Bir arzu tut [2]

 
Bir arzu tut [2]



..axşamdan qalma rütubətin yarpaqlara hədiyyə etdiyi narın şeh damcıları yavaş yavaş torpağa süzülürdü.. burnunun üzərində yuxusundan oyanmağa salışaraq sərxoş kimi gəzən balaca böcək Castinin əllərini burnuna doğru aparmasına səbəb oldu.böcəyin balaca ayaqların rəqsvari hərəkətlərinin onun burun nahiyyəsinə verdiyi qaşıntısını kəsmək üçün Castin barmaqlarını hərəkətə keçirib dərisini həvəslə qaşımağa başladı. böcək görünməyəcək dərəcədə şəffaf olan qanadlarını çırparaq güclə eşidilən vızıltısı ilə oradan uzaqlaşarkən Castin burnunu qaşıdıqdan sonra yavaşca aşağı sürüşdürdüyü barmaqlarının dərisində bir dəyişiklik hiss etdiyinin fərqinə vardı. boyun nahiyyəsində saxladığı əlini yenidən aşağıdan yuxarı doğru yanaqlarına qədər sığalladı.əlini azca havaya qaldırıb rahat görə biləcəyi məsafədə saxlayaraq nəhayət gözlərini açdı.. yuxudan yenicə oyanmasından əlavə gecədən qalan qaranlığı pozan işığın verdiyi qıcıqlandırıcı bulanıqlıq yavaş yavaş azaldıqca Castin görüntüsü netləşən barmaqlarındaki qəribəliyi anlamaqda daha da çətinlik çəkdi.. incə, uzun, şəffaf və hər zamankindən bir neçə ton açıq rəngdəki dərisində bütünləşmiş əl və barmaqlar..Castin cəld dikəlib yerində oturarkən qulaqlarından aşağı doğru sallanan qumral və dalğavari saç tellərinin başında nə işi olduğunu anlamağa çalışdıqca dəli olmamaq üçün içdən içə özünü sakitləşdirməyə çalışdı. Öncə əlləri ilə başına, saçlarına sonra da həyəcanla irəli uzatdığı əllərinə baxdı. Sonra ovuclarını yanaqları və boynu üzərində yüngülcə gəzdirib həftələrdir toxunmadığı uzanmış saqqalının yoxluğu bir kənara qalsın, dərisindəki bu qüsursuz yumuşaqlığın nədən qaynaqlandığını öz özünə sual verdi. Dərin düşüncələr və çaşqınlıq içərisində boğuşarkən sağa çönüb qurcalaqlanan Benjamin onu fikrindən sıçratdı.
- İlahi! Aman Tanrım! Yəni bu? Nə?? Nə baş verir, mənə nə olub belə?! Burdan dərhal uzaqlaşmalıyam, məni heç kəs bu halda görməməlidir! İlahi! Bu həqiqətən gerçəkləşib?
Castin qəti sürətdə inanmadığı bu yüzillik əfsanənin qurbanına çevrildiyini heç cürə qəbul etmək istəmədi. Ehtiyyatla gecə çıxarıb başının altına yastıq əvəzi qoyduğu pencəyini götürərək aradan çıxmağa hazırlaşarkən, şalvarının əyninə həddən artıq böyük olduğunun fərqinə vardığından şalvarının bel hissəsini bir qıraqda toplayıb əli ilə saxlamalı oldu..
Evlərinin olduğu küçəyə doğru burularkən saatın əqrəbləri 05:48 'i göstərirdi. "Bu vaxt hələ heç kəs oyanmaış olmaz, otağıma keçib sakitcə uzanacağam, sonra yaxşıca bir duş və hər şey qaydasına düşəcək! Hə Hə! ". Aşağı doğru tökülən şalvarının cibindən açarını çıxarıb valideynlərini oyatmadan otağına keçə bilmək üçün maksimum dərəcədə səssiz olmağa çalışdı.
"Ohh! Şükür Tanrıya. Nəhayət otağımdayam! Saat 13:30 da Benjaminin nigah mərasimi keçiriləcək, sonra isə parti. Dərhal özümü toplamayılam. " . Castin Pencəyini çarpayısının üzərinə atıb vanna otağına keçmək istəyərkən qarderobunun qapısındaki öz əksini görüb az qala qışqıracaq dərəcədə geri sıçradı. " Bu nə zibildir!" cümləsini bitirdikdən sonra gözləri bərələn Castin həmin gün ilk dəfə səsli düşündüyünü və dəyişiminin təkcə vücudunda olmadığını anladı. Əlləri ilə ağzını qapadı və gözlərini möhkəm sıxdı.

Gözlərini açdı, saçlarını geriyə doğru sığalladı və qapısını kilidləyib yenidən aynanın qarşısına keçərək öncə köynəyini, sonra şalvarını çıxararaq özünə baxdı. İndi bu bədəndə içindəki ruhundan başqa Castindən geriyə heçnə qalmamışdı. Qabarıq sinə, incə , gücsüz qollar, nazik bel, uzun saçlar, uzun kirpiklər, zərif və dik burun..
"Pərvərdigara! Mən indi nə qələt edəcəyəm?! Bu zibili necə düzəltmək olacaq?" Castin əlləri ilə bədənini qapatmağa çalışaraq özünü çarpayısına, nazik adyalının altına ataraq yastığını dişləyib içindəki hirsini boğmağa çalışdı.Adyalın altındaki boğucu qaranlıqda fikirlərə qərq olarkən yuxuya necə getdiyini hiss etmədi.

- Zibil!! Uşaqlar oyanın, saat ondur! Lənət olsun! Yatıb qalmışıq, Aleks,Robert, oyanın!
- Mmm, nə olub, niyə qışqırırsan?!
- Hələ bir soruşursunuz da! Dünən sizə dedim axı evə qayıdaq. Budur yatıb qalmışıq və telefonumda Demidən gələn 30 cavabsız çağırı və 15 i söyüşlü olmaqla 25 cavabsız mesaj var!
- Bir dəqiqə, bəs Castin hanı?
- Bilmirəm, yoxdur, bəlkə də axşamdan gedib?
- Kim , Castin, haha, dostum, o gecə meşə ilə gedəcək qədər cəsarətli olsay..
- Of! Tələs, çərənləməyin vaxtı deyil! Alo? Demi, əzizim, Demi, Demi, sakitləş, hər şeyi başa salacağam, əzizim , xahiş edirəm.. Yox, söymək lazım deyil, Demi! Gəlirik, hər şey qaydasındadır!

- Castin ? Əzizim, sən oradasan? Gabriel, qapı bağlıdır, bu vaxta qədər yatması normaldır? O gecikəcək! - Castinin anası nigaran səslə qapının o biri tərəfində əri ilə danışırdı.
- Castin? oğlum oradasan? Castin! - atası qapını anasına nisbətən daha möhkəm döyərkən Castin yuxudan sıçradı.
- Nə? Nə olub? Tanrıya şükür! Yuxu imiş ! - deyə Castin fikirləşdi.
- Castin, bu gün Benjaminin toyu deyil? Gecikəcəksən!
- Hə, gəlirə.. - Castin tez səsini alçaltdı- Lənət olsun!
- Castin, hər şey qaydasındadır? (Qabriel, deyəsən o tək deyil.)
- Yəqin ki qonağı var, onlara biraz icazə verək.
- Castin! (anası əl çəkmək bilmədi)
Castin valideynlərinin qapının kənarından uzaqlaşmayacaqlarını anladı. Onsuz da gec tez üzləşməli idi. Tez yataqdan qalxıb tələsik bir köynək geyinərək qapını açdı. Valideynləri qapını bir az aralayıb aradan boylanan bu gözəl qıza biraz heyrət biraz da utanc hissi ilə baxdılar.
- Sabahınız xeyir!
- Sənin də, ıı, bəs Castin hanı? - anası təəccüb və maraqla soruşdu.
- Merlin, bu balaca qızcığacı incitmə, birazdan aşağı düşərlər.
Qabrielin qızı müdafiə etməsi Merlini qıcıqlandırsa da sözünə uyub aşağı doğru istiqamətlənəndə ərinin bu cavan və eyni zamanda çox gözəl qızı göz ucu ilə necə süzdüyünü görmədi.
Castin qapını cəld örtərək vanna otağına cumaraq suyu tənzimlədi və ilıq bir duş aldı. Bədənindəki bioloji dəyişimi hələ tam olaraq dərk etməyən Castin suyun altında yuyunarkən vücudunun əvvəlkinə nisbətən necə zərifləşdiyini ilk dəfə, cimməyə vərdiş etdiyi ilıq suyun altında həddən artıq üşüdüyü zaman hiss etdi. Aşağı necə düşəcəkdi? Nə geyinməli idi? Amma bu cür xırdalıqlara vaxt xərcləmək olmazdı, bir an əvvəl dostu Aleksi tapıb Castinin bu bəladan necə qurtulacağını öyrənməsi üçün nənəsinin yanına aparmalı idi. Dua edək ki, qadın ölmüş olmasın!
Merlin pilləkanlardan aşağı düşüb həyətə doğru gedən zahirən arıq qızın üzərində oğlunun paltarlarının olduğunu görən zaman bundan heç xoşu gəlmədisə də nəzakətsizlik olmasın deyə bir söz demədi. Atası evlərinə qonaq gələn bu zərif, incə belli və uzun qılçaları olan xanımdan çox razı qalmışdı.
- Gəl, əzizim, gəl otur bizimlə birlikdə səhər yeməyi yeyək.
- Təşəkkürlər, getsəm yaxşıdır.
Arvadının yanında olmamasından cəsarətlənən Qabriel ayağa qalxaraq qızın yanına gedib əlindən tutaraq biraz zoraki də olsa masaya oturdu və özü də yanında əyləşdiş
- Adın nədir?
Castin içinə düşdüyü bu qəribə hadisəyə hələ tam öyrəşə bilmədiyi üçün vəziyyət düzlənə qədər özünü necə aparmalı olduğunu müəyyənləşdirməmişdi. Təbii ki, keçici adı tapmaq da həmçinin.
- J..Jasmin- dedi ağlına gələn ilk fikirlə.
- Jasmin..Əla addır!

- Qabriel! Portağal şirələrini payla - arvadı qısqanc bir səs tonu ilə
Castin valideynlərinə ilk dəfə idi ki bu qədər fərqli pəncərədən baxırdı. Anasının üzündə hər zamanki mülayimliyindən çox çox uzaq eqoyist və qısqanc bir ifadə yuva salmışdı. Atasının bu səmimiliyini isə sırf oğlunun dostu olduğunu zənn etməsinə yozurdu. Merlin əri ilə üzbəüz əyləşib çörəyinin üzərinə çiyələk mürəbbəsi çəkərkən Qabriel gözlərini arvadına dikmiş, əlini isə masanın altından yanında əyləşdiyi qızın qılçalarına tərəf uzatmışdı. Castin ilk öncə nə olduğunu anlamasa da atasının əllərini qılçasında hiss etdiyi an içində alovlanan hirsin qarşısını ala bilmədi:
- İlahi! Ata!!
Qabriel əlini cəld geri çəkərək özünü düzəldərək arvadı ilə birlikdə təəccüb ilə qızın üzünə zillədi. Castin vəziyyətin nə yerdə olduğunu birdən birə anlayaraq əlini cibinə ataraq söhbəti dəyişməyə çalışdı:
- Atam! Atam zəng edir, yəqin dünəndən məni axtarırlar. İcazənizlə mən gedim!
Castin tələsik masadan qalxıb "Aman Tanrım!!!!" deyib öz özünə isyan dolu səslə pıçıldayaraq qapıya doğru qaçarkən yaşadığı əziyyətin bir an əvvəl sona çatması üçün ürəyində yalvardı.




Bir arzu tut [2]


Geri dön

Banned549678

  • 10 sentyabr 2015 15:21
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
TəşəkküR ediRəm

ღKiRaZ MeVsİmCiღ

  • 4 sentyabr 2015 14:45
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
maraqlı hekayədi təşəkkürlər

--------------------

Səssiz

  • 21 avqust 2015 23:54
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cox sagol kuklam ellerine salig

--------------------
Səssiz'liyim

sessiz deniz

  • 21 avqust 2015 21:08
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
..axşamdan qalma rütubətin yarpaqlara hədiyyə etdiyi narın şeh damcıları yavaş yavaş torpağa süzülürdü.. burnunun üzərində yuxusundan oyanmağa salışaraq sərxoş kimi gəzən balaca böcək Castinin əllərini burnuna doğru aparmasına səbəb oldu.böcəyin balaca ayaqların rəqsvari hərəkətlərinin onun burun nahiyyəsinə verdiyi qaşıntısını kəsmək üçün Castin barmaqlarını hərəkətə keçirib dərisini həvəslə qaşımağa başladı.

Ř҉₳₱ʊ₦ʐɛL

  • 20 avqust 2015 19:23
  • Məqalə: 132
  • Şərh: 2773
  • Bal:
{awards}
ツ ➜Chox saol ◄╫ツ Maraqlidi idi

--------------------
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!

ヅ Bad Girl ヅ

  • 20 avqust 2015 17:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəşəkkürLər

--------------------

PércyDarkMoon

  • 20 avqust 2015 15:28
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
✰ღ PaPaTyA✰ღ, deymez omyushum tongue Tewekkurler werhlere gore

--------------------

::KuMsAl::

  • 20 avqust 2015 14:24
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
Teshekkuurrlleerrr

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

♔ sinყσriτα ♔

  • 20 avqust 2015 14:06
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Yariya kimi oxudum cox maraglidi cox saol dunyam menim

-Kralica-

  • 20 avqust 2015 14:02
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler hekaye ucun

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}