Xoşbəxtlik qoxusu

 
Xoşbəxtlik qoxusu


Dostum, bir gün soruşdu:

- Bir insanın xoşbəxt olduğu necə bilinir?

Belə cavab verdim:

Gözlərinin parlaqlığından, sevincindən, bəlkə üzünə vuran iç aydınlığından...

Dostum, hammısını qəbul edən ama tam cavab almadığını bildirən, bir əl hərəkəti etdi:

- Bunlar doğrudur. Xoşbəxtlik gizlənməz. Xoşbəxtlik insanın içindən sızar,
bir yerlərə girər, oranı dəyişdirər. Bir də qoxusu vardır. Bilirsən mi? Xoşbəxtlik qoxar...


Xoşbəxtlik qoxusu


- Xoşbəxtliyin qoxusu mu? Doğrusu eşitməmişdim.

Dostum anlayışla baxdı:

- Doğrudur, eşitməmisən. İnsanlar elə də fərqində olmazlar.
Halbuki, hər ruh halının özünə görə bir qoxusu vardır.
Əgər insanlar qoxu duyğularını itirməsəydilər bunları da bilərdilər.
Amma bir çox şey kimi , bunu da itirdilər...

- Yəni, öncədən bilirdilər?

- Əlbəttə, bilirdilər. Bax heyvanların birbirləriylə əlaqə qurmalarında qoxu necə mühüm rol oynayır...

- Doğrudur, ama danışa bilmədikləri üçün.
Dostum, biraz səbirsiz, sözümü kəsdi:


Xoşbəxtlik qoxusu


- İnsanlar danışa bildikləri üçün, qoxunu lazım bilmirlər elə deyil mi?
İndi sən mənə insanların danışdıqlrını mı deyirsən?

Artıq cavab vermirdim. Dinləməyə davam elədim. Dostum:

- Sən də bilirsən ki, insanlar həqiqqətdə danışmırlar. Danışırmışlar kimi edirlər.
Öyrəndikləri sözcüklər var. Birbirilərinə onları deyirlər.
Gərçəkdə çox azı, çox az zaman üçün, danışırmış kimi edirlər.
Onlara da diqqət et, duygu sözcükləri yoxdur. Birbirlərinə demələri lazım olan sözləri deyirlər.
Ona görə də, çox vaxt birbirlərini dinləməzlər.
Gərçəkdə danışmayan, gərçəkdə dinləməyən insanlar iki önəmli əlaqə vasitəsini də
itirdikləri üçün artıq anlaşa bilmirlər. Qoxu və toxunma...
Bax gərçək əlaqənin iki yolu. İnsanlar ikisini də unutdu...

Ondan hirslə soruşdum:

- İndi insanların birbirlərini qoxlamalıdı deyirsən?


Xoşbəxtlik qoxusu


Ümüdsüz və incik bir baxışla baxdı:

- Kaş nə dediyimi başadüşə biləydilər. Qoxlamaq, elə incəlikli bir duyğudur ki, bu günün insanına
öyrədilməsi lazımdı. Yazıq qoxualma duyğumuz, elə pis qoxularla xarab oldu ki, təzədən öyrədilməsi lazımdı.
Bilirsən, insanlar insan qoxusunu belə hiss edə bilmir. Bir qadının qoxusu, bir kişinin qoxusu,
uşağın qoxusu, yaşlı insanın qoxusu. Ümüdün qoxusu. Bezginliyin qoxusu.
Həyata küsməyin qoxusu. Xoşbəxtliyin qoxusu. İnsanlar bütün bunları unutdular.
Toxunma da eləcə, insanlar bunu da unutdu. Bir əlin-ələ toxunması.
Bir sinənin-sinəyə dayanması. Bir kürəyin-kürəyə dayanması.
Ayaqların bir birinə sarılması... Unutduğumuz nə çox şey var...

Günümüzün insanını müdafiə etmək istədim:

- Ama sözcüklər var, yazı var. Belkə də ona görə unutmuşuq.


Xoşbəxtlik qoxusu


Dostum biraz durdu və dedi:

- Bəli, yalanların vasitəcisi sözlər, yalanlarn vasitəcisi yazılar.
Heç cürə içimizdən gələni deməyi, yazmağı bilmədiyimiz üçün, yalanlarımızın vasitəcisi olanlar...
Bədən yalan deməz, toxunuşun yalan deməz.
Bunlar gərçəkləri hiss elətdirir. Sadəcə gərçəkləri...

"Xoşbəxt"- liyin qoxusunu hiss etdiniz mi?

Xoşbəxtlik qoxusu


Geri dön

Ulya

  • 12 mart 2011 18:37
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox beyendim

::..ONSLAUGHT::..

  • 9 mart 2011 00:09
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkur gozel yazi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 8 mart 2011 12:54
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TEWEKKUR......

--------------------

_RONALDO_

  • 7 mart 2011 23:28
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TWK MARAQLI XEBERDI

--------------------

YazYamuru

  • 7 mart 2011 20:45
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
"Xoşbəxt"- liyin qoxusunu hiss etdiniz mi?---ARADA HİSS EDİRƏM AMA HƏYAT ONUDA ÇOX GÖRÜR ADAMIN BURNUNNAN TÖKÜREEE belay feel

--------------------



Lexikon

  • 7 mart 2011 20:27
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
yazi ucun twk

AskZede

  • 7 mart 2011 20:12
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Cox Sagolun Ela Xeberdir.Beli Etdim...love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 57
Cəmi: 81

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 46
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 18
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}