Öpdüm xatirələri,sən varsan hələ orda,
səninlə bağlı anlar səslənər,gülər orda...
Sanki titrək döyüntü səni gözləyən anda,
adını söyləyir bax,o dəyişməz zamanda!...
Öpdüm qafiyələri,ruhunu gördüm orda,
sətirlər arasına incə bir iz dalıbdı...
Sənli şeirlərimdə dil açacaq ruhum da,
qoy onlar bir olsunlar...şairin tək qalıbdı...
Öpdüm qadağaları,anlaşılmaz nə varsa,
gizlədərdin onları sən məndən o vaxt elə...
Bağışla,bu cür dəcəl bir sevgilim olmasa,
kimi sevə bilərdim,axı sevərdim belə?...
Öpdüm sənli izləri,öpdüm dualarımla,
o izlərlə kaş yenə qayıdasan yanıma...
Sığınaraq qoynuma,xəlvət pıçıltılarla,
söyləyəsən:"Sevdiyim,qayıtdım,barışaq gəl,
yenə o vaxtkı kimi toxun dodaqlarıma..."