Ann Filip - Bir göz qırpımı [13]

 
Ann Filip - Bir göz qırpımı [13]



Daha səni oyatmamaq üçün astadan danışmağa ehtiyac yox idi. Sən mövcud olmadığını göstəməyə başlamışdın. Mən tək idim. Bəlkə də tək olmağın yox, sənsiz olmağın qorxusunu hələ anlamırdım. Səni klinikada, xərəyin üstündə yuxulu görəndən sonra, bütün fikirlərimdən güclü yeni bir fikir hərəkətlərimi eyni məsədə yönəltmişdi: o əzab çəkməsin, o heç nə bilməsin. Mənim rolum qurtarmışdı, şərəfsiz vəzifəmi yerinə yetirmişdim. Sənin saflığın ən gözəl keyfiyyətlərindən biri idi, ölümün qarşısına sadəlövh uşaq kimi çıxmışdın.
Sən gözəl idin. İndi də gözəlsən. Sabah belə olmayacaqsan. Bəli, bilirdim ki, sən daha həmin bədəndə deyilsən, amma gözümü səndən çəkə bilmirdim. Hələ sənə baxa bilərdim, əlini əlimə ala bilərdim, üz-gözünü oxşaya bilərdim. Sabah heç buna da imkanım olmayacaq. Sabah tabutda olacaqsan, həmişəlik gizlənəcəksən. Mən fikirləşirdim: özün özünlə tək qalacaqsan. İki gündən sonra arxanca yol gedəcəyəm, üç gündən sonra tamam ayrılacağıq. Xoşbəxtliyimizin sona çatdığı vaxtdan iyirmi gündən də az keçmişdi. Özüm-özümə deyirdim: o ölüb, o ölüb, sən ölmüsən. Gərək bunu tez-tez təkrar edəydim, yoxsa boyun qaçırdardım, inanmazdım, inkar edərdim, pis vəziyyətə düşərdim. Dərd bütün bədənimi ağrı-acı ilə doldurmuşdu, nəfəsim də bir nalə idi.
İstəyirdim bədənim mənə əziyyət verməsin, kömək etsin. Uçurumun bir kənarından tutub durmuşdum. Çalışırdım ancaq boşluqlara baxım. Ölüm sənin sifətində gəlmişdi, mən ona baxım, onu görə bildim. Ölü ilə xudahafizləşmək çox ağır işdir, başına gəlməyənlər bilməzlər, onu heç bir hadisə ilə müqayisə etmək olmaz. Bu ayrılıq dəhşətli dərəcəyə çatanda insan şüurunu itirir: elə hər şey də bu andan başlayır.
Hələ indi də həyatımızı bir-birindən ayıra bilmirəm. Sənin yoxluğunu özümə anlatmaq istəyəndə həyatın mühüm bir səhvini, dünyanın bütün zərif qüvvələrini lərzəyə salacaq kosmik bir bəlanı təsəvvür edirəm. Özümə dinclik axtarıram, tapa bilmirəm. Hərdən sənin yoxluğuna adət edirəm. Daha yuxudan ayılarkən bədənimdə ağrılı giziltiləri, beynimdə isə yuxumun dərinliklərinə cuman, səhərlər sənin ölüm xəbərini mənə təkrar edən qulaqbatırıcı cingiltini duymuram. Hava haqda, oxuduğum kitablar haqda, gün ərzində görəcəyim işlər haqda fikirləşməyə başlayıram. Bir neçə ay fikirləşirdim ki, sənin haqqında yox, başqa bir mövzuda da həvəslə söhbət edə bilsəm, fikrimi təkcə sənin əksin deyil başqa bir əşya da cəlb etsə özümü bir növ xilas edilmiş sanacağam.
Bəlkə bu gün xilas olunmuşam? Bilmirəm. Keçmiş canıma çöküb. İndinin haqq-hesabını onunla çəkirəm. Amma bunu bilirəm, istəyirəm də, məni məəttəl edən ürəyimin tənha döyünmək istədiyi bir anda, günlərin kədər yükü altında həyata qayıtmağın çətinliyidir. Fikrim həmişə qarışıq olur. Axşamlar evdən çıxanda lampanı keçirmirəm. Qayıdanda pərdələrin arxasından lampanın işığını görüb özümün xeyirsiz hiyləgərliyimə gülümsəyirəm, axı otaq işıqlı olanda qapını açan kimi öz tənhalığımla üz-üzə dururam. Şkafları açıb-bağlayıram, ətir şüşələrini silkələyirəm, kranları açıram, amma sənin yoxluğunu andıran sükutdan başqa heç nə eşitmirəm. Mən sükutu dinləyirəm, amam vahiməyə düşmürəm, əksinə, valeh oluram. Bu sükutu pozmaq istəmirəm. Yuxum özü gələcək, neçə-neçə gecəni sənin yoxluğunun sükutunu dinləyə-dinləyə yuxulamışam.
Bəzən sənin nə vaxtsa mövcud olduğuna da şübhə edirəm. Həmin xoşbəxtlik, həmin gözəllik doğrudanmı var idi? Doğrudanmı biz onlarla qidalanırdıq? Belə vaxtlarda fikrimi cəmləyə bilmirəm, o uçub ötən günlərin üzərindən keçir, bütün maneələri dəf edir, hərlənir, ipə-sapa yatmır. İndi mənə qalan təkcə yuxu və keçmiş yanğının gülüdür, xatirəm təzələnir, elə bil səni görürəm, xoş xatirələr yavaş-yavaş qaydaya düşür və həqiqəti əvəz edir: qəribə xəyanətdir, axı xəyalı yox etmək üçün gərək onun əsli mövcud ola. Özümü yalandan xoşbəxt edirəm, bununla da ağıldan, dəyanətdən, şüurdan uzaq düşürəm. Otağımızda tək qalıb uzun müddət gözlərimi səin durduğun yerlərə, sevdiyin əşyalara zilləyirəm, sənin izlərini axtarıram, səni yavaş-yavaş qaranlıqdan çəkib gətirirəm. Hər dəfə dəqiq bir xatirədən başlayıram, bax elə divara düşən bu günəş şüaları… Neçə gündü yağış yağırdı. Ölümündən üç gün əvvəl, səhər gün çıxmışdı. Pərdələri çəkdim, sən mənə dedin: “Üzümə gün düşəndə ləzzət alıram”. Çarpayını gün düşən yerə çəkdim. Bir anlıq gözləri yumulu qaldın, sonra gözlərini açanda pıçıldadın: “Nə gözəldir!”
Vaxt çox ləng keçirdi. Sənə təmiz paltar gətirdim. Mavi rəngli pijamanı seçdin, sən bu paltarda öləcəkdin. Günəşin şüaları otaqda oynaşırdı, sonra sənin çarpayından çəkildi, həmişəlik çəkildi.


Geri dön

Banned456

  • 10 sentyabr 2015 16:22
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
Təşəkkürlər

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:51
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

Səssiz

  • 15 avqust 2015 21:42
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 15 avqust 2015 17:39
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_alice_

  • 15 avqust 2015 16:59
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
meqale mukemmeldende otedi,tam semimi fikrimi bildirem ki,oxuyanda hec bezmedim hetta bitende uzuldum,ellerine o gozel ureyine saliq,bu xeberin ardi olsa cox sevinerem...
bu cumleni cox sevdim,xeyali yox etmek ucun gerek onun esli movcud ola,eslinde beledi xeyalin yox olmasi ucun o gercek olmalidi,,duz soze ne deyesen,,

PércyDarkMoon

  • 15 avqust 2015 13:35
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
Tesekkurler maragli meqaledir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 12
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}