Barışıq yaratmaq

 
Barışıq yaratmaq


Cənab Şeyxin çox əhəmiyyət verdiyi mühüm əxlaqi məsələlərdən biri də ayrı-ayrı kəslər arasında barışıq yaratmaq idi. Bir-biri ilə küsülü olan şəxsləri də᾽vət edib Qur᾽an və islam hədislərinə istinadən onları barışdırardı.

Seyyidlərə xüsusi ehtiram

Şeyx, seyyidlərə çox ehtiram göstərərdi. Çox hallarda onların əllərindən öpər və başqalarına da seyyidlərə ehtiram qoymağı tövsiyə edərdi.

Alicənab bir seyyid bə᾽zən Şeyxin görüşünə gəlirdi. O, qəlyana adət etmişdi. Şeyx siqaret çəkən olmamasına baxmayaraq, qəlyan hazırlandıqdan sonra seyyid xəcalət çəkməsin deyə, əvvəlcə ondan bir neçə qüllab çəkər, özünü siqaret çəkən kimi göstərər və sonra onu seyyidin qarşısına qoyardı.

Şeyxin dostlarından biri belə nəql edir:

Soyuq bir qış günündə Şeyxin hüzurunda idim. O buyurdu: Gəl birlikdə Tehranın qədim məhəllələrindən birinə gedək.

Birlikdə yola düşdük. Qədim küçələrin birində uçub-dağılmış bir mağaza var idi. Orada, yaşı ötməsinə baxmayaraq hələ də subay olan qoca bir seyyid kişi yaşayır və gecələr həmin dükanda qalırdı. İşi də kömür satmaqdan ibarət idi.

Mə᾽lum oldu ki, keçən gecə onun buxarısı od tutmuş, bütün paltarları və iş avadanlıqları yanıb tələf olmuşdur. O qoca seyyidin həyat şəraiti elə ağır və acınacaqlı idi ki, heç kəs onun yanında beş dəqiqə oturmağa razı olmazdı. Şeyx son dərəcə təvazökarlıqla onun yanına gedib hal-əhval tutduqdan sonra çirkli paltarlarını yuyub-təmizləmək üçün götürdü.

Qoca kişi dedi: Ağa, sərmayəm qurtarıb, artıq kömür sata bilmirəm.

Şeyx mənə dedi: Ona bir şey ver ki, əlində sərmayə kimi istifadə etsin.

Bütün insanlara qarşı hörmət

Cənab Şeyx təkcə seyyidlərə deyil, bütün insanlara ehtiram göstərirdi. Bir şəxs səhvə yol versəydi, onu başqalarının yanında təhqir edib yüngül saymazdı. Heç kəsin xətasını üzünə çəkməz və zahirdə onunla mehriban rəftar edərdi.

Dünyəvi məqamlara qarşı etinasızlıq

Şeyxin ömrünün axırlarında böyük şəxsiyyətlər tədriclə onunla tanış olmağa başlayırdılar. Təkcə elmiyyə hövzələri və universitetlərin böyük və tanınmış şəxsiyyətləri deyil, həm də ölkənin siyasi və hərbi məqamları da müxtəlif məqsədlərlə onun hüzuruna gəlirdilər.

Şeyx yoxsul və kasıb sinifdən olanlar, xüsusilə seyyidlər arasında təvazökarlıq etməsinə baxmayaraq, dünyəvi məqamları böyük olan şəxsiyyətlərə əsla e᾽tina etməzdi. Onlar Şeyxin evinə gəldikdə Şeyx buyurardı:

«Qoca arvadın» sorağına gəliblər. Yə᾽ni, axirət işi üçün deyil, dünya çətinliklərini həll etmək üçün mənim yanıma gəliblər. Şeyx dünyanı «qoca arvad» ifadəsi ilə bəyan edərdi. Bu da ərəb dilində olan islam hədislərində «əcuz» kəlməsi kimi işlənmişdir. Kitabın 3-cü bölməsinin 3-cü fəslinə «Allah məhəbbətinin bəlaları» adlı hissəsinə müraciət edə bilərsiniz.)

Şeyxin oğlu deyir: Şeyxə çox məhəbbət göstərən ordu başçılarından biri mənə dedi: Bilirsən sənin atanı nə üçün çox istəyirəm?! İlk dəfə onun hüzuruna gələndə o, otağın qapısının ağzında əyləşmişdi. Salam verdim, salamımı aldı və ayağa durmadan oturmaq üçün yer göstərdi, mən də keçib oturdum. Bu zaman kor bir kişi gəlib çıxdı. Şeyx ayaq üstə qalxaraq onu ehtiramla qarşıladı, qucaqlayıb görüşdü və üzündən öpüb öz yanında oturtdu.

Mən burada qəribə işlər gördüm və hər şeyi gz gözlərimlə müşahidə etdim. Axırda bu kor kişi yerindən qalxıb getmək istədi. Şeyx onun ayaqqablarını cütləyib qabağına qoydu və ona on tümən pul da verdi!

Lakin mən getmək istəyəndə əsla yerindən tərpənmədi və mənimlə oturduğu yerdəcə xudafizləşdi.

Səfər əxlaqı

Şeyx öz uzun, bərəkətli və nurani ömründə Məşhədə, Kaşana, İsfahana, Mazandarana, Kermanşaha səfərlər etmişdi. Xaricə isə yalnız İraqa, İmamların qəbirlərini ziyarət etmək məqsədilə getmişdi. Adətən öz dostları ilə birlikdə etdiyi bu səfərlərdə çox ibrətli xatirələr yadigar qalmışdır ki, bu kitabda onlardan yalnız səfər əxlaqına aid olanlarını qeyd edəcəyik.

Şeyxin dostlarının dediyinə görə, o, çox gözəl səfər yoldaşı idi, öz səfər yoldaşları ilə gözəl davranardı. Özü ilə şagirdləri və müridləri arasında heç bir fərq qoymazdı. Əgər səfər vəsaitini daşımaq lazım olsaydı, o da daşıyar, öz payına düşən səfər xərclərini də özü verərdi.


Geri dön

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 11:17
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
ALLAH Razı Olsun

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 22:15
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

PércyDarkMoon

  • 16 avqust 2015 13:20
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

::KuMsAl::

  • 16 avqust 2015 12:54
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekkurler

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

♔ sinყσriτα ♔

  • 16 avqust 2015 12:27
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun Can

ヅ Bad Girl ヅ

  • 16 avqust 2015 10:48
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 15 avqust 2015 23:42
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}