Ann Filip - Bir göz qırpımı [12]

 
Ann Filip - Bir göz qırpımı [12]

Klinikdan qayıdan günün səhəri gec oyandım. Mənə dedin: “Elə yorğunam ki!” Cavab verdim ki, başqa cür ola bilməz, bu mərtəbələri qalxmaq sənin üçün çox ağırdır, gərək istirahət edəydin, yataydın. Biz çarpayıda hərəkətsiz, səssiz-səmirsiz fikrə getdik. Hər kəs öz fikirləri ilə məşğul idi. Mənə elə gəlirdi ki, fikirlərimizi görürəm, onlar otağın içində yuxarı qalxır, papiros tüstüsü kimi qıvrılır, başımızın üzərində hərlənir, açılıb-bükülür, bir-birinə toxunur, lakin nə qarışırlar, nə də bir-birini tanıyırlar.
Sənin sevdiyin bir musiqiyə qulaq asırdıq. Yalnız musiqi belə təsir göstərə bilər, istəsə adamı sakitləşdirər, istəsə sarsıdar, qəmləndirər ya da məmnun edər. Həmin gün musiqi ilə istirahət etdim. Musiqi ürəyimin rahatlığını geri qaytardı. Rahatlığım sən “Elə yorğunam ki”, dediyin vaxtdan yoxa çıxmışdı.
Həyəcanlanmaq lazım deyildi bu hələ həkimin dediyi zəifliyin əlaməti deyildi, yəqin pilləkənin yorğunluğu idi. Sənin yanaqların yenə də qızaracaqdı, yemək istəyəcəkdin, bəlkə də çarpayının üstündə otura biləcəkdin, həyatdan bir gün də möhlət alacaqdıq. Fikrimi uzaqlaşdıra bilməzdim, günortadan sonranı fikirləşmək lazım deyildi, çox uzaqlaşmaq, artıq vaxt diləmək yaramazdı.
Yox, həyata çox ərklə baxmaq da olmazdı. Bunu dinlədiyim musiqi təbliğ edirdi; deyirdi ki, hər şey daimidir, amma dəyişə bilər, mehr və məhəbbət həyatdan təcrid olunmalıdır. Elə ki, azacıq da olsa dincliyə qovuşurdum, ürəyim müqavimət göstərirdi. Axı, nə vardı ki? Mən sağ idim, yaşayırdım, canlı idim, gələn yayı da, uşaqlarımızın boya-başa çatmasını da görəcəkdim. Bəs görəsən öləndə necə öləcəkdim? Sözün düzü bircə dəfə həyatım təhlükədə olub, onda da ölümü çox dəhşətli saymamışam, doğrudur bu, kədərli anlarıma uyğun bir təsadüf idi, mən oyun oynamışdım, risk eləmişdim, başqa dözülməz bir şey yox idi. Görəsən adamın öz məsuliyyətini daşıması asandır, yoxsa başqasının? Bilmirəm. Əgər bilsəydim ki, səni xilas etmək üçün kiçicik bir imkan var, biz ikimiz məsləhətləşərdik, bütün imkanlardan istifadə edərdik, bəlkə də qələbə çalardıq. Həkimlər “heç bir ümid yoxdur” demişdilər, mən öyrənmişdim ki, onlar həqiqəti deyiblər. Buna inanmaq üçün tibb təhsili alan bir tələbənin dərs kitabını açıb baxmaq kifayət edərdi.
Əgər məndən də gizləsəydilər, mən də sənin kimi xəbərsiz olsaydım necə? Yox, yaxşı eləyiblər. Həmişə bilməyi bilməməkdən üstün tuturam. İstəyirdim hər şeyi mənə açıq desinlər, özüm isə səninlə başqa cür danışırdım. Mən bərabərliyimizi pozurdum, özüm mühafizəkara çevrilirdim. İstəyirdim sən xoşbəxt olasan, bu hər şeydən vacib idi, hər dəfə sən “xoşbəxtəm” deyəndə bütün yalanlarım bal kimi şirinləşirdi, onda mənə bəxş etdiyin ötəri təbəssüm üçün bütün dünyanı yalan danışmağa məcbur edərdim, istərdim həmin təbəssümü qarmalayıb götürüm, sinəmə sıxım, həmişə mənimlə olsun.
Bilirdim ki, özünün gözəl və qısa ömrünü uzun, dəyərsiz bir ömrə dəyişməzdin, Azı bu müqayisə nəyə lazımmış. İki cür insan olurmu, sən ulduz kimi yanıb yoxa çıxanlardan idinmi?
Breygelin “İkarın uçuşu” adlanan hərarətli əsəri tənhalığın rəmzidir. Bu tənhalıq lovğalıqdan deyil, laqeydlikdən yaranır, insanları bir-birindən uzaq salan laqeydlikdən. İkarın məhv olduğu bir vaxtda cütçü öz yoluna davam edir, yəqin o haqlıdır. Gərək həyat davam etsin, birisi ölsə də gərək məhsul toplansın, yaxud torpağa səpilsin, yeni məhsula dönsün. Amma o öz əzizinin köməyinə getsəydi yaxşı olardı. Bəlkə də mən səhv edirəm, şübhə yox ki, bir insanın ölməsindən onun da xəbəri olmur. O da dəniz, səma, təpələr və qayalar kimi xəbərsizdir. İkar ölür, o tənhalıqdan deyil, tanınmazlıqdan ölür. Bizim hər birimiz həmin cütçünün günündəyik. Hər dəfə evdən çıxanda, küçədə gözəgörünməz qüssənin, əzabın yanından keçirik.
İmdad diləyən baxışları, ürəklərdəki və bədənlərldəki iztirabları duymuruq. Mən öz gələcəyimdən uzaqdayam. Əgər, doğrudan da, ona yaxın olsaydım qətiyyən tərəddüd etmədən öz işlərimdən əl götürüb ona tərəf gedərdim.
Biz İkar idik. Çöldə həyat davam edirdi. Pərdəni çəkib çölə baxırdım, həyətimiz də, küçəmiz də həmişəki kimi idi, amma mən onları başqa cür görürdüm. Hər şey dəyişmişdi, yeni bir məna almışdı, səslərdən diksinirdim, elə bilirdim ilk dəfə eşidirəm, gülüş səsləri elə bil başqa bir dünyadan gəlirdi, hər səhər zibil qabları səkilərin üstü ilə sürünəndə çıxardıqları səs sanki kiminsə edam olunmasını xəbər verirdi. Ölümə məhkum olunmuşdur hər səhər dan söküləndə qulaq asırlar ki, həyətdə dar ağacının qurulmasından xəbərdar olsunlar. Sən səhərlər dərin yuxuda olurdun, mən isə oyanıb ömrünün ən taqətsiz anlarını yaşayırdım, indinin, gələcəyin dərdini çəkirdim. Nə yuxulaya bilirdim, nə də çarpayımızdan qalxmağa halım olurdu. Yeganə ümid yerim ağ balışın üstündə sezdiyim saçların və yaxınlıqdakı bədənin idi. Bədəninin istisini duyurdum. Öldüyün günün səhəri də həmin istini duymuşdum. Sən sakit-sakit yatırdın, xəstəlik isə son hücuma hazırlaşırdı. Otağımızın qapısını örtüb çıxanda səni axırıncı dəfə görürəmmiş. Heç günorta olmamış sənin haqqında keçmiş zamanda danışacaqlar o sevirdi, o istəyirdi, o işləyirdi, o çəkinirdi deyəcəklər. Keçmiş zaman — ölümün zamanıdır. Heç bilmirəm ən əvvəl kim bu zamanda danışdı; həkimlərmi, dostlarmı, yoxsa mən özüm. Bəlkə də mən idim: “Bilirdim” demişdim. Hər dəfə uşaqlarımın “olmaq” felini bütün zamanlarda təsrif etdiklərini eşidəndə bir səhər keçmiş zamanın mənim üçün nə məna verdiyini xatırlayıram. O var idi, daha heç vaxt olmayacaq. Vəssalam. Qurtardı. İstəyirsən başını divara döy, bağır, keyləşib qal, guya heç nə olmayıb, əlini dişlə, yalvar, etiraz elə, razılaş, heç nə dəyişə bilməzsən: o var idi, daha yoxdur. Hamı onun haqqında felin keçmiş zamanında danışa bilər və danışmalıdır. Keçmiş onun öz zamanıdır.

Ann Filip - Bir göz qırpımı [12]


Geri dön

Banned549678

  • 10 sentyabr 2015 16:05
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
Təşəkkürlər

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:53
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

Səssiz

  • 15 avqust 2015 20:48
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 15 avqust 2015 17:56
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 15 avqust 2015 13:02
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Chox Saol =)

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 15 avqust 2015 11:56
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 58
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}