Namazın ruknları, vacibləri və sünnətləri

 
Namazın ruknları, vacibləri və sünnətləri


Sual: Namazın sünnətləri hansılardır?

Cavab: Həmd Allaha məxsusdur.

Namazın sünnətləri çoxdur. Bunlardan məsələn söz və əməli sünnətləri qeyd etmək olar. Sünnət dedikdə namazın ruknları və vacibləri xaricində olanlar nəzərdə tutulur.

Bəzi fəqihlər namazın sözlü sünnətlərinin on yeddi (17) ədəd olduğunu və əməli sünnətlərin isə on beş (15) ədəd olduğunu bildirmişlər. Sünnətlərdən hər hansı birini tərk etdikdə, bilərəkdən olsa belə namaz batil olmur. Namazın rukn və vacibləri isə fərqlidir.

Rukn ilə vacib arasındakı fərq budur ki, namazın ruknları istər bilərəkdən, istərsə də unutqanlıq səbəbindən olsun qüvvədən düşmür və mütləq yerinə yetirilməlidir.

Vacibə gəldikdə isə namazın vaciblərindən birini unutqanlıqdan tərk etdikdə səhv səcdə etməklə əvəzi təmin olunur.


Burada fürsətdən istifadə edib namazın ruknları, vaciblərini və ardınca isə sünnətlərini qeyd etməyin faydalı olduğunu hesab edirik. Bunun üçün Hənbəli fəqihləri arasında məşhur olan müxtəsər kitab “Dəlil ət-Talib”in mətnindən istifadə etmişik.

Əvvəla: Namazın ruknlarına on dörd (14) ədəd rukn daxildir. Bunlara aiddir:

Fərzlərdə gücü çatanın qiyam vəziyyətində (ayaq üstdə) duruşu;
İhram (namaza giriş) təkbiri-yəni Allahu Əkbər söyləmək;
Fatihə surəsini oxumaq;
Rüku etmək-ən azı əllərin dizlərə toxunacağı qədər əyilmək; və ən kamil olanı belini dümdüz uzatmaq və başı belə (kürəyə) paralel tutmaq;
Rükudan qalxmaq;

Rükudan qalxdıqda belini düzəldib düz durmaq;
Səcdə-ən kamil şəkli budur ki, alnı, burnu, əlləri, dizləri və ayaq barmaqlarını möhkəm yerə dirəmək və ən minimum şəkli isə budur ki, bunlardan hər birini yerə qoymaq;
Səcdədən qalxmaq;
İki səcdə arasında oturmaq. İstədiyiniz şəkildə oturuş tərzi yaxşıdır, lakin Sünnətə görə müftəriş oturmaq lazımdır. Bu o deməkdir ki, sol ayağınız üstündə oturursunuz və sağ ayağınızı dik tutursunuz və ayaq barmaqlarınız bu zaman qibləyə tərəf olur.
10. Bu əməli ruknları edərkən hər birində rahat vəziyyətdə (mutməin) olmaq;

11. Son təşəhhüd;

12. Son təşəhhüdü və iki salamı oxumaq üçün oturuş;


13. İki salam. Yəni iki dəfə “əs-salamu aleykum va rahmətullah” söyləmək. Nafilə namazlarda bir dəfə salam vermək kifayətdir; eynisi cənazə namazına da aiddir.

14. Bu ruknları göstərilən tərtiblə etmək. Əgər bir adam rükudan öncə məsələn, bilərəkdən səcdə edirsə namazı batil olur; əgər bunu səhvən edirsə geri qayıdıb rüku etməli və sonra səcdə etməlidir.



İkinci: Namazın vaciblərinə səkkiz ədəd vacib aiddir:


İhram təkbiri xaricində olan digər təkbirlər;
İmam və məmumun[1] səmi Allahu limən həmidəh söyləməsi;
Rabbənə va ləkəl həmd söyləmək;
Rükuda bir dəfə Sübhanə Rabbiyəl azim söyləmək;
Səcdədə bir dəfə Sübhanə Rabbiyəl alə söyləmək;
İki səcdə arasında Rabbiğfirli söyləmək;
Birinci təşəhhüd;
Birinci təşəhhüddə oturmaq;



Üçüncü: Namazın sözlü sünnətləri. Bunlara on bir ədəd sünnət daxildir. Bunlara aiddir:

İhram təkbirindən sonra “Sübhənəkə Allahummə va bihəmdikə va təbərəkə ismukə va təələ cəddukə və lə iləhə ğeyrukə” söyləmək. Buna “açılış duası” deyilir.
Təəvvuz (Əuzu billəhi min əş-şeytanir racim) söyləmək;
Bəsmələ-Bismilləhi Rahmənir Rahim söyləmək;
Əmin-söyləmək;
Fatihədən sonra surə oxumaq;
İmamın səslə oxuması;
İmamın “miləəs səməvəti və miləəlardı va miləə mə şitə min şeyin bə`d”. Səhih rəyə görə məmumun da bunu söyləməsi sünnətdir.
Rükuda bir dəfə söylənilən təsbihi artırmaq, yəni iki dəfə, üç dəfə və daha çox söyəmək;
Səcdədə bir dəfə söylənilən təsbihi artırmaq;
10. İki səcdə arasında söylənilən “Rabbiğfirli” kəlməsini artırmaq;

11. Axırıncı təşəhhüddə Peyğəmbərin əhli beytinə salat və salavat demək və bundan sonra dua söyləmək;



Dördüncü: Əməli sünnətlər. Bunlara duruş deyilir.



İhram təkbirində əlləri qaldırmaq;
Rüku edərkən əlləri qaldırmaq;
Rükudan qalxdıqda əlləri qaldırmaq;
Qiyamda əlləri buraxmaq;
Sağ əli sol əlin üzərinə qoymaq;

Səcdə yerinə baxmaq;
Ayaqlar aralı vəziyyətdə durmaq;
Rüku edərkən barmaqlar aralı vəziyyətdə əlləri dizlərə qoymaq, beli düz tutmaq və başı buna paralel şəkilə gətirmək;
Səcdə üzvlərini yerə möhkəm söykəmək; burada dizlər istisnadır, çünki dizləri yerə möhkəm söykəmək məkruhdur.
10. Dirsəkləri yanlardan aralı saxlamaq və qarını ombadan aralı tutmaq, budları ombadan aralı tutmaq; dizləri aralı tutmaq; ayaqları dik tutmaq; ayaq barmaqlarını yerdə aralı tutmaq; əlləri çiyinlərlə eyni səviyiyədə barmaqlar aralı vəziyyətdə tutmaq.

11. İki səcdə arasında və birinci təşəhhüddə müftəriş vəziyyətdə oturmaq və axırıncı təşəhhüddə mutəvərriq[2] vəziyyətində oturmaq;

12. İki səcdə arasında və təşəhhüddə əlləri ombaya qoymaq və bu zamanı barmaqları birləşdirmək; Burada istisna budur ki, təşəhhüddə çeçələ barmaqla adsız barmaqlar içəriyə doğru tutulur və orta barmaqla baş barmaq dairə vəziyyətini alır və Allahı zikr edərkən şəhadət barmağı ilə işarə edilir.

13. Salamı deyərkən sağa və sola dönmək.



Bu məsələlərin bəziləri ilə bağlı alimlər arasında fikir ayrılığı var; bəziləri müəyyən bir məsələni vacib hesab etdiyi halda digərləri bunu sünnət hesab edirlər. Bu barədə fiqh kitablarında ətraflı müzakirə edilir.



Namazın ruknları, vacibləri və sünnətləri


Geri dön

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 11:46
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
ALLAH Razı Olsun

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 22:43
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Səssiz

  • 13 avqust 2015 23:01
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 13 avqust 2015 18:51
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

PércyDarkMoon

  • 13 avqust 2015 11:50
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

miracle_16

  • 13 avqust 2015 09:28
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}