İslamda məhbuslar və onların sağlamlığının qayğısına qalmaq

 
İslamda məhbuslar və onların sağlamlığının qayğısına qalmaq


Sual: Həbsxanalarda məhbusların sağlamlığının keyfiyyəti ilə bağlı bir layihədə işləyirəm... Məhbusların digər insanlar kimi sağlamlıq hüquqları varmı? Bu halda İslam dininin ədalət və bərabərliyə baxışı nədir?

Cavab:

Həmd Allaha məxsusdur.


İslam dinində məhbuslar və onların saxlanma şəraitinə böyük diqqət yetirilir; hər hansı bir məkan yaxud zamanda buna bənzər bir şeyə rast gəlmək nadir haldır. Fəqihlər[1] öz kitablarında məhbuslarla bağlı hökmlər, onların saxlanma şəraiti və onlarla davranış qaydalarını müzakirə etmişlər. Bu qayğı İslam dinində insanın qorunması və ona olan hörmətdən irəli gəlir.

Məsələnin başa düşülməsini daha da asanlaşdırmaq və hökmləri daha anlaşıqlı etmək üçün alimlər müzakirə predmetini iki hissəyə bölüblər: 1.Məhbusların şəxsi sağlamlığına aid hökmlər. 2.Həbsxana kimi istifadəyə verilmiş yerdə sağlamlıq şəraitinə dair hökmlər.


Bir: Məbhusların şəxsi sağlamlığına aid hökmlə
r

Xəstə insanı həbs etmək.


Fəqihlər ilk növbədə xəstə olan bir insanı həbs etmək məsələsini müzakirə etmişlər. Səlahiyyət orqanlarının xəstə insanı həbs etmək hüququ varmı? Cavab budur ki, bu ictihad məsələsidir və yekun qərar həmin şəxsin həbs olunmalı olduğunun səbəbini, onun xəstəliyinin nə dərəcədə ciddi olduğunu və həbsxanada onun sağlamlığının qayğısına qalmağın mümkünlüyünü götür-qoy edən hakim tərəfindən verilir. Əgər həbsxanada həmin xəstə üçün sağlamlıq şəraiti yetərli isə və həbs olunacağı təqdirdə ölümünə səbəb ola biləcək ciddi bir xəstəlikdən əziyyət çəkmirsə onu həbs etmək olar. Əgər bu cür qayğı təmin olunmayıbsa hakim onu tamamilə azadlığa buraxmadan onu təkrar həbs etmək mümkün olana kimi onu müalicə edəcək və qoruyacaq birinə həvalə edə bilər.

Əgər məhbus həbsdə ikən xəstələnərsə və orada onu müalicə etmək imkanı varsa bu halda məhbus həbsxananın daxilində müalicə olunmalıdır. Həkimlər və xidmətçilərin ona maneəsiz baş çəkməyinə, onu müalicə etməyinə və qulluq göstərməyinə imkan yaradılmalıdır. Əgər müalicəsiz buraxılması onun ölümü ilə nəticələnərsə buna səbəb olan şəxslər cinayət məsuliyyəti daşıyırlar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) zəncirlənmiş bir məhbusun yanından keçirdi və bu vaxt məbhus: “Ey Muhəmməd, ey Muhəmməd”-deyə səsləndi. Peyğəmbər onun yanına gəldi və dedi: “Nə olub?” O dedi: “Mən acam-məni yedizdirin. Mən susuzam-mənə su verin”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) onun ehtiyaclarının ödənilməsinə dair göstəriş verdi.[2] Şübhəsiz ki, xəstənin tibbi müayinəyə ehtiyacı var.

Bununla belə onu həbsxana daxilində müalicə etmək mümkün deyilsə, bu halda onu həbsxana müdiriyyətinin nəzarəti yaxud ona nəzarət və mühafizə etmək üçün bu məqsədlə vəzifələndirilmiş bir şəxsin rəhbərliyi altında müalicəsi mümkün olan bir yerə aparılmalıdır.

Hökmlərə gəldikdə fəqihlər fiziki xəstəliklə ruhi xəstəlik[3] arasında fərq qoymurlar.

Elə buna görə də, fəqihlər məhbusun qaçmayacağından əmin olunduğu təqdirdə, qapının onun üzünə bağlanmasının yaxud onu qaranlıq otağa qoymağın və ya bu və ya digər formada ona zərər verməyin yaxud da onu qorxudacaq hər hansı bir şey etməyin icazəli olmadığını bildirmişlər. Qohumlarının onu ziyarət etməsinə mane olunmamalıdır. Çünki bu onun sağlamlığına və psixologiyasına təsir edir.

Səlahiyyət orqanları yaxud onların nümayəndəsi məhbusların sağlamlığının qayğısına qalmaq üçün həbsxanada xüsusi tibbi şöbə aça bilərlər. Bu cür etməklə məhbuslar ictimai xəstəxanalara getmək ehtiyacından və orada mümkün təhqir və rəzalətə məruz qalmaqdan qurtulmuş olurlar.

Məhbusların həyat yoldaşları ilə görüşmələrinə və həbsxanada bunun üçün müvafiq yer varsa onların və həyat yoldaşlarının (zinadan) qorunması məqsədilə yaxınlıq etmələrinə imkan yaradılmalıdır.


Fəqihlər bildirirlər ki, məhbusların dəstəmaz almalarına və paklanmalarına imkan yaratmaq vacibdir. Bu isə sözsüz ki, xəstəliklərə qarşı ən mühüm qoruyucu ehtiyat tədbiridir.

İki: Həbsxana kimi istifadəyə verilmiş yerdə sağlamlıq şəraitinə dair hökmlər

Həbsxana kimi istifadə olunan məkan geniş, təmiz, yaxşı havalandırılmış, təbii günəş işığı ilə işıqlandırılmış və duşxana və s. kimi lazımi bütün şəraitlə təmin olunmalıdır.

Xeyli sayda məhbusu dəstəmaz almaq və namaz qılmağa imkan olmayan bir yerə yığmaq icazəli deyil.

Üç: Məhbusları islah edərkən yaxud onlarla davranarkən fəqihlərin haram olduğunu bildirdiyi bəzi məsələlər var. Bunlara aiddir:

Bədəni şikəst etmək: Bədənin hər hansı bir hissəsini kəsməklə yaxud sümüklərini sındıraraq məhbusu cəzalandırmaq yolverilməzdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) müharibə əsirlərini şikəst etməyi qadağan edərək belə demişdir: “Şikəst etməyin”.[4]


Sifətə vurmaq:

Çünki bu cür etməklə insanın ləyaqəti alçaldılmış olur. Eynilə məbhusların boynuna zəncir taxmaq yaxud şallaqlamaq üçün onları yerə uzatmaq, hətta onlar üçün müəyyən olunmuş hədd[5] olsa belə, icazəli deyil. Çünki burada da ləyaqəti alçaltmaq elementi var və insanların səhhəti və bədəninə zərər dəyir.

Yandırmaqla, boğmaqla yaxud məhbusun başını suyun altında saxlamaqla cəza vermək: Qisas halları və cəzanın cinayətə müvafiq olduğu hallar bundan istisnadır. Məsələn, əgər bir nəfər digərini yandırmaqla ona qarşı həddi aşıbsa ondan eynilə qisas almaq icazəlidir.


Məhbusları ac qoymaq yaxud onları soyuğa məhkum etmək yaxud onlara zərərli yeməklər vermək və ya paltar geyinmələrinə imkan verməmək. Əgər məhbus bu cür şeylər səbəbindən vəfat edərsə onu həbs edən tərəf qisas olaraq edam oluna yaxud diyə[6] ödəməsi tələb oluna bilər.


Məhbusların paltarlarını soyundurmaq; Çünki bu onların övrət yerlərini göstərir və onları fiziki və ruhi xəstəliyə düçar edir.

Subaşına getməyə, dəstəmaz almağa və namaz qılmağa mane olmaq. Əlbəttə ki, bu məhbusun səhhətinə ziyandır.

Müsəlmanların məhbusların qayğısına qaldıqlarına dair örnəklər:



Yuxarıda keçən hədis göstərir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) məhbusların qayğısına qalınması və onların yemək, içmək ehtiyaclarının qarşılanmasına dair göstəriş vermişdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) çox vaxt məhbusları səhabələrə həvalə edər və onlarla yaxşı davranmağı tapşırardı.

Raşidi Xəlifələrindən olan Əli ibn Əbi Talib (Allah ondan razı olsun) həbsxanalara baxış keçirər, orada məhbuslarla görüşər və onların halını və vəziyyətini soruşardı.

Ömər ibn Abd əl-Əziz, beşinci Raşidi Xəlifəsi, öz işçilərinə məktub yazaraq orada məhbusların vəziyyətinə nəzarət etməyi və onların arasında xəstə olanların qayğısına qalmağı söyləyərdi.


Abbasi xəlifəsi əl-Mötədid məhbusların ehtiyacları və tibbi müayinəsinə xərcləmək məqsədilə büdcədən aylıq 1500 dinar təxsis etmişdi.

Abbasi xəlifəsi əl-Muqtədir vəzirlərindən biri İbn Muqləni həbs etdikdə vəzir xəstələnmişdi. Xəlifə tanınmış həkim Sabit ibn Sinan ibn Sabit ibn Quranı onu müalicə etmək üçün həbsxanaya onun yanına göndərdi və onu yaxşı müalicə etməsini tapşırdı. Həkim öz əli ilə onu yedizdirir və ona yaxşı baxırdı.

Xəlifə əl-Muqtədirin dövründə vəzir Əli ibn İsa əl-Cərrah həmin vaxtı İraqdakı xəstəxanaların başçılarına məktub yazaraq belə deyirdi: “Allah sizin ömrünüzü uzun etsin, mən həbsxanada olan insanlar haqqında düşünürəm. Saylarının çox olduğunu və ağır şəraitin olduğunu nəzərə alsaq onlar xəstəliklərdən xali deyillər. Özləri üçün faydalı olan işləri görmələrinə və düçar olduqları xəstəliklər barədə həkimlə danışmalarına və görüşmələrinə əngəl yaranır. Mütləq onlar üçün həkimlər təyin edin ki, onlar məhbusların yanına gedərək onlara hər gün baxsınlar və onlara dərman, içəcək aparsınlar və bütün həbsxanaları dolaşsınlar və orada olan xəstələri müalicə etsinlər və onlar üçün dərman yazsınlar”. Bu qayğı işi xəlifə əl-Muqtədir, əl-Qahir, əl-Radi və əl-Muttəqinin dövrünə kimi davam etdi.

Ətraflı məlumat üçün bax:

Əhkəm və muəmilət əl-sucənə fil İsləm, səh. 367-379; əl-Məvsu əl-Fiqhiyyə, hissə 16, səh.320-327.




Ən doğrusunu Allah bilir.

http://islam-qa.com/en/ref/5157/prisoner

[1] İslam hüquqşünasları.

[2] Muslim, 3/1263.

[3] Bir çox hüquqşünasın cinayətkarları həbsdən azad etmək üçün istifadə etdiyi süni ruhi xəstəlik yaxud intensiv ruhi xəstəlikdən fərqli olaraq həqiqi ruhi xəstəlik.

[4] Muslim, 3/1357.

[5] İslamda buyurulmuş cəzalar.

[6] Qan bahası.


Geri dön

Banned549678

  • 10 sentyabr 2015 15:49
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
ALLAH razi olsun sağolun

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 11:30
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razı Olsun

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 22:30
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

ヅ Bad Girl ヅ

  • 14 avqust 2015 19:45
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 14 avqust 2015 19:05
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

::KuMsAl::

  • 14 avqust 2015 17:17
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekkurler meqal icin

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

Ř҉₳₱ʊ₦ʐɛL

  • 14 avqust 2015 16:55
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Fearless

  • 13 avqust 2015 23:56
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:// user/İMZA/

Səssiz

  • 13 avqust 2015 22:46
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------
Səssiz'liyim

İTMİŞ_ŞƏHZADƏ

  • 13 avqust 2015 22:31
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

PércyDarkMoon

  • 13 avqust 2015 21:19
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}