Unutmaq qorxusu

 
Unutmaq qorxusu



"Unutmaq qorxusu"

Desələr bir anlıq unut özünü,
Ölümtək itirib xatırlamaram.
Desələr adını çıxar yadından,
Çıxarıb min il də yada salmaram.

Keçmişdən xatirə günə nə qalıb,
Soruşan olsa heç kəlmə kəsmərəm.
Gərəksiz dünəni açıqlamaqçün,
Dilimə əziyyət, zülm vermərəm.

Keçmişim, dünənim nəyimə lazım,
Mənimçün bu gündür önəmli olan.
Bu günüm həm dünən, həm də sabahdır,
Önəmsiz bir şeydir geridə qalan.

Mənim heç özümə marağım yoxdur,
Bir tikan batanda olsun deyirəm.
Acıdar, acıtmaz maraqlı deyil,
Canım cəhənnəmə deyib keçirəm

Mən özüm canıma qıya bilərəm,
Lap olsun iki gün ac-susuz qalım.
Mənim canımdan da vacib biri var,
Onu unutmağı bəs necə qıyım.

Özümü unutmaq əsas şərt deyil,
Vacib iş yaşadan unudulmalı.
Əgər ki özüm də istəmirəmsə,
Məcburən kədəri tək-tək udmalı.

Bir ömrün kədəri məni öldürməz,
Öldürsə unutmaq öldürər məni.
Elə yaşadan da unutmamaqdır,
Hər ötən zamanda anıram səni.

Müəllif: Nicat Babaşov
Unutmaq qorxusu


Geri dön

PércyDarkMoon

  • 19 avqust 2015 21:39
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
TəşəkkürLər

--------------------

ヅ Bad Girl ヅ

  • 18 avqust 2015 19:02
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Səssiz

  • 18 avqust 2015 14:00
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Keçmişdən xatirə günə nə qalıb,
Soruşan olsa heç kəlmə kəsmərəm.
Gərəksiz dünəni açıqlamaqçün,
Dilimə əziyyət, zülm vermərəm.

--------------------
Səssiz'liyim

Letitia Geer

  • 18 avqust 2015 13:21
  • Məqalə: 2
  • Şərh: 135
  • Bal:
{awards}
Cox gozel weiudi tsk

--------------------
◕‿◕

PércyDarkMoon

  • 18 avqust 2015 10:40
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Keçmişim, dünənim nəyimə lazım,
Mənimçün bu gündür önəmli olan.
Bu günüm həm dünən, həm də sabahdır,
Önəmsiz bir şeydir geridə qalan.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}