Həzrət Əbəlfəzl (ə)-ın dünyaya gəlməsi

 
Həzrət Əbəlfəzl (ə)-ın dünyaya gəlməsi


Həzrət Əbəlfəzl ələyhissəlam hicrətin 26-cı ilində şaban ayının 4-də anadan olmuşdur. Məlumdur ki, imam Hüseyn ələyhissəlam da şaban ayının 3-də dünyaya gəlmişdir.
Tarixçilərin çoxu belə yazırlar ki, imam Əli ibn Əbu Talib ələyhissəlam öz təzə doğulmuş oğlunu ilk dəfə görəndə gözləri yaşla dolmuşdu.
Məlumdur ki, Əmirəl-möminin uzaqgörən olmuşdur. Allah onu çox işlərdən xəbərdar edirdi. Məsələn, öz qətlini. İmam Hüseyn ələyhissəlam və ailəsinin dəfn olunacağı türbətin yerini qabaqcadan bilirdi.
O, həmçinin Rəşid Hicriyə qabaqcadan bildirmişdir ki, İbn Ziyad onun əllərini və dilini kəsəcək, çünki o, imam haqqında yaxşı sözlər danışar, onun iman sahibi olduğunu mədh edərdi. İmam illərlə öncə söylədiklərinin hamısı felən həyata keçmişdir.
İmam Əli ibn Əbi Talib ələyhissəlam öz körpə balası Əbəlfəzli görən kimi ağlamış, əlini onun gələcəkdə kəsiləcək sağ və sol qollarına sürtmüş, kədərlə onun gələcəkdə ağır dəmir parçası ilə kəsiləcək başını öpmüş, əlini onun ox dələcək zərif sinəsinə sürtmüş, dərin bir ah çəkib bir neçə dəfə demişdir: "Mənə nə qaldı, Yezidə nə? Mənə nə qaldı, Yezidə nə?"
Ummul Bənin onun ağlamasının səbəbini, adını çəkdiyi Yezidin kimliyini soruşduqda İmam Əmirəl möminin ona həzrət Əbəlfəzlin Allah-təalanın yanında ali məqam tutacağını, ilahinin ona Cəfər ibn Əbu Talib kimi mələklərə məxsus iki qanad bəxş edəcəyini və onun Cənnətə uçaraq gəzəcəyini söyləməklə kifayətləndi.
Ummul-mömininə öz uzaqgörən əzəmətli ərinin bu sözlərindən fərəhləndi, bunlarda xeyir müjdəsi gördü.
Həzrət Əbəlfəzl ələyhissəlam doğulduğu vaxtdan qeyri-təbii zahiri gözəlliyə malik idi. Deyirlər, o, ümumiyyətlə, uşaqların ən gözəli idi. Buna görə də "Bəni Haşimin qəməri" adı verildi.
Ərəblər qəd-qamətli, təmiz əxlaqlı kişiyə qəmər adı verərdilər. Haşimin atası Əbdul Mənafa "Vadilər qəməri" demişlər.
Həzrət Peyğəmbər (s.ə.v.v.)-in atası Abdullaha "Hərəmin qəməri" adı verilmişdir. Həzrət Muhəmməd (s.ə.v.v.) dünyaya gəlməmişdən bir az əvvəl və dini çıxışından sonra yuxuda ay görmək peyğəmbərin özünü yuxuda görmək kimi yozulurdu.
Möminlərin anası Safiyyə xanım yuxuda görmüşdü ki, ay Mədinə munəvvərənin səmasından çıxıb Həcərin üzərində qərar tutdu. O vaxtlar bu qadın yəhudilərin mallarına nəzarət edən bir yəhudi kişinin arvadı idi. O ərinə yuxusunu danışan kimi gedib yəhudi kahinlərinin birindən bu yuxunun təfsirini öyrənir. Bundan sonra evə qayıdıb arvadını döyür, çünki öyrənmişdi ki, Mədinənin qəməri həzrət Məhəmməddir (s.ə.v.v.) bu qadın isə gələcəkdə Peyğəmbərin zövcəsi olacaqdır.
Allahın peyğəmbəri Safiyyə xanımın əri müsəlmanlara qarşı vuruşda həzrət Əli ibn Əbu Talib (ə) tərəfindən qətlə yetirildikdən sonra bu qadınla evləndiyi vaxtlar belə, ərinin vurduğu zərbələrin izləri onun üzündə və yanaqlarında qalmışdı.

Həzrət peyğəmbərin anası Aminə xanım Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləm dünyaya gəlməmişdən qabaq yuxuda ay görmüşdü, ona gizli bir səs xəbər vermişdi ki, o, millətin ağasını bətnində daşıyır.
Həzrət Əbəlfəzl ələyhissəlama "Bəni Haşimin qəməri" adının verilməsi tamamilə yerinə düşmüşdü.


Geri dön

Banned456

  • 10 sentyabr 2015 16:04
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
ALLAH razi olsun sağolun

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 11:28
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razı Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 77

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}