getdin, güzgüdə özünə baxdın. Kaş gözlərin səni aldadaydı, bunun üçün nə desən qurban verərdim! Özün-özünə diqqətlə baxırdın, başını bir az irəli uzatmışdın, həmişəki kimi əlini saçına çəkirdin. Mən irəli keçdim:

— İndi görkəmin o qədər də yaxşı deyil.
— Yaxşı deyil.
— Çünki ayaq üstəsən. İndi çarpayıya uzananda güzgümü verərəm baxarsan, yerində uzananda rəngin qırmızı olur. Doğrudan da, belə idi. Yerinə uzananda qan sifətinə qalxırdı, sən yaxşı görünürdün, təkcə saralmış gözlərin məni narahat edirdi. Qayıdıb çarpayında uzandın.

Mən indi sənə, on beş il əvvəl bir-birimizi sevməyə və öyrənməyə başladığımız günlərdəki kimi baxırdım. Baxışlarım təmiz idi. Ən sadə, ən məlum, eyni zamanda ən intim və ən gözəl hərəkətlərimiz ilk günlərdəki ləzzəti ilə gözlərim qarşısında canlanırdı. Bilirdim ki, bunlar keçmişdə qalıb.
Bilirdim ki, daha heç vaxt uşaqları çiynində gəzdirməyəcəksən. Amma hələlik kitabın vərəqlərini çevirməyinə, əlimi əlinə ağmağına, məktub yazmağına tamaşa edə bilirdim. Hərəkətlərinin çoxunda xəstəliyin təsiri vardı; asta addımlarla yeriyirdin, belin bir az əyilmişdi, üzünü qırxarkən iki-üç dəfə dayanırdın, çarpayıya əyləşərkən ehtiyatla əlini dayaq verirdin.
Ah! Əzizim, özündən xəbərsiz belə dəyişməyin yaxınlaşmaqda olan ölümün sorağı idimi? Yox, ancaq mənə belə gəlirdi, çünki sənə başqa gözlə baxırdım. Axşamüstü sən yuxuda olanda baxırdım: çöhrən sakit idi, boynundakı damarda qanın necə axdığını görürdüm. Çöhrən sonra da belə olacaqmı? Bu gün sağ idin. Bir günü qazanmışdıq. Bəs ölüm nə cür gələcək? Onu nə cür tanıyacağıq? Mən onu izləyirdim, amma tanımadan necə izləmək olar? Bəlkə tanıdım? Sən mənim sfinksim idin, amma mənə verdiyin sualdan özün də xəbərsizdin. Ehtiyatla səni sorğu-suala tuturdum. Sənin çox yeməyinə məəttəl qalırdım: başa düşmürdüm bu fədakarlıq idimi, yəni tez sağalmaq, özündə hiss etdiyin zəiflikdən yaxa qurtarmaq üçündü, yoxsa ölüm ayağında olsan da cavanlığın səni ac qurda döndərmişdi?
Bilmirdim klinikadan sağ çıxacaqsan ya yox. Tez-tez məni dəhşətə gətirən ağ divarlara baxırdım və fikirləşirdim ki, görəsən sənin ölümün bizi buradamı yaxalayacaq. Yox, vəziyyətin yaxşı idi, günlərin birində bizə dedilər ki, evə qayıda bilərik.
Mən şeylərimizi yığışdırdım. Hava yaxşı idi, bir az pəncərənin qarşısında dayandıq. Mən göz yaşı tökən arvadlardan deyiləm. Otaq bizim gəldiyimiz gündəki kimi boş görünürdü. Təkcə, tilli bir stəkanda, quruyub ölməkdə olan bir qızılgül qalmışdı. Sonra xəstə gəlib yerini tuta bilərdi. Deməli, bəxtimizin otağı bura imiş. Mən istəyirdim yatasan, amma sənin başında yeni planlar qaynaşırdı, istəyirdin dağda yaşayacağımız evin necə olacağından danışım. Ev meşənin kənarında üzü gündoğana olacaq. Sən xizəklə sürüşməyəcəksən, amma xizəkli araba tutacağıq, ay iti verən qalın xəz paltolar geyəcək. Qarla yüklənmiş ağacların altında gəzinəcəyik, yaşıl dələlər tutub əhliləşdirəcəyik. Taxta balkonda nahar edəcəyik, axşamlar səmadakı və kənddəki işıqların yanmasına baxacağıq. Gündə altı dəfə yeyəcəksən, günəş vannası da qəbul edəcəksən. Sən qayıdıb çarpayıda oturdun. Sonra paltarını geyməyə kömək etdim. Gəldiyimiz gün geydiyin kostyumu seçdin. Şalvarın omba sümüyünə ilişib qalmışdı, köynəyinin boynu üç barmaq boş qalmışdı.


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 15:50
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:57
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 22:44
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Səssiz

  • 13 avqust 2015 23:01
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 13 avqust 2015 18:52
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

::KuMsAl::

  • 13 avqust 2015 13:18
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Məqalə üçün minnətaram

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

PessimistKa BanditKa

  • 13 avqust 2015 13:06
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
təşəkkkür...

PércyDarkMoon

  • 13 avqust 2015 11:51
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}