"Yarımçıq xoşbəxtlik"

 
"Yarımçıq xoşbəxtlik"


"Yarımçıq xoşbəxtlik"

Gəl bu gün evlənək, sonra gec olar,
Sabaha qoymazlar günün işini.
Toyumuz baş tutmaz qanlar qaralar,
Özümüz izləyək qoy gedişini.

Çoxdan gözləyirdin bu anı, günü,
Nəhayət çərşənbə axşamı çatdı.
Yaxşı hiss edirsən yəqin özünü,
Tənhalıq qurtardı, cütlük başladı.


Mənim də sənin tək xəyallarım var,
Bir deyil, yüz deyil, minlərlə xəyal.
Xəyallar deyirlər hərdən qovuşar,
Məni də nağıllar röyasına al.

Xoşbəxtlik sözdən yox, gözdən bilinər,
Mən heyif bu fikri gec anlamışam.
Seyr etsəm, gözlərdən hər şey görünər,
Gör necə unutqan, hissiz olmuşam.


Bağışla mən böyük günah etmişəm,
Sevgini gözlərdən oxumamaqla.
Səni də özümə yoldaş seçmişəm,
Ürək döyüntüsün yoxlamamaqla.

Daha izaha da ehtiyac yoxdur,
Sən heç vaxt bu günü gözləməmisən.
Cütlük yox, elə bu təklik yoludur,
Bu yolda bir dəfə yeriməmisən.


Evlilik əslində pərdə asmaqmış,
Gözlərdən həqiqət gizlətmək üçün.
Evimiz xaricdən yaraşıqlıymış,
Daxili maraqsız üzv olmayançün.

Biz evdə susmağı müşaiyət edir,
Ağlına gəlməz heç çətin, görənin.
Bayırda yan-yana, qol-qola gəzir,
Qapıdan giririk sonu hər şeyin.


Gecələr hərdən bir nəysə danışır,
Görməmiz mümkünsüz zülmət otaqda.
Şamların bilərək sapın çıxarır,
Yandırıb görməyək danışan anda.

Gündüzlər yenə də eyniləşirik,
Sususuq özgələr, ögeylər kimi.
Bir masa önündə çörək yeyirik,
Təkrarlar artmaqla dəyişərikmi.


Bəs sabah birimiz üşüyəriksə,
Kim deyər, gəl səni bağrıma basım.
Qolların yerini heç nə vermirsə,
Eybi yox qoluma sarılıb yatım.

Narahat etməyim rahatlığını,
Olmasın yorğanı qucaqlayacam.
Hiss etdim bu günün ağırlığını,
Xoşbəxt olanacan yuxulayacam.


Məni oyatmağa qalxma qətiyyən,
Yarımçıq xoşbəxtlik məni çox yorub.
Yorğunluq, bir az da sınmışam qəlbdən,
Ümidlər canımı cana doyurub..

Müəllif: Nicat Babaşov



Geri dön

Banned549678

  • 10 sentyabr 2015 15:50
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
Təşəkkürlər

PércyDarkMoon

  • 19 avqust 2015 22:31
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

ヅ Bad Girl ヅ

  • 14 avqust 2015 19:51
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

sessiz deniz

  • 14 avqust 2015 19:06
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Gəl bu gün evlənək, sonra gec olar,
Sabaha qoymazlar günün işini.
Toyumuz baş tutmaz qanlar qaralar,
Özümüz izləyək qoy gedişini.

Çoxdan gözləyirdin bu anı, günü,
Nəhayət çərşənbə axşamı çatdı.
Yaxşı hiss edirsən yəqin özünü,
Tənhalıq qurtardı, cütlük başladı.

DuNyA YaLaN DuNyAdİ

  • 14 avqust 2015 13:16
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Gecələr hərdən bir nəysə danışır,
Görməmiz mümkünsüz zülmət otaqda.
Şamların bilərək sapın çıxarır,
Yandırıb görməyək danışan anda.

Fearless

  • 13 avqust 2015 23:57
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
{awards}
gozel seirdi twkler

--------------------
http:// user/İMZA/

Rəbbim Allah

  • 13 avqust 2015 23:42
  • Məqalə: 52
  • Şərh: 392
  • Bal:
{awards}
Duyguludur sad

--------------------


KeNDiMi

Səssiz

  • 13 avqust 2015 22:47
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tesekkurler.

--------------------
Səssiz'liyim

İTMİŞ_ŞƏHZADƏ

  • 13 avqust 2015 22:33
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
tewekkurler....

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

PércyDarkMoon

  • 13 avqust 2015 21:18
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler=)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}