Ann Filip - Bir göz qırpımı [14]

 
Ann Filip - Bir göz qırpımı [14]



Ertəsi gün yağış yağdı, sonrakı gün də yağdı, üçüncü gün də yağış yağdı, sonrakı gün də yağdı, üçüncü gün səhər sən öldün. Həmin səhərki noyabr günəşinin rəngini, sənin sifətini və saçlarını necə oxşadığını, sonra divana çəkilməsini heç vaxt unuda bilməyəcəyəm. Günəşə də acığım tuturdu. O da səni tərk edirdi.
Birgə keçirdiyimiz sonuncu yayda Eskalenin havası gözəl idi. O vaxt biz yaman xəyalpərvər idik. Nələr fikirləşirdik…
Biz bitkilər kimi yaşayırdıq. Küləkdən və günəşdən asılı idik. Günümüzün necə keçəcəyini onlar təyin edirdilər. Ən adi hərəkətlərimiz adətə çevrilirdi, heç nə dəyişmirdi, günlərimiz xoş keçirdi, xoşbəxt idik. Xoşbəxtliyi su kimi içirdik, bəzən nə qədər xoşbəxt olduğumuzu da unudurduq. Məgər quşlar uçmağın xoşbəxtlik olduğunu fikirləşirlərmi?
Biz saatlarla dənizin sükut dolu nəfəsini dinləyirdik, təkcə ürəklərimiz döyünürdü, vəssalam. İsti güc gələndə suya girirdik, səssizcə üzürdük ki, günəşlə dənizin gözləşməsinə mane olmayaq. İstəsəydik dinməz durardıq, istəsəydik hər şeydən danışardıq. Əgər insan sükutdan və söhbətdən məhəbbətin, yaxud dostluğun yüksək təzahürü kimi istifadə edirsə, əgər onlar narazılıq, barışmaz ixtilaf əlaməti deyilsə, zahirən bir-birinə oxşamayan iki şəxsi daxilən tam oxşarlığa gətirirsə sükut da, söhbət də gözəldir.
Hərdən sənin qanın qara olurdu, onda mən də bir az qüssələnirdim. Sonra hər şey keçib gedirdi. Gün bərk qızanda sən şam ağacları əkilmiş kiçik vadini belləməyə gedirdin, mən isə geniş otağımıza çəkilib pəncərələri bağlayırdım. Uşaqlar yatırdılar. Evimizdə xoş bir sükut hökm sürürdü. Çəyirtkələrin səsi eşidilirdi. Sənin işlətdiyin toxanın səsini və ayağının altında qalan quru çör-çöpün çıqqıltısını eşidirdim. Saatlarla çalışırdın, çırpıları səliqə ilə üst-üstə yığırdın, ilk yağışlar qurtarandan sonra onları yandıracaqdıq. Evə qayıdanda tərli olurdun, üst-başından çör-çöp sallanırdı, əl-ayağın cızılırdı, özün şən görünürdün. Bəzən də traktora minirdin, benzin iyindən və traktorun gurultusundan zəhləm gedirdi, sürüb uzaqdakı təpənin üzərinə qalxırdın, uzun illərdən bəri kolkos basmış keçilməz yerlərə yol açırdın.
Axşamüstü, günəş öz şüalarını evimizin üstündən çəksə də təpəni hələ işığa qərq etdiyi vaxt, ora gedirdik, bir neçə saat əvvəl sənin traktorla təmizlədiyin təzə yerlərə baxırdıq. Biz ordan şam qozaları yığıb gətirərdik, bəzən uşaqları əyləndirmək üçün bir tısbağa da gətirərdik. Hərdən uşaqları da özümüzlə aparardıq. Tək olmaq istəyəndə, uşaqlardan xəlvət gedirdik, amma gələyimiz baş tutmurdu, görürdük ki, iki balaca kölgə təpəni qalxıb birbaş yanımıza gəlir. Qucağımızda bir az dincəlir, nəfəslərini dərir, sonra maraqlı bir əhvalat danışmağımızı tələb edirdilər. Hərdən uşaqlar fikirləşib ciddi suallar verirdilər. “Nə üçün günəş hər gün belə edir?” Onlar ətrafdakı gözəlliyi duyur,susur, təzə bir əhvalat söyləməyi tələb etmirdilər. Onlar da bizim kimi qürub çağının gözəlliyinə tamaşa edirdilər.
— Bəlkə günəş daha qayıtmadı?

Biz cavab verirdik ki, sabah səhər tezdən, hələ onlar yuxudan oyanmamış günəş qayıdıb gələcək, indi oturduğumuz yerləri yenidən işıqlandıracaq.
— O bütün gecəni gəzəcək?
— Hə, gəzəcək, o dayanmır, biz də hərəkət edirik, bizdə gecə olanda başqa ölkələrdə gündüz olur.
Uşaqlarla edilən söhbətdən də ciddi söhbət ola bilməz. Onlar ciddi suallar verir, vacib məsələlərlə maraqlanırlar. Hər şeyi əsaslı öyrənmək istəyirlər. Hərdən onlarla ölüm haqqında danışırdıq. Bilmirdim ki, ölüm tezliklə özünü onlara tanıdacaq. Evin ətrafında çəyirtkə yaxud kərtənkələyə rast gələndə təsəvvür edirdilər. Tezliklə hər şey dəyişəcəkdi.
Bir neçə ay sonra uşaqlar “daha heç vaxt” sözünün mənasını anlamağa başlamışdılar. Onlardan biri çox əzab çəkirdi, çünki daha çox anlayırdı, o səndən danışarkən deyirdi:
— İndi ki, o ölüb, mən başqasını istəyirəm, özü də ona oxşayanı.
Mən istəyirdim başa salım. Axı nəyi başa salım? Deyim ki, məhəbbət...
— Axı ölünü sevmək olmaz, onu ki daha görmək olmayacaq, — deyə cavab verirdi.
— Bəs o indi hardadır? Heç olmasa bizi görürmü?
— Yox zənnimcə görmür. Amma biz onu öz xatirəmizdə görürük. Biri fəxrlə deyirdi:
— Mənim gözlərim də, ağzım da eyniylə onunkuna oxşayır, eləmi?
— Mənim bütün hərəkətlərim onun hərəkətlərinə oxşayır.
— Doğrudur.
— Bəs bədəni nə oldu, harda basdırdın?

Deyirdim təpədə basdırmışam, qəbiristanlıqda basdırmışam, deməyə dilim gəlmirdi. Çünki istəyirdim sevdiyimiz guşədəki ağacların birinin altında tabutsuz basdırılasan. Nə üçün bizim ölüm ayinlərimiz bu qədər kədərli və qeyri-təbiidir? Qanq çayı sahilindəki dəfn mərasimləri heç kəsi qüssədən azad etməsə də azı onlar səni axtarırlar, səni tanımağa çalışırlar, özlərinin həqiqi xatirələrində səni yenidən görmək istəyirlər. Fotoşəkillər, deyilənlər, özlərinin qarışıq, tutqun, lakin hərdən adi bir əhvalatın təsiri ilə aydınlaşan xatirələri onları həqiqətə yaxınlaşdırır, nəyin yalnız zahiri görkəm və nəyin dumanlı bir xatirə olduğunu aydınlaşdırmağa kömək edir. Onlar axtarırlar, fotoqraf kimi aparatın obyektivini burur, seçdikləri mənzərəni aydınlaşdırırlar. Onlar səni öyrənməmiş özlərinin kim olduğunu bilməzlər.



Ann Filip - Bir göz qırpımı [14]


Geri dön

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:51
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
maraqlı hekayədi təşəkkürlər

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 22:13
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 16 avqust 2015 18:53
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Səssiz

  • 16 avqust 2015 18:19
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox tesekkur meqaleye gore

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 16 avqust 2015 17:17
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_alice_

  • 16 avqust 2015 15:21
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
ardini sebirsizlikle gozleyirdim,tewekkurler omrum

PércyDarkMoon

  • 16 avqust 2015 14:20
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər maraqlı məqalədi

--------------------

♔ sinყσriτα ♔

  • 16 avqust 2015 14:14
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Meqaleye gore tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}