Ann Filip - Bir göz qırpımı [11]

 
Ann Filip - Bir göz qırpımı [11]


Evə çatan kimi kürsüdə əyləşdin. Başını aşağı salıb gözünü dizlərinin üstünə qoyduğun əllərinə zilləmişdin. Barmağındakı nişan üzüyünə baxırdın. Üzük barmağında durmurdu, sürüşürdü, şalvarına sürtüb geri çəkirdin.
Otağımız çiçəklə dolu idi, mənə elə gəlirdi ki, çiçəklər zəhərləniblər. Bilirdim, tezliklə onlar bu otağa böyük dəstələr, şəkillər şəklində gələcəklər. Sən bir gəncin çiçəyə qərq olmuş meyitinə dönəcəksən.
Deməli evimizə qayıtmışdın, mən bura hər axşam gəlirdim, özümü itirirdim, özümü ələ alırdım, sənin xoşuna gələn donlarımdan yaxud kostyumlardan birini geyirdim.
Axşam düşürdü. Pərdələri çəkdim. Gəlib yanında uzanıb özümü yuxuluğa vurdum, sən kitab oxuyurdun. Mən qəddar bir varlığın lap yaxınlığında idim. Görəsən bu xərcəng necə şeydir? Bərk bir kütlə. Gördüyüm elmi-kütləvi filmləri yadıma salıb arayırdım.
Mən bu güclü hüceyrələrin həyatını, onların qarşısıalınmaz təsirini görürdüm.
Onlar qalib gəlirdilər. Bu faciə lap elə bil gözümün qarşısında, sənin sığallı, günahsız dərinin altında baş verirdi. Axşamın sükutunda mənə elə gəlirdi ki, onların qarışqa kimi yorulmadan çalışdıqlarını hiss edirəm. Korladıqları orqanizm gözəl, həm də cavan olduğu üçün işləri daha rahat, daha tez gedirdi. Ölüm səni səssiz-səmirsiz çəkib aparırdı, nə sənin xəbərin vardı, nə də mənim əlimdən bir şey gəlirdi.
Uşaqlarımızın ilk hərəkətlərini necə izlədiyimizi xatırlayıram. Mən bu günkü kimi onda da həyatla yaşayırdım, sən isə indi ölümlə yaşayırsan.
Qış səhərinin ala-qaranlığında səninlə körpələrimizin arasında mürgülədiyim yadıma düşür. Bu həm bədənimin, həm də şüurumun xoşbəxt anı idi! Mən zahirən sakit görünən adi bir qabıq idim, daxilində isə həyat qaynayırdı. Mən mavi bir boşluqda üzürdüm. Bədbəxtlik və ölüm uzaq, unudulmuş məfhumlar idi, bir gün gələcəkdi, amma onlardan qorxan olmayacaqdı, həm də nə cür olur-olsun, həmin xoşbəxt günün gözəlliyini gizlədib yoxa çıxara bilməyəcəkdi.
Bir az əvvəl dünyaya yeni bir insan gəlmişdi. Mən gözlərimi aralayıb tez-tez ona baxırdım ki, yuxu görmədiyimə əmin olum. İndidən məni məftun eləməyə başlamış bu kiçik məxluqu inkar etmək olmaz. Bizim əlimizdən gələn o olar ki, bu insancığazın inkişafına kömək edək, yaxud istiqamət verək, çalışaq həyatda özünə yer axtarmağı öyrənsin. Bəs həyatdakı dönüşlərə adət etmək, müqavimət göstərməyi bacarmaq vacib deyilmi? Axı elə adamlar var ki, çətinliklərdə bərkiyib mətinləşir, başqaları isə mübarizəyə başlamamış məğlub olurlar. İndi mən bilirəm ki, həsrətlə baxan, arxayınçılıqla dolu, yalanın nə olduğunu anlamayan uşaq gözləri qarşısında acizəm.
Uşaqlıq illərinə qayıtdıqca körpə çağlarımın xoşbəxtliyinin külünü tapıram, onu yaşamalı və onun üçün müəyyən mənada cavabdeh olduğumu anlayıram. Qüssə içərisində keçmiş uzun günləri xatırlayıram; uşaqdım, qüssədən yaxa qurtarmaq istəyirdim, şən keçirdiyim anları isə haqlı və gözəl sanırdım. Sonralar başa düşdüm, başa düşdüm ki, xoşbəxtlik yalnız can rahatlığı və dinclikdə deyil.
Bu gün də həmin fikri sınamaq istəyirəm. Məncə bu özümə, həm də sənə etibarlı olmağımdı, indi möcüzə gözləyirəm: bir gün yuxudan oyananda görəydim ki, xoşbəxtəm, ağrı-acı hiss etmirəm. Bilirəm ki, bədbəxtəm, yara almışam, bu yara bədənimin bir üzvünə çevrilib, bilirəm, amma istəyirəm həmin yara daha mənə əzab verməsin.
İndi öz ömrümü yaşaya bilmirəm. Çox vaxt keçmişdə oluram, bu günə hərdən, təsadüfən qayıdıram. Bu ölümdən danışarkən fikirləşirdik ki, birgə ölmək daha yaxşıdır, hansımız gec ölsə daha çox əzab çəkəcək, indi bilmirəm nə deyim, cavabım hər dəfə əhvalımdan asılı olaraq dəyişir. Elə ki, baharın nəfəsi sinəmə dolur, uşaqlarımıza baxıram, həytan gözəlliyini duyuram, bir anlıq səni düşünmədən (bu çox az çəkir) həyatdan zövq alıram; sonra fikirləşirəm ki, sənin əzabın daha böyükdür. Amma elə ki, qüssə məni yaxalayır, əzir, kiçildir, özüm-özümə deyirəm ki, biz haqlıyıqmışıq, ölmək daha asandır. Tez-tez özümlə razılaşmıram. Gah səni xatırlamaq istəyirəm, gah da bezikirəm. Elə ki, qüssə başımdan aşır, dərdin sonu görünmür, istəyirəm bir az sakitləşəm. Hər dəfə sən məni rahat buraxanda, ayrılıqdan, son günlərimizin, son baxışlarımızın xatirələrinin pozulacağından, özümdən xəbərsiz məndə baş qaldıran həyat eşqindən qorxuram. Fikirlərim qarışıq düşür, heç səndələyirəm, müvazinətimi saxlaya bilmirəm. Hələ uzun müddət belə olacaq. Razıyam. Amma hərdən elə bərk yoruluram ki, bütün fikirləri başımdan qovmaq, azad olmaq istəyirəm. Belə anlarda torpağa rəğbətim artır, onun içində yatmaq istəyirəm, istər ölü olum, istər diri, çürümək fikri də məni narahat etmir; qorxusuz-qadasız, acısız-ağrısız əriyəcəyimi təsəvvürümə gətirirəm.


Ann Filip - Bir göz qırpımı [11]


Geri dön

Banned456

  • 8 sentyabr 2015 15:43
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
TəşəkküR ediRəm ◕‿◕

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:55
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

Sıla Rəsulova

  • 13 avqust 2015 23:06
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Cox tesekkur..

ヅ Bad Girl ヅ

  • 13 avqust 2015 18:44
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 13 avqust 2015 17:43
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
təşəkkürlər)

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

::KuMsAl::

  • 13 avqust 2015 16:57
  • Məqalə: 1
  • Şərh: 706
  • Bal:
{awards}
Teshekkurlerr

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

PércyDarkMoon

  • 13 avqust 2015 14:03
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
Tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 44
Cəmi: 76

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 22
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}