Mübarək doğum

 
Mübarək doğum


İnsanlığın gözlədiyi Son Xilaskara hamilə olan Hz. Əminə, başqa hamilə qadınlar kimi sıxıntılar yaşamır və onu sərin külək kimi bürüyən rəhmət mehinin ağuşunda hamiləlik dövrü keçirirdi. Üstəlik bir də qulağına müjdələr pıçıldanırdı. Bir gün bunları eşidir:
- Həqiqətən, Sən ümmətin əfəndisinə (rəhbərinə) hamiləsən. Onu dünyaya gətirdiyin vaxt: “Onu hər cür həsəd aparanın şərindən Bir olana əmanət edir və Onun himayəsinə həvalə edirəm” de, adını da “Muhəmməd” qoy!

Əminə, şahid olduğu bu hadisədən olduqca təsirlənmişdi. Bəli, yetim bir körpə gətirəcəkdi dünyaya. Amma bu yetimin “ümmətin rəhbəri” olması nə deməkdi? Həm də Muhəmməd ismini indiyə qədər eşitməmişdi. Çünki o dövrdə Muhəmməd ismi, demək olar ki, işlənmirdi. Bətnində gəzdirdiyi əmanət onun yuxularına da girir və beləliklə, yükü yüngülləşirdi. Bir gün Əminə yuxuda vücudundan böyük bir nur çıxdığını və bu nurla Bəsrə və Şam bölgəsindəki sarayların işıqlandığını görür.
Təqvim 20 aprel 571-ci il tarixini göstərirdi. Qəməri təqvimlə rəbiül-əvvəl ayının 12-si, bazar ertəsi idi. Dan yerinin sökülməyə başladığı ərəfədə bütün qaranlıqları nura qərq edəcək bir doğum yaşanırdı. Əbdurrəhman ibn Avfın anası Şifa xatunla Osman ibn Əbil-asın anası Fatimə xatun, Hz. Əminənin yanında idi. Beləcə, əsrlərdir müjdəsi dillərdə dastan olan Son Sultan Hz. Muhəmməd (s.ə.s) sühulət içində (asanlıqla) dünyaya təşrif buyurur. Doğulmuşdu Əminənin yetimi, amma başqa uşaqlara bənzəmirdi. Körpənin dodaqları tərpənir və nəsə pıçıldayırdı. Şifa xatun diqqətini artırınca: “Allah sənə mərhəmət etsin!”, - dediyini eşidir. Otağın içi bir anda aydınlaşmış, Şərq və Qərb bu aydınlıqla nura qərq olmuşdu. Hətta bu nurla Rum diyarının sarayları görünmüşdü. Fatimə xatunun da şahid olduğu nur seli evin hər küncünü bürümüşdü. Elə bil göydəki ulduzlar salxım-salxım uzanmış, üstlərinə töküləcəkdi.
Dərhal Abdulmuttalibə xəbər göndərilir. Kəbədə ibadətlə məşğul olan Abdulmuttalib, həyəcan içində evə gəlir. Cahanın intizarla gözlədiyi Nuru qucağına alanda, sevincdən saqqalı göz yaşları ilə islanmışdı. Oğulları arasında ən çox sevdiyi Abdullahın yetimi sağ-salamat anadan olmuş, mənalı baxışları ilə onu süzürdü. Kürək sümükləri arasındakı bir işarə hamının diqqətini cəlb etmişdi, çünki bu, din alimlərinin bildirdiyi kimi, gələcək Son Peyğəmbərin “peyğəmbərlik möhürü” idi. Növbə ad qoymağa gəlincə, Hz. Əminə eşidib gördüklərini Abdulmuttalibə danışır və körpənin adını Muhəmməd qoyurlar. Sonra da nəvəsini qucağına alan Abdulmuttalib, şükrünü əda etmək üçün birbaşa Kəbəyə gəldi. Kəbə ilk dəfə öz əkizi ilə görüşürdü. Abdulmuttalib, mərhum Abdullahın yetimi olan yeganə nəvəsinə niyə Muhəmməd adını qoyduğunu soruşanlara belə cavab verirdi:

- Yuxumda sanki gümüşdən bir silsilə gördüm, ortasından bir dirək çıxmış, bir tərəfi səmaya, digəri yerin dərinliklərnə, bir başqa tərəfi şərqə, digər tərəfi də qərbə yönəlmiş şəkildə yüksəlirdi. Daha sonra bu, sanki bir ağac oldu. Hər yarpağı nurla dolu idi. Şərqdəki və qərbdəki hər kəs bu ağaca yönəlib ondan tutmaq üçün bir-birilə yarışırdı.

Abdulmuttalib gördüyü bu röyasını yuxu yozanlara danışmış, onlar da nəslindən dünyaya gələcək bir şəxsi şərqlilər və qərblilər rəhbər qəbul edib arxası ilə gedəcəyini, səma və yer əhlinin də Onu təqdis edib başlarına tac edəcəklərini bildirmişdilər. Abdulmuttalib bunları Hz. Əminənin dedikləri ilə birləşdirincə tərəddüdü qalmamış və nəvəsini Muhəmməd çağırmağa başlamışdı.
Aradan 7 gün keçmişdi. Ərəblərin adətinə uyğun olaraq Abdulmuttalib də Abdullahın yetimini sünnət etdirdi. Peyğəmbər Əfəndimizi anasından sonra, bir həftəlik ikən Əbu Ləhəbin kənizi Süveybə əmizdirmişdi. Əbu Ləhəb, qardaşı oğlunun doğulması xəbərini gətirdiyinə görə sevincini, həmin kənizi azad etməklə izhar etmişdi. Ancaq İslamı təbliğə başlaması ilə qardaşı oğlu ilə yollarını əbədi ayıran əminin sırf bu hərəkəti müqabilində, bir anlıq da olsa, axirət əzabından rahatlıq tapacağı məlumdur.



Mübarək doğum


Geri dön

Banned456

  • 10 sentyabr 2015 15:42
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
ALLAH razi olsun sağolun

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 11:16
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razı Olsun

Ř҉₳₱ʊ₦ʐɛL

  • 21 avqust 2015 18:54
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 19 avqust 2015 22:11
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Sıla Rəsulova

  • 16 avqust 2015 18:24
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 16 avqust 2015 17:10
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 16 avqust 2015 14:18
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
Chox Saol =)[center][/center]

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

PércyDarkMoon

  • 16 avqust 2015 14:15
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

♔ sinყσriτα ♔

  • 16 avqust 2015 14:05
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}