Cənnətində qovuşdur onları

 
Cənnətində qovuşdur onları

Gün o günüydü...12 il bundan öncə Vahid bağının soyuq oturacaqları, isti və doğmacasına məni bağrına basdığı bir gün!
Cibimdə olan son manatlarımla dönər alıb yeyirdim. Tələbəlik həyatının tən ortasındaydım. Ailəm kənddə mən isə burda. Çox möhkəm darıxırdım. Həyarın qəribəliklərini düşünürdüm. Hardan bilərdim, nə bilərdim ki, az sonra həyat mənə öz qəribəliyini bir daha sübut edəcək. Durub getmək istəyəndə səninlə toqquşdum. Əlindəki gül dəstəsi yerə dağıldı. Sənə kömək etmək üçün aşağı əyildikdə gözlərim gözünə sataşdı. Elə bil dünyada səndən başqa qız görməmişdim mən. "Üzr istəyirəm, indi nişanlınız mənə hirslənəcək, verdiyi gül dəstəsini dağıtdım” dedim...Dodağından mələk təbəssümü süzülərək "Yox, yox, bunları mənə nişanlım verməyib. Mənim heç nişanlım da yoxdur. Yaxınlıqdakı gül dükanında işləyirəm. Bunlar da sifarişdir çatdırmalıyam. Eybi yox gedib yenisini düzəldərəm”. Bu nə hissdir ya Rəbbim? İlk baxışda Sevgi? Sağollaşıb getdin...Səndən sonra yerdə qalan bir gül və dükanın nömrələri yazılmış bir kağız parçası diqqətimi çəkdi. Hmmm...Fİlmlərdəki kimi...Qəsdən özün qoymuşdun elə bil...
Yerdəkiləri götürüb evə gəldim...Təbəssümün və gözlərin ağlımdan çıxmırdı. Bir az gözlədim və Kağızı götürüb dükanın nömrəsini yığdım. Içimdən bir qüvvə...içimdən bir qüvvə mənə bu etməyə məcbur edirdi sanki. Qəribəlik də elə bundaymış. Dəstəyi sənin götürməyin üçün iyirmi saniyə içində o qədər Allaha yalvarmışdım ki. Hııhh... səsini tanıdım...Səsini tanıdım və bu səsi eşidəndə keçirdiyim hissi təyyarənin göyə qalxdığında keçirmişdim ancaq. Ürəyimin üstünə yük vurub, aşağı çəkirdilər elə bil. Gülü qaytarmaq üçün icazə istədim... istədim və o anda səndən aldığım izn mənim üçün dünyanın ən möhtəşəm izni olmuşdu. Sevincdən kirayə qaldığım ev sahibinin oğlunu qucağıma alıb yerimdə dövrə vururdum. Gecəni səhər edənədək saatları iplə çəkirdim. O gündən sonrakı görüşlərimiz bizi bir-birimizə daha da yaxın etdi.
Başqasının eşqə düşdüyünü eşidəndə onunla zarafat edən mən indi eşqin çılğın tələsinə düşmüşdüm. Hıhh...Evləndiyimiz gün həyəcandan çaşıb ananın qoluna girmişdim. Hamı mənə gülmüşdü...Hələ sənin hamilə olduğunu eşidəndəəə...Avtobusdan düşüb küçənin ortası ilə əlimdə çantanı yelləyərək evə tərəf qaçırdım... Yoldan keçənlər dəli olduğumu sanırdı... ehh kim nə deyirdisə desin. O ankı xoşbəxtliyim məni sərxoş etmişdi. Hıhh..Oğlan imiş yaramaz. Ad üçün tutduğumuz siyahını indi də saxlayıram. Burda...burda yüzdən çox ad var. Amma nədənsə gülüm ikimizdə CAN adını daha çox sevdik. Artıq qərarımızı vermişdik.
Can doğuldu gülüm. mənə bir can verdin, mənə bir can verdin amma min can aldın məndən gülüm. Canımı aldın gülüm... Gözlərimin önündə uçub getdin.. BU gediş geri dönüşü olmayan, mənə aid olan hər şeyi əlimdən alan gediş oldu gülüm...
Bir həftə bundan qabaq Canın beş yaşını qeyd etdim.. Canımızın beş yaşını qeyd etdiyim gün canımın beş illik ölüm gününü qeyd etdim gülüm! Sənsiz keçən günlər, sənsiz keçdiyim keçdiyimiz yerlər, birlikdə etdiyimiz hər şey artıq xəyallara çevrilib. Sənsizliyi dəqiqədə bir üzümə vuran gecələrlə səhərədək savaşıram gülüm!
Sevinclə kədər arasında çarəsiz qalmışam! Ağlayımmı ağlayımmı sənin üçün, yoxsa sevinimmi biricik Canımız üçün! Amma gülüm ikimiz adına Can üçün sevinməli, onun xətrinə kədərimi ciyarlarım arasında boğmalıyam. Hərçənddi artıq bu kədər ciyarlarımı parça-parça edibdir! Bağışla gülüm, bağışla sənə söz vermişdim bir şey olarsa özümü öldürərəm deyə! Lənət şeytana bacarmadım! Bacarmadım gülüm, bacarmadım! Qorxduğumdan deyiiillll! Qorxduğumdan deyil gülümmm! Sadəcə hər dəfəsində Canın əksi gözlərimin önünə onun çığlığı qulaqlarıma gəldi! Axı onun daxilində sənin də istiliyini tapdım, yavaş-yavaş, yavaş-yavaş onun daxilində sənin istiliyini tapdım. O da səni məndən tez-tez soruşur. Mən isə ona sənin bir mələk olub onun başı üstündə uçduğunu hər zaman uçacağını deyirəm. İndi hər səhər yuxudan duranda "Ata anamı yuxuda gördüm başımın üstündə uçurdu! Sonra məni qucaqlayıb üzümdən öpdü deyir!”
Allahım, Ya Rəbbim! SƏn duy bizi Ya Rəbbim! Bu dünyada olmadı, Cənnətində qovuşdur bizi Allahım! Qovuşdur bizi ya Rəbbim! Qovuşdur bizi!



Geri dön

Banned456

  • 10 sentyabr 2015 15:15
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
TəşəkküR ediRəm

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:46
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

Ř҉₳₱ʊ₦ʐɛL

  • 27 avqust 2015 22:40
  • Məqalə: 132
  • Şərh: 2746
  • Bal:
{awards}
TəşəkkürLər meqale ucun

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

Sıla Rəsulova

  • 21 avqust 2015 22:56
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Ellerine salig gulum

::KuMsAl::

  • 20 avqust 2015 00:38
  • Məqalə: 1
  • Şərh: 706
  • Bal:
{awards}
Teshekkurler)))

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

PércyDarkMoon

  • 19 avqust 2015 21:02
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
TəşəkkürLər urey`im

--------------------

ヅ Bad Girl ヅ

  • 19 avqust 2015 20:40
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Favorit Girl )

  • 19 avqust 2015 20:37
  • Məqalə: 178
  • Şərh: 1613
  • Bal:
{awards}
Allah razi olsun..
iLk sherh menden

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}