Dua o məsələlərdəndir ki, İslam dini onu çox tövsiyə etmişdir. Çünki insanın taleyinə böyük təsirlər qoyar. Məsumların (ə) kəlamlarından başa düşmək olur ki, nəinki müsəlmanların bir-biri üçün xeyir dua etməsini istəyərdilər, bəlkə başqa insanlar üçün də xeyir duası etməklərini tövsiyə edərdilər. (Tebyan)
Legend.aza istinadən bildirir ki, İmam Həsən Müctəba (ə) buyurur: "Anam Fatiməni (s.ə) hər cümə axşamı səhər günəş çıxana qədər müşahidə edirdim ki, səcdə və rükü ilə Allah ibadətilə məşğul olardı, mömin qadın və kişilər üçün adlarını zikr edərək,Allah dərgahına çoxlu dualar edərdi. Özü üçün dua etməzdi. Anama dedim: "Niyə özün üçün dua etmirsən?". Buyurdu: "Əvvəl qonşu, sonra ev".
Bütün insanların, o cümlədən qeyri-müsəlmanların hidayət olması üçün dua etmək bəyənilən əməllərdən hesab olunur. Necə ki, İslam Peyğəmbəri (s) Xəndək döyüşündə onunla döyüşə gələn Qureyş üçün dua etmişdi və Allahdan onların hidayət olmasını istəmişdi.
Ancaq müşriklərlə bağlı Həzrət Peyğəmbərə (s) xitab edilərək, buyurulur: "Peyğəmbərə və iman gətirənlərə müşriklərin cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)". ("Tövbə" 113).
Hətta tarixə nəzər salan zaman müşriklərə nifrin edilməsinin şahidi oluruq. Belə ki, Həzrət Musa (ə) Firona nifrin etmişdi, çünki onun hidayət olunması mümkün deyildi. "Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: "Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, - ey Rəbbimiz - nəhayət (Sənin bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə "amin" deyirdi)"". ("Yunus" 88).
"Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz". ("Tövbə" 80).
Həzrət İbrahim (ə) də bir müddət əmisinin hidayət olması üçün dua edir, ancaq bunun nəticəsiz olduğunu görən zaman dua etməkdən əl çəkir.
O müsəlman ki, haqqı tanıyar, ancaq onunla müxalifətlik edər, Peyğəmbər (s) və Əhli-beyti (ə) ilə düşmənçilik edər - onun üçün dua etmək məsləhət deyildir. Qalan müsəlmanlar və müsəlman olmayan üçün xeyir dua etmək olar.
İmam Sadiq (ə) buyurur: "Əgər həmin insan Allahın düşməni olarsa, de: "Allahım! Biz ondan Sənə qarşı dümənçilikdən başqa bir şey görməmişik. Allahım, qəbrini atəşlə doldur". Əgər həmin şəxs zəif insandırsa (yəni, bilərikdən haqqa qarşı çıxmayıbsa) de: "Allahım, o kəslər ki, tövbə edir və Sənin yolunu gedirlər, onları bağışla və cəhənnəm atəşindən uzaq et". Ancaq əgər bilməsən ki, bu şəxs hansı dəstədəndir, de: "Əgər xeyir və onun əhlini sevirsə, onu bağışla və Öz rəhmətində qərar ver"".