Bir arzu tut [1]

 
Bir arzu tut [1]

..( qaranlıq meşənin ay işığı ilə nurlanmış cığırlarından qəhqəhə səsləri eşidilir )
- Bu tərəfdən gəlin, az qalıb!
(Biraz uzaqdan biri səslənir)
- Məni də gözləyiiin
( qəhqəhə yenidən ucalır)
- Benjamin yenə ilişib deyəsən
- Hahahaha, sabahın qorxusundandır, icazə verin əzabını doya doya yaşasın
- Siz də əməlli başlı böyütdünüz söhbəti. Adam evlənir, sürgünə getmir ki!
Castinin bu sözü dostların bir birinə ciddi ciddi baxıb birdən uğunmalarına səbəb oldu. Castin düşünürdü ki, onlar sadəcə çox içiblər. Yoxsa bu sadəlövh oğlan heç vaxt inanmazdı ki, evlilik insanlar üçün bu qədər ağır yük sayılır.
- Niyə gülürsünüz axı? Aleks, Robert, axı sizə nə olub? Benjamin bizim ən yaxın dostumuzdur, başa düşürəm, bu, onun subaylığa vida partisi idi və zarafat etmək sərbəstdir, amma onu bu qədər qorxutmaq da bir şey deyil məncə. Qorxmursunuz ki, birdən sizdən inciyər? Nə də olsa dediyiniz sözlər təkcə ona yox, sevdiyi qıza da aid olur.

- Sizə demirəm ki, məni də gözləyin?! Əclaflar! Hə, nədən danışırsınız?
(Benjamin əlini düymələri açıq qalmış köynəyinin yaxasından salıb sinəsini qaşıyaraq soruşdu)
- Heçnə! Castin hər zamanki duyğu yüklü sözləri ilə bizi dünyadan qoparır..
(Aleks Robertin çiyninə yüngülcə yumruq vurub güldü)
- Ah, əzizim Castin, bunların içində adam olan bir sən varsan. Sən onlara baxma, bizi anlayan deyillər.
Aleks əllərini bir birinə çırparaq fikirləri özünə tərəf çəkdi.
- Yaxşı da, çənəniz qızışdı yenə, saat üçdür, ulduz sürüşməsinə çox az qalıb, tələsin, bu yamacı düz təpəsinə qədər qalxmalıyıq.

Bir birindən tamam fərqli xarakterdə yetişən bu dörd adam aralarında yaranmış qopmayan bağları illər keçdikcə daha da möhkəmlətməyi bacarmışdılar. Yeniyetməlik dövründə bir birlərinə heç vaxt evlənməyəcəkləri barədə söz versələr də bu sözü ilk pozan qrubun hər zaman ağıl və məntiqi ilə seçilən üzvü Benjamin pozmuşdu. O, fikirləşirdi ki, 30 yaş artıq nələrisə götür qoy etmək üçün ideal yaşdır və bütün bir həyatı zarafatyana verilən söz uğruna zibil qutusuna atmaq ağılsızlıqdır. Bir halda ki, o , öz gözəlliyi və ağlı ilə ofsunlayan Demi'yə rast gəlib, o zaman bu sözü pozmağın əsl vaxtıdır.
- Castin, gəl, qorxma, əlimi tut, səni qaldıracağam!

Castinin yüksəklik qorxusunun olması, yamacın maili tərəfilə getdikləri üçün hər an gerçəkləşə biləcək sürüşmə təhlükəsinı artırır, bu da öz növbəsində Castini daha çox qorxudurdu . Nə qədər bildirməyə çalışmasa da, düşüncəli dostu Benjamin Castinin illər əvvəl etdiyi bu etirafını ağlında tutmuşdu.

- Bəylərr! Vəəə möhtəşəm ana bir addım daha yaxınlaşdıq! Ümid edirəm nə diləyəcəyinizi artıq qərarlaşdırmısınız!
Qəsəbədə belə bir inanc var idi ki, hər il cəmi bircə dəfə gecə saat üç tamamda gerçəkləşən böyük və ən parlaq ulduzun sürüşməsi, qəlbinizdə tutduğunuz ən imkansız arzuları belə reallığa çevirə biləcək gücdədir. Hamısı bir birinin yanında sıralanmış şəkildə uzanaraq dərindən nəfəs alıb düz təpədə yerini rahatlamış aya və ətrafında səpələnmiş sayısız ulduza heyranlıqla baxdı. Sərxoşluğun verdiyi xəfif baş dönməsi görüntünü biraz bulanıqlaşdırsa da qarşısında aciz qaldıqları bu möhtəşəm mənzərə , meşənin dərinliklərindən eşidilən müxtəlif böcək səsləri ilə biraz ürküdücü, eyni zamanda tərfisiz bir dinclik yaratmışdı. Benjamin lağ edici səs tonu ilə sükutu pozdu:
- Yəni həqiqətən inanırsınız ki, bu gerçəkdir?
- Hə, hə - Aleks qəti səs tonu ilə cavablandırdı- mən əminəm, nənəm hər zaman bu cür nağıl və əfsanələrin kökündə mütləq bir həqiqətin dayandığını deyərdi. Amma əsas məsələ bunu həqiqətən arzulamaq və diləyinə laiq ola biləcək qədər yaxşı biri olmağındadır.
- Yaxşı, bilici, de görək nə arzulamısan?
- Yox, yox, bunu demək qəti qadağandır. Əfsanədə deyilirdi ki, tutduğun diləyi qəlbinin döyüntüsündən və əsən küləyin qulağından başqa heçnə , heç kəs bilməməlidir..

- İlahi, sən ciddisən? Yox yəni sənin nə qədər rahatına düşgün, gününü gün edən biri olduğunu bilməsəm, həqiqətən, əfsanələrə inanacaq qədər uşaqruhlu olduğunu düşünməyə başlayacaqdım.
- Unutma,dostum, hər kəsin gizlədiyi bir yanı var. Nə isə , çox danışma, son dörd dəqiqə qalıb, hamı üç tamamda arzusunu tutub sürüşən ya da parıldayan ulduzu görməzdən əvvəl gözlərini yumsun.
- Görməzdən? Birdən parıldamadı ya da sürüşmədi? Mən hardan bilim ki, bu olub? Belə şübhə ilə adam dəli olar ki!
- Benjamin!
- Yaxşı, yaxşı susdum. Castin, sən hazırsan?
- Ahh, o hər zaman hazırdır, mən arzulayacağam ki, səhər oyanıb Castini gözəl bir qız olaraq yanımda uzanan görüm. Əgər bu gerçəkləşsə, söz verirəm onunla evlənəcəyəm! Bu qədər incə ruh, gözəl bədənlə birləşsə..! - Robert dişlərini qıcayıb gülərək dedi.
Onun bu sözləri dostların hamısının üzünü güldürdü. Hətta Castinin də.
- Hə - Dedi Castin, lağlağı ilə - pis fikir deyil. Evlənmə təklifin ürəyimcə olsa niyə də yox?!
- Diqqəəəət! Son bir dəqiqə, arzunuzu tutun, getdik!
Castin Aleksin dediyi son cümləyə əhəmiyyət verməyərək edilən axırıncı zarafatı öz özünə təkrarlayaraq : "Qız olsam aa! Sözə bax" deyib gözlərini yumaraq gülərkən göydə görünən ən kiçik ulduzun böyük şövqlə parıldadığını görmədi..


Geri dön

Banned549678

  • 8 sentyabr 2015 23:23
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
❤ MəqåŁəýə góŕə sāğòŁuñ ❤

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:48
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

Səssiz

  • 20 avqust 2015 23:34
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagol canim

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 19 avqust 2015 18:04
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

Mələyimin mələyi

  • 19 avqust 2015 17:59
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Təşəkkürlər maraqlı idi

--------------------

PércyDarkMoon

  • 19 avqust 2015 16:23
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Serhlere gore tewekkurler winked

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 19 avqust 2015 16:08
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
- ` çhox sağ oL canısı..təşəkkür..

--------------------

Ř҉₳₱ʊ₦ʐɛL

  • 19 avqust 2015 14:20
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
Maraqlidi idi oxudum fellow

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 19
Cəmi: 474
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}