Ann Filip - Bir göz qırpımı [10]

 
Ann Filip - Bir göz qırpımı [10]



Sənin koridorla getməyinə tamaşa edirdim. Qapıdan çıxandan sonra bir anlıq səkidə dayandım. Dərindən nəfəs alırdın, günəşin sərt şüalarından gözlərini qıymışdın. Yadıma döyüş meydanına çıxmış öküz düşdü. Maşında dörd nəfər idik. Sən irəlidə əyləşdin, mən arxada. Sifətinin profilini görə bilmridim. Paris həm gözəl idi, həm qəddar, həm də mülayim. İstəyirdim sənin yorğun sevincini duyum, sənin gözlərinlə görüm, amma təkcə tük basmış, çöpə dönmüş boynunu görürdüm. İyirmi yaşın olanda da boynunu görürdüm. İyirmi yaşın olanda da boynun belə nazik idi. Elə ki, özün özündən narazı olurdun, qabağa düşüb tək gedirdin, cığırın qırağından götürdüyün çubuqla uzun otları vurub qırırdın. Bir az sonra mənə tərəf qayıdırdın, məni qucaqlayırdın, hər ikimiz qəhqəhə ilə gülürdük. Amma gərək vaxtında güləydim, bircə dəqiqə əvvəl gülsəydim sən yenidən qaşqabağını sallayacaqdın. Bütün bunlar uzaqda qaldı. Onda biz yolun o biri başında idik.
Sən qolunu söykənəcəyin üstünə uzatmışdın, əlini tərpədirdin ki, onu sığallayım. Elə arıq, elə zəif idin ki. Paris, Paris! Bu adamlar hara gedirlər? Hara belə tələsirlər? Mən yaşıl və qırmızı işıqlar havasına oynayan piyadaların və maşınların can üzən rəqsinə tamaşa edirdim, hər addım ölçülür, bir saniyə də vaxt itirilmir. Hər şey lazımi qaydasındadır, qaydalara riayət etmək kifayətdir. Piyada gedən o adam bəlkə bu axşam öləcək, bəlkə də xəstəliyə tutulub, heç özünün xəbəri yoxdur. Nə dəxli var! Ölüm həmişə qapının ağzındadır. Əsas məsələ onu duymamaqdır. Xəbərsiz olmaqdır. Senanın axmasına, günəş şüalarının körpülər üzərində oynamasına tamaşa edəsən, dayanıb orda qalasan, ətrafa baxasan, nə xoşbəxtlik, nə bədbəxtlik, nə keçmiş, nə də gələcək haqda fikirləşəsən. Dəqiqələri yaşayasan.
Bu bizim axırıncı gəzintimiz, sənin sevdiyin yerlərə son səfərin idi. Daha heç vaxt Parisi birgə gəzməyəcəkdik, daha heç vaxt həmin gün keçdiyimiz yolla gəlib Bak adlı dörd yol ayrıcını, SenMişel meydanını keçəndən sonra evimizə çatdığımızı fikirləşməyəcəkdik. Günəşli səhərlərdə bu yolu qol-boyun keçdiyimiz yadıma düşdü. Bonapart küçəsilə gəlib Sena sahilinə çıxardıq, hər dəfə eyni həvəslə, eyin vüqarla sahilin gözəlliyinə tamaşa edərdik. Səmanın rənginə hansı rəng demək olardı: nə ağ idi, nə mavi, nə boz, nə də qızılı, amma hər rəngdən vardı. Hələ şüaların astaca titrəməsi, mülayim parıltılar bu daş döşəməli mənzərəyə, körpülərin tağlarına, çayın döngələrinə layiqli, insan şüuru və ağlı qarışmış bir incəlik verir.
Biz sahillə Trokaderoya qədər gedirdik, hərdən, tələsməyəndə dayanıb bu gözəlliyə elə-belə, yolüstü tamaşa edirdik. Parisdə həyat elədir ki, küçəyə çıxarkən əlin cibinə qoyub veyllənmək üçün yox, bir yerə getmək üçün çıxırsan. Hər il özümüzə söz verirdik ki, vaxta qənaət edək, amma iş elə gətirdi ki, həyat bizi axınına alıb aparırdı, şəraitin qurbanı olurduq, xırda gəzintilərdən çox uzaq səfərlərdə olurduq. Parisin qeyri-adi mühiti bizi bir neçə günlük bir-birimizdən ayırırdı. Görüşə bilmirdik, danışa bilmirdik. Evdən çıxırdıq, qayıdırdıq, zəngləşirdik, yatırdıq. Bir müddət əlaqələrimiz kəsilmişdi, bir-birimizə həsrət qalmışdıq, amma bilirdik ki, gələn bazar günü görüşəcəyik, bu sonsuz həftənin bizə nələr verdiyini bir-birimizə söyləyəcəyik, düşüncələrimizi, eşitdiklərimizi danışacağıq. Həm də, istəməsək də bir-birimizi uzaqdan müşahidə edirdik, axı biz adəti həyatımıza yamanca alışmışdıq. Həmin gün ilk dəfə geydiyim təzə yun köynəyim diqqətini cəlb eləmədi, tərifləsəydin məmnun olardım, axı sənin yapon qalstukunun boz köynəklə yox, ağ köynəklə daha yaxşı yaraşdığını deyəndə sən məmnun olmuşdun. Yeddi gün ərzində çəkdiyimiz həsrətin əvəzini çıxardıq, Jülyet Qrekonun “Bazar günlərindən zəhləm gedir” mahnısına gülürdük. Biz həsrətli günlərdən sonra görüşmüşdük. Bir-birimizdən qida alırdıq. Daha görüşümüz olmayacaq. Yeganə görüşümüz sənin ölümlə görüşündür, onu sənin sifətində izləyirdim. Elə ki, sifətin bir az dartındı yaxud tərpəndi, özüm-özümə deyirdim; bu da ölüm; vəziyyətin yaxşı olanda da, özünü xoşbəxt sananda da şübhələnirdim, eşitmişdim ki, ölümqabağı xəstənin əhvalı yaxşılaşır. İndi ki əlimdən heç nə gəlmirdi, gərək fikirləşməyəydim də. Son nəfəsinə qədər səninlə olmağım mənə bəs idi. İndi biz birlikdə idik, maşında, əl-ələ tutmuşduq.Bəlkə də bir aydan sonra indi mənə cəhənnəm əzabı kimi görünən bu anları yaşamaq üçün hər şeydən keçməyə hazır olacağam.
İstədin pilləkəni tək qalxasan. Mən arxanca qalxdım. Şübhə yox ki, evimizə axırıncı dəfə qalxırdın. Əvvəllər bu pillələri səs çıxarmadan bəbir kimi dörd-dörd qalxardın, axşamlar qapının taqqıltısından bilirdim ki. Gələn sənsən, sonra sükut çökürdü. Bircə dəqiqə sonra otağımızın qapısında açarın səsini eşidirdim. Həmin gün arxanca qalxırdım ki, yıxılsan tuta bilim. Pilləkəni qalxmağa sərf elədiyin qurtarmaq bilməyən vaxtda allaha yalvarırdım ki, qonşulardan heç biri çıxıb səni görməsin. İstəyirdim, arıqlamış, bozarmış, tər basmış sifətini heç kəs görməsin. Sürahidən əlini çəkmirdin, səndələyirdin. Burun pərdəklərin sıxılır, üzünün əzələləri dartınırdı. Elə bil Babil qülləsinə qalxırdıq. Ömrümdə pilləkən mənə bu qədər uzun görünməmişdi, elə bil dünyanın axırına qalxırdıq, bu pilləkən qurtarandan sonra başqa bir dünyanın axırına qalxacağıq, hey qalxacağıq, sonra mən tək qalacağam.


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 15:47
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:56
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 22:41
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Səssiz

  • 13 avqust 2015 23:03
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagolun

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 13 avqust 2015 18:48
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 13 avqust 2015 17:55
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler ))

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 13 avqust 2015 14:45
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}